Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Azərbaycanın iqlim dəyişikliyi probleminin həllinə böyük töhfəsi

Azərbaycanın iqlim dəyişikliyi probleminin həllinə böyük töhfəsi

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”

İqlim dəyişmələri coğrafi təbəqədə gedən proseslərə və ekosistemlərə əhəmiyyətli təsir göstərə bilir. Bu dəyişmələr nəticəsində buzlaqların əriməsi, okean və dənizlərin səviyyəsinin qalxması, biomüxtəlifliyin pozulması, təbii fəlakətlərin və onların başvermə intensivliyinin artması, insanların sağlamlığında problemlərin yaranması və s. fəsadlar müşahidə edilir. Bu baxımdan iqlim dəyişmələrinə hazır olmaq, bununla bağlı baş verə biləcək mənfi hallara uyğunlaşmaq və yarana biləcək problemlərin ağırlıq dərəcəsinin azaldılmasına nail olmaq üçün önləyici tədbirlərin görülməsi zəruridir. Məlumdur ki, ötən ilin dekabrın 11–də COP28-in plenar iclasında Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməsi ilə bağlı qərar verilib. Bununla Azərbaycanda növbəti qlobal miqyasda tədbir keçirilir. Noyabrın 11-dən Bakıda start götürən COP29 tədbiri Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir. Bu gün qlobal problemlər, dünyanın gələcəyi Azərbaycanda müzakirə edilir. Prezident İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir: “Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”. Yeri gəlmişkən, Sammitdə BMT-nin Baş katibi Antonio Quterreş də çıxış edərək cənab Prezident İlham Əliyevə, COP sədri Muxtar Babayevə və eyni zamanda, Azərbaycan Hökumətinə qonaqpərvərliyə görə təşəkkürünü bildirib: “Prezidentlər bizim əməkdaşlığa etibar edə bilərlər. Həqiqətən də sizin səyiniz nəticəsində uğurlu bir COP-a imza atacağıq. Hər kəsə bu COP-da ehtiyacımız vardır. Həqiqətən bir saata bənzəyən və bir toplam olaraq biz qlobal temperaturların 2,5-ə çatdırılmasına yaxınlaşırıq və vaxt bizim tərəfimizdə deyil. Bu, 2024-cü ilin əlavəsi və ən yüksək temperatur olaraq ən isti il olacaqdır, rekordları qıracaqdır”. 

Xatırladaq ki, COP29 elə başladığı gün ilk uğuruna imza atıb. Planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb. Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb. Dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün əsas addımdır.

Ekspertlər hesab edirlər ki, bu, daha köklü, mübadilə etmək niyyətində olan BMT tərəfindən dəstəklənən standartlarla keyfiyyətli karbon kreditləri mübadiləsi sahəsində karbon bazarına yeni yol açacaq. Həmçinin Bakı COP 29-da əldə edilmiş bu razılıq iqlim dəyişikliyi sahəsində davamlı fəaliyyətə böyük töhfələr verəcək.

Bu gün COP29-ın Azərbaycanda keçirilməsini qəbul etməyən, bundan qıcıqlanan Qərb dövlətlər var. Xüsusən, COP29 beynəlxaq tədbiri ilə bağlı ölkəmizə qarşı qarayaxma kampaniyası aparırdılar. Cənab Prezident bu məsələyə də toxunaraq bildirib ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi: “Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa giriblər. Ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar”. Qərb dövlətləri Azərbaycanı gözdən salmaq üçün maksimum yalanlar uydururlar. Hansı ki, bunları da Azərbaycan qəbul etmir və etinasız yanaşır.

Qeyd edək ki, COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda müxtəlif QHT-lər tədbirlər keçirilər. Bu tədbirlərdə ekoloji problemlərin həllində QHT-lərin vacib rolu geniş auditoriyaya çatdırılır. Həmçinin şirkətlərin ekoloji siyasətlərində QHT-lərlə əməkdaşlığının əhəmiyyəti önə çəkilir.

Milli təhlükəsizlik və ərazi bütövlüyü məsələsi Azərbaycanın strateji fəaliyyət istiqamətlərindən hesab olunur. Dövlətin təhlükəsizlik siyasətinin tərkib hissəsi olaraq, beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və normativ hüquqi bazanın təkmilləşdirilməsi əhəmiyyət kəsb edir. Dövlətimiz ərazi bütövlüyünün danışıqlar yolu ilə təmin edilməsi üçün 30 ilə yaxın mücadilə etmişdir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsinə görə bu danışıqlar nəticəsiz qalmışdır. Bununla yanaşı, dövlətimiz regionda yaradılmış qondarma rejimin məhv olması üçün terrorizm və ekstremizmə qarşı mübarizə istiqamətində fəaliyyətlərini gücləndirmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu işğal altından olan torpaqlarımızı azad etmişdir. Ali Baş Komandan çıxışında deyib ki, BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu. Həmin qətnamələr otuz il kağız üzərində qaldı. Biz həmin qətnamələrin tələblərini öz gücümüzlə icra etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik, Ermənistanın işğalına son qoyduq”. Qarabağ münaqişəsinin həlli və regionda sülhün bərpa olunması, Azərbaycanın xarici siyasətinin ən önəmli məsələlərindən biridir. Beləliklə ərazi bütövlüyümüzün təmin etməyə yönəlmiş addımlar öz nəticəsini vermişdir. Bunun üçün ölkəmizin milli müdafiə və təhlükəsizlik sistemi qurulmuşdur. Azərbaycanın güclü müdafiə qabiliyyəti, strateji müttəfiqliklər və beynəlxalq təhlükəsizlik strukturlarında iştirak etməyi bu gün də davam etdirir. Bu məqsədlə, həmçinin, hərbi sənayenin inkişafına da diqqət yetirilir. Dövlət, daxili və xarici təhlükələrə qarşı mübarizəni intensivləşdirir, regional və beynəlxalq əməkdaşlıq çərçivəsində təhlükəsizliyin təmin olunmasına çalışır.

Gülzar İbrahimova 

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, 

siyasi elmlər üzrə elmlər doktoru, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see412

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see331

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see311

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see306

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see295

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see288

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see285

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see280

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see266

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see265

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see256

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see241

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see236

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see225

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see221

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see200

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see198

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see190

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see181

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri