Icma.az
close
up
RU
Azərbaycanın itkin düşmüş şəxslərlə bağlı qaldırdığı məsələ həm qlobal problemdir, həm acı reallığımız

Azərbaycanın itkin düşmüş şəxslərlə bağlı qaldırdığı məsələ həm qlobal problemdir, həm acı reallığımız

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə ilk dəfə Azərbaycanın inisiativi (co-sponsorluğu) ilə 2002-ci ildə, təşkilatın 57-ci sessiyasında qəbul edilib. İndiyədək hər iki ildən bir bu məsələ təkrar qaldırılaraq dünya ictimaiyyətinin diqqətində saxlanmağa çalışılır. Çünki, bizim təqribən 4 min itkin düşmüş soydaşımız var. Onlar 1-ci Qarabağ müharibəsi dövründə itkin düşənlərdir. Vətən müharibəsi bir çox məsələyə həll və aydınlıq gətirdiyi kimi itkin düşmüş şəxslərin amansız taleyinə də işıq saldı. Ermənilərin 30 illik işğalından azad edilən torpaqlarımızda kütləvi məzarlıqlar tapılmaqda davam edir. Aparılan tikinti-qazıntı işləri nəticəsində indiyədək 18 kütləvi məzarlıq və adı itkin düşmüş şəxslər siyahısında olan yüzlərlə soydaşımızın qalıqları aşkar edilib.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, bütün bunlar müharibə cinayətlərinin izlərinin tapılması, Ermənistanı yeni faktlar qarşısında qoymaq demək olub, bizə dünya ictimaiyyəti önündə tələblərlə çıxış etmək imkanı verir: “Elə buna görədir ki, bu mövzuda qaldırdığımız tələb yenə də geniş formada dəstəklənib. Bu dəstəyin digər səbəbi müharibə və münaqişələrlə dolu dünyada itkin düşmüş şəxslərlə bağlı bir çox dövlətlərin bənzər narahatlıqlarının olmasıdır ki, bu da məsələyə universal yanaşma tələb edir. Odur ki, 2019-cu ildə ilk dəfə BMT Təhlükəsizlik Şurasında da itkin düşmüş şəxslərlə bağlı qətnamə (2474 saylı) qəbul edildi. Qətnamədə Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinə istinadən qeyd edilir ki, təkcə 1 ildə, yəni 2018-ci ildə dünyadakı müharibə və münaqişələr nəticəsində 45 min nəfərin itkin düşüb. Qətnamənin qəbul edildiyi ildə Suriyada 10 min itkin düşmüş şəxs vardı. Rusiya-Ukrayna müharibəsi isə itkin düşmüş şəxslərin statistikasını daha da artırıb. Rəsmi məlumatlara əsasən, 2023-cü ildə Ukraynada 28 mindən çox şəxs itkin düşmüş hesab edilib. Bu rəqəmlər məsələnin qlobal mahiyyətini göstərir və vacib tədbirlərin görülməsini zəruri edir. Beləliklə, ölkəmiz tərəfindən qaldırılan bu məsələ qlobal əhəmiyyətli olub, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır”-deyə politoloq bildirib.

Şəhla Cəlilzadə

Şəhla Cəlilzadə vurğulayıb ki, Azərbaycan gələcəkdə Xocalı qatillərinə qarşı Beynəlxalq Cinayət Məhkəməsi önündə müvafiq iş qaldırarsa, bu qətnamələr vacib istinadgahlar ola bilər.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Noyabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri