Icma.az
close
up
RU
Azərbaycanın bu kəndlərində iş yerləri açılacaq KONKRET

Azərbaycanın bu kəndlərində iş yerləri açılacaq KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Ölkədə 8 turistik kənd seçilərək turizm infrastrukturu layihəsinə daxil edilib.

KONKRET.az Xəzər TV-yə istinadla xəbər verir ki, Dövlət Turizm Agentliyinin seçdiyi kəndlər unikal bölgələrdə yerləşir. Siyahıya Qusarın Ləzə, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi daxildir. Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, bu kəndlər “Turistik kənd” konsepsiyasına uyğun olaraq gələcəkdə həm daxili, həm də xarici turistlər üçün yeni marşrutların əsas hissəsinə çevriləcək.

Layihə çərçivəsində artıq bir sıra işlər görülüb. Məsələn, Astaranın Sım kəndində turizm potensialı qiymətləndirilib və kənd regionun turizm marşrutuna daxil edilib. Son iki ildə yalnız bu kəndə hər ay təxminən 2 min turistin səfər etməsi infrastrukturu inkişaf etdirməyin nə qədər vacib olduğunu göstərir. Ekspertlər hesab edirlər ki, bu cür layihələr kəndlərdə yeni iş yerləri yaradacaq və əhalinin kənddən şəhərə axınını azaldacaq.

Dünya təcrübəsində “Turistik kənd” modeli artıq özünü doğruldub. İtaliya, İndoneziya, Fransa kimi ölkələrdə bu format kəndlərin boşalmasının qarşısını alıb, əhalinin gəlirini artırıb və milli mətbəx ilə sənətkarlığı dirçəldib.

Rəhman Quliyev bildirir ki, Azərbaycan da bu təcrübəni öz coğrafiyasına uyğunlaşdırmaqla həm regionların sosial həyatını canlandıra, həm də kənd turizmini brend səviyyəsinə qaldıra bilər.

Hazırda layihəyə daxil olan kəndlərdə həm infrastrukturun təkmilləşdirilməsi, həm də təbii və mədəni irsin qorunması istiqamətində işlər davam edir. Yeni konsepsiya başa çatdıqdan sonra bu kəndlərin hər biri Azərbaycanın turizm xəritəsində fərqli sima ilə təqdim olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Oktyabr 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri