Icma.az
close
up
RU
Azərbaycanın meyvə ixracatçıları rus rublunun ucuzlaşmasından əziyyət çəkir

Azərbaycanın meyvə ixracatçıları rus rublunun ucuzlaşmasından əziyyət çəkir

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar Rusiyanın milli valyutası rublun ucuzlaşması, o cümlədən ABŞ dolları qarşısında dəyərdən düşməsi Azərbaycandan qonşu ölkəyə meyvə ixrac edən sahibkarları minlərlə manat ziyana salıb.

Məsələ ondadır ki, Rusiyanın meyvə idxalçıları aldıqları malların pulunu rublla və tədricən ödəyirlər.

Məzənnənin dəyişməsi isə Azərbaycanın iş adamlarının əldə etdikləri ixrac gəlirlərinin dollarla ifadədə azalmasına səbəb olur.

"Report" vəziyyəti biznes dairələri ilə müzakirə edib.

"Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov deyir ki, Rusiyaya xurma göndərən sahibkarlarımız ziyanla bacardıqca az üzləşmək üçün hələ ki, ixracı azaldıb: "İş adamları xurmanı ölkənin soyuducu anbarlarında saxlayıb, məzənnənin sabitləşməsini gözləyir. Çünki, qeyri-müəyyənlik şəraitində ixrac sərf etmir, sahibkarlar ziyanla işləyir".

Onun sözlərinə görə, mövcud vəziyyət uzun müddət davam etsə, dövlətin dəstək mexanizmlərinə ehtiyac ola bilər.

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov isə bildirir ki, Rusiya rublunun dəyərdən düşməsi fonunda nar ixracı kəskin azaldılıb: "Əvvəllər həftədə 3-4 TIR nar ixrac edilirdisə, hazırda qonşu ölkəyə satış 1 TIR-a düşüb. Rublun ucuzlaşması ilə əlaqədar alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün nar maya dəyərinə ixrac edilir. Yaxın vaxtlarda məzənnənin əvvəlki həddə qayıdacağı da gözlənilmir. Qiyməti artırıb bu vəziyyətdən daha az ziyanla çıxmaq da mümkün deyil. Çünki, məhsul bahalaşanda satılmır. Nar həm də yaş meyvədir və onu uzun müddət saxlamaq mümkün deyil”.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 187 min ton xurma istehsal olunub, bunun 165 tonu ixrac edilib, o cümlədən 147 tonu Rusiyaya satılıb.

Bundan başqa, ötən il ölkədə 190 min ton nar istehsal olunub, bunun 29 min tonu ixrac edilib, o cümlədən 24 min tonu Rusiyaya göndərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://sitat.info
archiveBu xəbər 06 Dekabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri