Icma.az
close
up
RU
Azərbaycanın kart bazarında yaşanan proses: Borclanma dövrü bitir?

Azərbaycanın kart bazarında yaşanan proses: Borclanma dövrü bitir?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda kart bazarı böyüməyə davam etsə də, rəqəmlər daxilində diqqət çəkən ziddiyyət formalaşıb. Yanvarın sonunda banklar və "Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı aylıq müqayisədə 176 min artaraq 22 milyon 156 minə çatıb.

İllik artım 11 faizdir ki, bu da nağdsız ödənişlərin genişlənməsi və bank xidmətlərinə çıxışın artması fonunda gözlənilən dinamika kimi qiymətləndirilə bilər. Lakin ümumi artımın arxasında fərqli mənzərə var. Belə ki, debet kartları 13.3 faiz artdığı halda, kredit kartlarının sayı 7.6 faiz azalıb. Yəni bazar böyüyür, amma borclanma alətləri geri çəkilir. Bəs görəsən kredit kartlarının azalmasının səbəbi nədir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, kredit kartlarının azalması əsasən onların verilmə şərtlərinin dəyişdirilməsi ilə bağlıdır: "Mərkəzi Bank tərəfindən kredit xətti üzrə yeni qaydalar hazırlanıb və bu qaydalara əsasən, vətəndaşın rəsmi gəliri ilə ona açılan kredit xətti arasında birbaşa əlaqə müəyyənləşdirilib. Məqsəd vətəndaşların izafi borclanmasının qarşısını almaq, kreditləşməni daha məsuliyyətli etməkdir. Bu addım borclanmanın nəzarətdə saxlanmasına və risklərin azaldılmasına xidmət edir. Bu proses həm də istehlak kreditləşməsinin zəifləməsi demək deyil. İstehlak kreditlərinə tələb hələ də qalır və kredit portfelində artım müşahidə olunur”.

V.Bayramovun fikrincə, yenilik vətəndaşları izafi borclanmadan uzaqlaşdırır: "Əvvəlki dövrlərdə kredit kartları üzrə rəsmi gəlirlə açılan kredit xətti arasında tam mütənasiblik müşahidə olunmurdu. Nəticədə bəzi banklar və poçt qurumları tərəfindən yüksək məbləğli kredit xətləri təklif edilirdi və nəzarət mexanizmləri indiki qədər sərt deyildi. Bu isə bir sıra hallarda vətəndaşların artıq borclanmasına səbəb olurdu. Xüsusilə gəlirlə müqayisədə böyük limitlərin açılması sonradan ödəniş çətinlikləri yaradır, gecikmələr və əlavə maliyyə öhdəlikləri formalaşdırırdı. Yeni qaydaların tətbiqi kredit kartlarının sayına birbaşa təsir göstərib, çünki kredit kartı faktiki olaraq kredit xəttinin açılması deməkdir və hər bir yeni kart potensial borclanma imkanı yaradır. Kredit kartlarının azalması tələbin zəifləməsi deyil, bazarın optimallaşdırılması kimi qiymətləndirilir. İzafi borclanma uzunmüddətli perspektivdə maliyyə sabitliyi üçün risk faktoruna çevrilə bilərdi”.

Millət vəkili bildirdi ki, bu dinamika kredit kartlarının növbəti dövrlərdə də azalacağı anlamına gəlmir: "Rəsmi gəliri olan və kredit kartı əldə etmək istəyən kifayət qədər vətəndaş mövcuddur və müraciət edən şəxslərə onların gəlirlərinə uyğun limit müəyyən edilir. Yəni bazarda tələbin tamamilə itməsi deyil, daha selektiv və ölçülmüş kreditləşmə modeli formalaşır. Yeni qaydalar tətbiq olunduqdan sonra bazar müəyyən müddət reaksiya verir, daha sonra isə yeni şərtlərə uyğunlaşaraq tarazlıq formalaşdırır. Adaptasiya mərhələsindən sonra kredit kartlarının sayında yenidən artımın mümkün olduğu istisna edilmir və bazarın daha dayanıqlı struktur üzərində inkişaf edəcəyi gözlənilir”.

Bank eksperti Emin Kərimov isə qeyd etdi ki, kredit kartları müştərinin gəlirləri və xərcləri nəzərə alınmaqla təqdim olunur və bu proses bir neçə mərhələdən ibarətdir: "Kartın rəsmiləşdirilməsi üçün vətəndaş banka müraciət etməli, onun adına olan mövcud borclar, aylıq rəsmi gəlirlər, kredit öhdəlikləri və zaminlikləri qiymətləndirilməlidir. Yəni kredit kartı sadəcə ödəniş vasitəsi deyil, eyni zamanda kredit xəttidir və bu xəttin açılması üçün maliyyə göstəriciləri əsas meyar sayılır. Məsələn, şəxs 3 min manatlıq kredit limiti istəyirsə, lakin bankın hesablamalarına əsasən ona maksimum 1500 manat uyğun görülürsə, həmin şəxs digər banklara müraciət etdikdə də ümumi borclanma səviyyəsinə görə imtina ilə qarşılaşa bilər. Bu isə nəticə etibarilə kredit kartlarının ümumi sayına təsir göstərir. Çünki hər müraciət müsbət qərarla nəticələnmir və risk göstəriciləri yüksək olan şəxslərə limit açılmır. Bununla yanaşı, tənzimləyici qurumların qaydaları sərtləşdirməsi və borcalanların qiymətləndirilməsi meyarlarının daha da dəqiqləşdirilməsi bankların kredit siyasətinə təsir edir. Artıq əvvəlki dövrlərdə olduğu kimi geniş həcmdə - 3-5 min manatlıq kredit xətlərinin asanlıqla təqdim edilməsi mümkün deyil. Banklar riskləri azaltmaq üçün daha aşağı məbləğlərdə limitlər tətbiq edir və daha selektiv yanaşma sərgiləyir. Bu isə statistik olaraq kredit kartlarının sayında azalma ilə nəticələnə bilir”.

E.Kərimovun sözlərinə görə, debet kartların artması və kredit kartlarının azalması bütövlükdə bazarın gedişatı ilə tənzimlənir: "Bununla belə, kredit kartları vətəndaşlar üçün əlavə maliyyə vəsaiti kimi əhəmiyyətini qoruyur və istehlakın maliyyələşdirilməsində rol oynayır”.

Ekspertin fikrincə, istehlak kreditlərinin cəlbediciliyi də rəqəmlərə təsir edir: "Kredit kartlarına tələbin azalması müəyyən hallarda əhalinin borclanmadan yayınması ilə də əlaqələndirilir. Bəzi dövrlərdə vətəndaşlar istehlak kreditlərinə daha çox üstünlük verə bilirlər. Məsələn, müəyyən banklarda istehlak kreditləri 10 faizdən başlayaraq təklif olunduğu halda, kredit kartları üzrə faiz dərəcələri 22–30 faiz intervalında dəyişə bilir. Bu fərq seçimə təsir edir və kredit kartlarından istifadənin müvəqqəti azalmasına səbəb olur”. ("Kaspi" qəzeti)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Mart 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri