Icma.az
close
up
RU
Azərbaycanın meyvə ixracatçıları rus rublunun ucuzlaşmasından əziyyət çəkir

Azərbaycanın meyvə ixracatçıları rus rublunun ucuzlaşmasından əziyyət çəkir

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son vaxtlar Rusiyanın milli valyutası rublun ucuzlaşması, o cümlədən ABŞ dolları qarşısında dəyərdən düşməsi Azərbaycandan qonşu ölkəyə meyvə ixrac edən sahibkarları minlərlə manat ziyana salıb.

Məsələ ondadır ki, Rusiyanın meyvə idxalçıları aldıqları malların pulunu rublla və tədricən ödəyirlər.

Məzənnənin dəyişməsi isə Azərbaycanın iş adamlarının əldə etdikləri ixrac gəlirlərinin dollarla ifadədə azalmasına səbəb olur.

"Report" vəziyyəti biznes dairələri ilə müzakirə edib.

"Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov deyir ki, Rusiyaya xurma göndərən sahibkarlarımız ziyanla bacardıqca az üzləşmək üçün hələ ki, ixracı azaldıb: "İş adamları xurmanı ölkənin soyuducu anbarlarında saxlayıb, məzənnənin sabitləşməsini gözləyir. Çünki, qeyri-müəyyənlik şəraitində ixrac sərf etmir, sahibkarlar ziyanla işləyir".

Onun sözlərinə görə, mövcud vəziyyət uzun müddət davam etsə, dövlətin dəstək mexanizmlərinə ehtiyac ola bilər.

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov isə bildirir ki, Rusiya rublunun dəyərdən düşməsi fonunda nar ixracı kəskin azaldılıb: "Əvvəllər həftədə 3-4 TIR nar ixrac edilirdisə, hazırda qonşu ölkəyə satış 1 TIR-a düşüb. Rublun ucuzlaşması ilə əlaqədar alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün nar maya dəyərinə ixrac edilir. Yaxın vaxtlarda məzənnənin əvvəlki həddə qayıdacağı da gözlənilmir. Qiyməti artırıb bu vəziyyətdən daha az ziyanla çıxmaq da mümkün deyil. Çünki, məhsul bahalaşanda satılmır. Nar həm də yaş meyvədir və onu uzun müddət saxlamaq mümkün deyil”.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 187 min ton xurma istehsal olunub, bunun 165 tonu ixrac edilib, o cümlədən 147 tonu Rusiyaya satılıb.

Bundan başqa, ötən il ölkədə 190 min ton nar istehsal olunub, bunun 29 min tonu ixrac edilib, o cümlədən 24 min tonu Rusiyaya göndərilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Dekabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see262

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see177

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see155

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see131

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see125

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri