Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Azərbaycanın iqtisadi islahatları və sosial siyasəti BMT yə üzv dövlətlərə model olaraq təqdim olunub

Azərbaycanın iqtisadi islahatları və sosial siyasəti BMT yə üzv dövlətlərə model olaraq təqdim olunub

Icma.az bildirir, Baku.ws portalına istinadən.

"Azərbaycan təkcə bərpa prosesi ilə kifayətlənmir - o, daha güclü gələcək qurur və bu məqsədlə inklüziv və şaxələndirilmiş iqtisadi modelini uğurla təqdim edir".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Nyu-Yorkda keçirilən BMT-nin Dayanıqlı İnkişaf Məqsədi (DİM 8) - "Layiqli Əmək və İqtisadi Artım" mövzusuna həsr olunmuş Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda (HLPF) çıxışı zamanı deyib.

Şöbə müdiri çıxışında qeyd edib ki, qlobal iqtisadi qeyri-müəyyənlik və artan geosiyasi gərginliklərə baxmayaraq, Azərbaycan islahatlara, inklüziv inkişafa və dayanıqlılığa əsaslanan iqtisadi modeli ilə fərqlənir:

"2011–2023-cü illər ərzində ölkənin ümumi daxili məhsulu orta hesabla illik 2 faiz artıb, qeyri-neft-qaz sektoru isə hər il 4,4 faiz artım nümayiş etdirib. Bu göstəricilər Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi strategiyasını uğurla həyata keçirdiyini sübut edir. Strategiyaya minimum əməkhaqqının, pensiyaların və digər gəlir transfertlərinin artırılması da daxildir ki, bu da həssas əhali qruplarının iqtisadi dayanıqlığını gücləndirməyə xidmət edir".

H. Hüseynov, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasından bəhs edərək bu sənədin təkcə paytaxt Bakını deyil, ölkənin bütün bölgələrində sosial rifahı artırmaq, sosial bərabərliyi möhkəmləndirmək və imkanları genişləndirmək məqsədi daşıdığını vurğulayıb:

"2017-ci ildən həyata keçirilən özünəməşğulluq proqramı çərçivəsində 2024-cü ildə 17 min nəfərdən çox vətəndaş bu təşəbbüsdən faydalanıb. Gender əsaslı iqtisadi siyasətlər çərçivəsində 2020–2025-ci illərdə qadın sahibkarlığının dəstəklənməsi məqsədilə 42 milyon ABŞ dolları həcmində kredit ayrılıb, nəticədə təxminən 1 500 yeni iş yeri yaradılıb. Məqsəd qadınların orta aylıq əməkhaqqının kişilərin əməkhaqqısına nisbətini 2021-ci ildəki 66 faizdən 2026-cı ilədək 80 faizə çatdırmaqdır".

Katib bildirib ki, bu addımlar təkcə sosial siyasət deyil, eyni zamanda strateji iqtisadi yatırımlardır. H. Hüseynov, həmçinin Azərbaycanın 2025-ci ilin mart ayında qəbul etdiyi Milli Süni İntellekt Strategiyası barədə üzv dövlətlərin nümayəndələrinə məlumat verib. Bildirib ki, strategiya çərçivəsində etik, inklüziv və davamlı süni intellektin inkişaf etdirilməsi, bu sahədə kadr potensialının formalaşdırılması və xüsusi təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.

Çıxışının sonunda H. Hüseynov qeyd edib ki, layiqli əmək lüks deyil, dayanıqlı inkişafın əsasını təşkil edir. O, əlavə edib ki, Azərbaycan təkcə əvvəlki təcrübələrindən bərpa olunmur, eyni zamanda daha güclü şəkildə gələcəyə doğru irəliləyir.

"Biz insanlara sərmayə yatırır, sahibkarlığı gücləndirir və bərabərliyi təşviq edirik. Heç kim kənarda qalmasın deyə iqtisadiyyatımızı inklüziv, şaxələndirilmiş və dayanıqlı model əsasında inkişaf etdiririk".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 İyul 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri