Icma.az
close
up
RU
Zəfər tariximizin bədii salnaməsi

Zəfər tariximizin bədii salnaməsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ormeşən igidləri

Tarix yalnız salnamələrin səhifələ­rində deyil, həm də doğma elə bağlı­lıqdan, torpaq sevgisindən və fəda­kar ziyalıların qələmindən süzülərək gələcək nəsillərə ötürülən yaddaşda yaşayır. Bu baxımdan Borçalı əsilli yazıçı-publisist Əlləz Ormeşənlinin “Ormeşən elinin Qarabağ qəhrəman­ları” silsiləsindən 6-cı kitabı da bu yaddaşın unudulmamasına dəyərli töhfədir.

Kitabda Azərbaycan torpaqlarının mü­dafiəsi uğrunda döyüşmüş Borçalı mahalı Başkeçid (Dmanisi) bölgəsinin Ormeşən kəndindən olan igidlərimizin həyat və döyüş yolları, qəhrəmanlıqları öz əksini tapıb. I Qa­rabağ müharibəsində şəhid olmuş Nadir Əli­yevin, qazilər Qəşəm Mahmudovun, Müs­lüm Kazımovun, Vafadar Eyyubovun, Bafalı Eyyubovun, eləcə də müharibə iştirakçıları Ziyadxan Qaralovun, Həmdəm Mahmudo­vun, Bayram Hümbətovun, Səlimxan Ey­yubovun, Alı Qaralovun, Telman Süley­manovun və Namiq Qandayevin haqqında yazılar yer alıb. II Qarabağ müharibəsində iştirak etmiş Ormeşən övladlarından isə qazi Məhəmməd Haqverdiyev, Gündüz Qaralov, Teymur Vəliyev, Anar Osmanov, Saleh Əy­yubov, Vasif Qürbətov, Alı Orucov və Elxan Bayramov (Qandayev) haqqında məlumatlar oxuculara təqdim olunur.

Bu adların hər birinin arxasında bir ömür, bir döyüş yolu, bir ailənin taleyi, bir ananın duası, yarımçıq qalmış arzular və bütöv bir elin qüruru dayanır. Onların Vətən sevgisi, torpaq uğrunda mübarizəsi və göstərdikləri igidlik gələcək nəsillər üçün əsl vətənpərvərlik və ləyaqət məktəbidir.

Azərbaycan Yazıçılar Birliyinin Natə­van klubunda təqdim olunan kitabı ədəbi ictimaiyyət yüksək dəyərləndirdi.

“Vətən yaşasın”

Cəlilabadda yaşayıb-yaradan şair Ədalət Salmanın yenicə çapdan çıxmış “Vətən yaşasın” adlı kitabında isə müəl­lifin vətənpərvərlik mövzusunda bədii nümunələri toplanıb. 

Kitabın “Döyüşə gedəndə başımız üstə biz sizi bayraqtək qaldırmalıyıq”, “Yaxşı bax, oxucum, bu, şeir deyil, ru­humla çəkdiyim portretimdi” və “Zü­lümə bax, bu yaşda həsrət şeiri yazıram” bölmələrində ipə-sapa düzülmüş poetik nümunələr, eləcə də Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevə həsr etdi­yi “Murov aslanı” və “Əhməd bağı” po­emaları yer alıb. Müəllifin “Bayrağım”, ”Şəhidlər xiyabanı”, “Şəhid anası gəlir”, “Qəlbimizdə yaşayırsınız!”, “Vətən ya­şasın” və sair şeirlərində canını Vətən yolunda fəda edən şəhidlərin xatirəsi və sağlamlığını itirən qazilərin igidliyi yük­sək qiymətləndirilir. 

Ədalət Salmanın bədii nümunələri oxucunu yetkin bir şairin poetik duyğu­lar aləminə səyahətə çıxarır, ürəklərimizi Vətən sevgisi ilə döyündürür:

Siz ey sinəsini sipər edənlər,
Ölümün üstünə mərdtək gedənlər!
Sarsılmaz dəyanət gördüm mən sizdə,
Yarı canınızı itirsəniz də.

Heç nə qıra bilməz inadınızı
Bir gün xoş müjdəni tarixə yazın.
Siz qurban verdiniz həyatınızı,
Təki yurd yaşasın, Vətən yaşasın!..

Əli DOSTƏLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri