Türkiyə BMT nin İqtisadi və Sosial Şurasına üzv SEÇİLDİ
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Türkiyə, 2026–2028-cü illər üçün Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki Daimi Nümayəndəsi Ahmet Yıldız özünün “X” sosial media hesabında paylaşım edib.
O, Türkiyənin namizədliyinə dəstək verən BMT üzv dövlətlərinə təşəkkürünü bildirib və digər seçilən ölkələri də təbrik edib.
Qeyd edək ki, ECOSOC, BMT-nin iqtisadi, sosial və inkişaf sahəsində əsas koordinasiya orqanıdır. Türkiyənin bu orqana üzv seçilməsi, beynəlxalq arenada artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir.
Kənan YUSİF

Türkiyə FAO şurasına üzv seçildi Rusiya və Belarus isə...
04 İyul 2025 10:55
BMT nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir
18 İyul 2025 18:31
Azərbaycan Respublikası Auditorlar Palatası Şurasına üzv seçildi
22 Aprel 2025 22:53
Azərbaycan BMT Turizmin İcraiyyə Şurasına üzv seçilib
07 İyun 2025 08:08
Azərbaycan yenidən BMT Turizmin İcraiyyə Şurasına üzv seçilib
05 İyun 2025 19:11

