Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Bir şəklin tarixçəsi Azərbaycanın BMT yə üzv qəbul olunduğu an Tribunadakı NAZİR

Bir şəklin tarixçəsi Azərbaycanın BMT yə üzv qəbul olunduğu an Tribunadakı NAZİR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1992-ci il fevralın 26-da Xocalı soyqırımı törədiləndə Azərbaycan Respublikası həm hərbi, həm də siyasi baxımdan ən çətin dövrünü yaşayırdı. Belə bir vəhşi qətliamla üzləşən gənc müstəqil ölkə öz səsini qlobal arenada ifadə edə bilmirdi. Bu şəraitdə Azərbaycanın beynəlxalq münasibətlər sisteminə tam daxil olması hüquqi və diplomatik alətlərə çıxış qazanması baxımından həyati əhəmiyyət daşıyırdı. Nəhayət o tarixi hadisə baş verdi.
Xocalı soyqırımından cəmi bir həftə sonra, martın 2-də Azərbaycan BMT-yə üzv qəbul olundu. BMT-yə üzvlük Azərbaycan dövlətinin beynəlxalq miqyasda tanınmasını rəsmi olaraq təsdiqlədi.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto müstəqil Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün rəsmiləşdiyi tarixi anı əks etdirir.
Zaman 2 mart 1992-ci il... Məkan BMT-nin Nyu-York şəhərindəki baş qərargahı...
Tribunada müstəqil Azərbaycan Respublikasının ilk xarici işlər naziri Hüseynağa Sadıqov çıxış edir.
Sabiq nazir Modern.az-a müsahibəsində hamın tarixi vaxtları belə xatırlayıb:
“Xocalı soyqırımı baş verəndən sonra BMT-yə üzv olmaq üçün mənimlə birgə Elmar Məmmədyarov və Fəxrəddin Qurbanov yola çıxmışdı. Elmar Məmmədyarov o vaxt XİN-də protokol işləri ilə məşğul olurdu. Fəxrəddin Qurbanov isə mətbuat üçün informasiya hazırlayırdı.
Biz hava limanında faciə barədə eşitdik, ancaq geri gayıtmağı məgsədəuyğun hesab etmədik. Çünki hadisəni dünyaya yaymaq üçün böyük fürsət yaranmışdı. BMT-yə üzv olan dövlətlərin hamısının nümayəndəsi Nyu-Yorkdakı baş qərargaha toplaşacaqdı.  
Bakıya dostlarıma zəng edib dəqiq məlumat aldım. Təəssüf ki, hökumətə telefon açsam da, heç kimi tapmadım.
BMT-yə üzv qəbul olunduğumuz zaman Azərbaycan dilində çıxış etməyi qərara aldım. Xocalı soyqrımında 366-cı motoatıcı alayın iştirakını nəzərə aldıqda bu çox önəmli idi. Hələ təyyarədə olanda çıxışımı rus dilindən Azərbaycan dilinə tərcümə etmişdim. Həmçinin, çıxışıma Xocalı soyqırımı barədə əlavələr etdim.
Mən tribunaya gedəndə Elmar Məmmədyarovla Fəxrəddin Qurbanova tapşırdım ki, sinxron tərcüməyə nəzarət etsinlər. Çünki qərara almışdım ki, Azərbaycan dilində çıxış edim. Mən sözə başlayanda zalda milçək uçsaydı eşidilərdi. Çünki hamı “bu hansı dildə danışır?!”,- deyib tez qulaqcıqlarını taxaraq dinləməyə başlamışdı”.
H.Sadıqovun sözlərinə görə, bəzi dövlətlər onun BMT-dəki çıxışına mane olmaq istəyiblər.
“Mane olanlar o vaxt Ermənistanın dostları olan ölkələr idi. Təkcə Rusiya deyildi, başqa Avropa ölkələri də vardı...
O zaman Azərbaycan ən çox dəstəkləyən Türkiyə idi. Ardınca Almaniya, İngiltərə, İsveçrə, İspaniya, Pakistan, Hindistan və Çin bizi ilk gündən dəstəklədilər.
Əslində həmin gün bizim üçün həm bayram idi, həm də matəm. Ona görə matəm idi ki, Xocalı şəhərimiz yerlə-yeksan olunmuşdu. Ona görə bayram idi ki, müstəqil Azərbaycan BMT-yə üzv qəbul edilirdi. Çıxışımdan sonra azərbaycanlılar və türklər Xocalı üçün göz yaşı axıdırdılar. Səhəri gün BMT-nin Baş katibi ilə görüşdüm. Onunla görüş zamanı təkid etdim ki, ya özü, ya da nümayəndəsini göndərib Xocalıdakı hadisə ilə yerində tanış olsun. Özünün gələ bilməyəcəyini, ancaq rəsmi nümayəndəsini göndərəcəyini bildirdi.
Bir həftə sonra BMT Baş katibinin rəsmi nümayəndəsi, Amerikanın keçmiş dövlət katibi Sayrus Vensin başçılığı ilə nümayəndə heyəti Azərbaycana gəldi. Mən onu Ağdama aparıb vəziyyəti göstərdim. Sayrus Vens Ağdam məscidində Xocalıdan gətirilən meyitləri görəndə şoka düşmüşdü. "Hətta faşistlər II İkinci Dünya Müharibəsi zamanı belə vəhşiliklər törətməyiblər",- deyə Sayrus Vens həyəcanla qeyd etdi. Geri qayıtdıqdan sonra o, mövcud vəziyyət barədə ətraflı arayış hazırladı və BMT-nin Ermənistanın işğalı ilə bağlı ilk qətnaməsi də o sənəddə sonra qəbul olundu”.
Arayış: Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olub.1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi, 1963-cü ildə M.F.Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirib. İnstitutun nəzdində aspiranturada oxuyub.
1970‐ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr şöbəsində təlimatçı işləyib.

1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirib.

1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışıb.

1974-cü ildən diplomatik xidmətə başlayıb. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olub. SSRİ-nin Almaniya Demokratik Respublikasındakı Baş Konsulluğunda və Berlindəki səfirliyində diplomatik vəzifələrdə çalışıb.

1988-1991-ci illərdə Azərbaycan SSR-nin xarici işlər naziri olub.

1991-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk xarici işlər naziri vəzifəsinə təsdiq edilib.

1989-cu ildə ona SSRİ-nin I dərəcəli fövqəladə və səlahiyyətli elçi-müşaviri, 1992-ci ildə isə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik dərəcələri verilib.

1992-ci ildə Azərbaycan Respublikasının Almaniya, İsveçrə, Belçika, Niderland, Lüksemburq və Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Alman, ərəb, türk və rus dillərini bilir.

Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və strateji əməkdaşlığın inkişafındaki xidmətlərinə görə 2006-cı ildə Almaniya Prezidenti tərəfindən Almaniyanın dövlət mükafatı - "Böyük Xidmət Xaçı" ordeni ilə təltif edilib.

Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri