Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycanın “KarlovıVarı”sında nə baş verir?

Azərbaycanın “KarlovıVarı”sında nə baş verir?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadçı deyir ki, Naftalanda olan mövcud resurslar böyük bir tibbi mərkəzin yaradılmasına imkan verir

2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı təsdiqlənib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncamla Səhiyyə Nazirliyinə tədbirlər proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, proqramın icra vəziyyəti barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Bundan başqa, nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Səhiyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi keçirəcək.

Naftalanın dərman məqsədləri üçün ilk istifadəsi Şumer dövrünə (5000 il əvvəl) aiddir. Rəvayətə görə, Şumer tacirləri Naftalan mənbələrindən birində xəstə və tükənmiş bir dəvə buraxdılar və geri qayıdarkən heyvanın tamamilə sağlam olduğunu gördülər. Bu əfsanədə həqiqətin olub-olmadığı sona qədər məlum deyil, lakin tarixən şumerlərin bir çox xəstəliyi müalicə etmək üçün Naftalan yağından istifadə etdiyi qeyd olunur. Naftalan nefti yalnız 19-cu əsrdə dünya şöhrəti qazandı. 1890-cı ildə alman mühəndisi E.Jaeger yanan neft istehsalı üçün bir quyu qurmaq məqsədilə Azərbaycana səfər etdi. Lakin planları uğursuz oldu, çünki Naftalan yağının alışqanlığı yoxdur. Sonra mühəndis yerli sakinlərin hekayələrinə diqqət çəkdi və bir neçə il sonra Avropa şəhərlərində Naftalan yağı və Naftalan məlhəminin kütləvi istehsalına başladı. 

Yalnız 1898-ci ildə Rusiya Naftalan yağının populyarlıq zirvəsinə çatdı. Sovet İttifaqının mövcudluğunun sonunadək Naftalan balneoloji kurortu SSRİ-nin həqiqi Karlovı Varısı (Çexiyanın məşhur kurort şəhəridir) idi və yalnız yüksək vəzifəli məmurların kurortda müalicə almaq imkanı var idi.

Naftalan neftinin əsas faydaları iltihab əleyhinə, ağrıkəsici və dezinfeksiyaedici təsiridir; dəri xəstəlikləri, oynaq, sinir sistemi və ginekoloji xəstəliklərin müalicəsində geniş istifadə olunur, qan dövranını yaxşılaşdırır, toxuma regenerasiyasını sürətləndirir. Bəs bu qədər müddət sonra Naftalanın öyrənilməsi və müalicəvi təbliğinə yenidən başlamağın anlamı nədir?

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Tarixdə nələrsə olubsa, bu, müasir dünya üçün önəmli deyil. Önəmli olan bu gün nə var. Bu gün orada olan neftin, mövcud imkanların real şəkildə cəmiyyətə təqdim edilməsinə ehtiyac var. Bu təqdimat tarixi istinadlara əsaslandıqda insanlar bunu əfsanə kimi qəbul edir, dünya da əfsanə kimi qəbul edir. Çünki dünya artıq özünün başqa bir mərhələsini yaşayır. Bu gün peşəkar analizlər, peşəkar tədqiqatlar, tibbi tədqiqatlar bilavasitə bu işləri tələb edir. Bu baxımdan sözügedən tədbirlər proqramının hazırlanmasına ehtiyac var. Mən düşünürəm ki, Azərbaycanda tibbi sahə iqtisadi fəaliyyət sahələri arasında ən vüsətlə inkişaf edən sahələrdən biridir. Bunu xüsusi vurğulamaq istəyirəm, çünki çox az sayda istiqamətlər var ki, tibbi sahə qədər qısa müddət ərzində bu səviyyəyə çata bilib. Yəni Azərbaycan tibbinin hazırkı imkanları və Naftalanda olan mövcud resurslar böyük bir tibbi mərkəzin yaradılmasına imkan verir. Buna görə də bu tədqiqatların aparılmasına ehtiyac var. Amma bu tədqiqatlar, yenə də qeyd edirəm, beynəlxalq aləmdə qəbul edilmiş metodologiyalar və tədqiqat üsulları vasitəsilə aparılmalıdır ki, əldə olunan nəticələr beynəlxalq səviyyədə qəbul edilsin. Əks halda, bütün görülən işlərin faydası arzuolunan  səviyyədə olmaya bilər”.

Nəzərə çatdıraq ki, Naftalan nefti müalicəvi xüsusiyyətlərinə görə uzun illərdir tibdə istifadə olunur. O, əsasən xaricdən tətbiq edilir və vannalar, sürtmə və tətbiqlər şəklində istifadə olunur. Naftalan neftinin ən mühüm xüsusiyyəti onun tərkibində naften karbohidrogenlərinin çox olması və demək olar ki, yanacaq xüsusiyyətinin olmamasıdır. Məhz bu tərkib ona müalicəvi təsir verir. Naftalan nefti daha çox oynaq və sümük-əzələ sistemi xəstəliklərində faydalı hesab olunur. Revmatizm, artroz, artrit, osteoxondroz, bel və boyun ağrıları, eləcə də travmadan sonra yaranan xroniki ağrılarda ağrıkəsici və iltihabəleyhinə təsir göstərir. Qan dövranını yaxşılaşdıraraq əzələ və bağ toxumalarında gərginliyi azaldır.

Sinir sistemi ilə bağlı bəzi problemlərdə də Naftalan neftindən istifadə edilir. Nevralgiya, radikulit, sinir sıxılması nəticəsində yaranan ağrılar və əzələ spazmları zamanı sakitləşdirici və rahatladıcı təsiri müşahidə olunur. Bu təsir əsasən qan dövranının aktivləşməsi və iltihabın azalması ilə bağlıdır.

Naftalan nefti dəri xəstəliklərinin müalicəsində də geniş tətbiq olunur. Psoriaz, ekzema, neyrodermatit, seboreya və xroniki dermatitlərdə qaşınmanı azaldır, dərinin bərpasını sürətləndirir və iltihabı zəiflədir. Xüsusilə xroniki və kəskin olmayan dəri problemlərində müsbət nəticələr verir.

Bəzi hallarda urogenital sistemin xroniki iltihabi xəstəliklərində də həkim nəzarəti altında istifadə oluna bilər. Bununla yanaşı, Naftalan nefti hər kəs üçün uyğun deyil. Ürək-damar xəstəlikləri, onkoloji problemlər, hamiləlik və kəskin iltihablı hallar zamanı istifadəsi məhdudlaşdırılır. Buna görə də Naftalan nefti ilə müalicə yalnız həkim məsləhəti və nəzarəti altında aparılmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Dekabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see267

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see265

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see247

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see240

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see227

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see224

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see220

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see219

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see216

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see212

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see210

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see206

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see206

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see204

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see190

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see185

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see185

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see179

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri