Icma.az
close
up
RU
Azərbaycanın kəndlərində kütləvi yoxlamalar başlayır Hansı evdə tapılsa… KONKRET

Azərbaycanın kəndlərində kütləvi yoxlamalar başlayır Hansı evdə tapılsa… KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılmasının tənzimlənməsi nəzərdə tutulur. Bu məsələ sosial şəbəkələrdə “evdə hazırlanan məhsullara sertifikat məcburiyyəti gəlir” və “kəndlinin məhsulu bahalaşacaq” kimi müzakirələrə səbəb olsa da, proqramın mahiyyəti bütün ev məhsullarına avtomatik sertifikat tələbi qoyulması deyil. Əsas məqsəd bu sahədə təhlükəsizlik və bazara çıxış mexanizminin formalaşdırılmasıdır.

KONKRET.az globalinfo.az-a istinadən bildirir ki, xüsusilə konservləşdirilmiş məhsullara nəzarətin gücləndirilməsi qida təhlükəsizliyi baxımından əsaslandırıla bilər. Çünki düzgün hazırlanmadıqda və saxlanmadıqda bu məhsullar sağlamlıq üçün daha ciddi risk yarada bilər. Lakin nəzarət mexanizmi kiçik ailə biznesinin üzərinə ağır maliyyə və bürokratik yük qoyarsa, nəticə əksinə ola bilər. Ailə təsərrüfatları qeydiyyatdan yayınmağa, yaxud fəaliyyətlərini qeyri-rəsmi formada davam etdirməyə çalışa bilərlər.

Ona görə dövlət nəzarəti cərimə və məhdudlaşdırma üzərində deyil, qeydiyyat, maarifləndirmə və dəstək üzərində qurulmalıdır. Ailə təsərrüfatlarının qeydiyyatı sadələşdirilməli, prosedurlar və xərclər minimuma endirilməlidir. Qeydiyyatdan keçən təsərrüfatlara qida təhlükəsizliyi, konservləşdirmə, qablaşdırma və saxlanma qaydaları üzrə praktiki təlimlər verilməli, laboratoriya müayinələri əlçatan və mümkün qədər subsidiyalı olmalıdır.

Bununla yanaşı, qeydiyyata alınmış ailə təsərrüfatları üçün güzəştli mikrokredit mexanizminin yaradılması məqsədəuyğun olardı. Məsələn, 5-8 faizlə kreditlərin verilməsi kəndlinin qablaşdırma, soyuducu, sterilizasiya və digər avadanlıqlar almasına, istehsalını genişləndirməsinə imkan yarada bilər. Beləliklə, dövlət nəzarəti sahibkar üçün yalnız əlavə xərc deyil, biznesini böyütmək imkanı da yaradar.

Burada risk əsaslı yanaşma xüsusilə vacibdir. Bütün ailə təsərrüfatlarına eyni tələblərin tətbiqi düzgün olmaz. Aşağı riskli məhsullar üçün sadə qeydiyyat və minimal tələblər, konservləşdirilmiş və daha yüksək riskli məhsullar üçün isə əlavə təhlükəsizlik prosedurları tətbiq edilə bilər.

Əgər bu model düzgün qurularsa, dövlət nəzarəti kəndlinin məhsulunun qiymətini avtomatik artıran amilə çevrilməz. Əksinə, təhlükəsizliyi təsdiqlənmiş məhsulun marketlərə, yarmarkalara və digər rəsmi satış kanallarına çıxışı genişlənə bilər. Bu da kəndlinin xammalı ucuz satmaq əvəzinə onu emal edib daha yüksək əlavə dəyər əldə etməsinə şərait yaradar.

Deməli, əsas məsələ evdə hazırlanan məhsullara nəzarətin olub-olmaması deyil, həmin nəzarətin necə təşkil edilməsidir. Nəzarət ailə biznesinin qarşısını kəsən mexanizmə çevrilərsə, sosial və iqtisadi problem yarada bilər. Amma qeydiyyat sadələşdirilər, güzəştli maliyyə və texniki dəstək verilər, təhlükəsiz məhsul istehsal edən ailələr üçün bazara çıxış genişləndirilərsə, qida təhlükəsizliyinin gücləndirilməsi eyni zamanda kənddə mikro və ailə bizneslərinin inkişafına da xidmət edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Sentyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri