Azərbaycanın meyvə tərəvəz ixracından əladə etdiyi gəlir məlum oldu Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2024-cü ildə Azərbaycandan 707 milyon 795 min ABŞ dolları dəyərində 686 min 254 ton meyvə-tərəvəz ixrac edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
əvvəlki illə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 2.5% və ya 18.1 milyon ABŞ dolları, həcmi isə 5% və ya 35.8 min ton azalıb. 2023-cü ildə Azərbaycan 725 milyon 902 min dollar dəyərində 722 min 78 ton meyvə-tərəvəz ixrac edib.
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 175,4 milyon ABŞ dolları dəyərində tomat (145.6 min ton) , 128.9 milyon ABŞ dolları dəyərində meşə fındığı (20.2 min ton), 113.7 milyon ABŞ dolları dəyərində xurma (154.3 min ton), 61.9 milyon ABŞ dolları dəyərində alma (97.8 min ton ), 29.8 milyon ABŞ dolları dəyərində nar (33.9 min ton) və 20.5 milyon ABŞ dolları dəyərində kartof (48.2 min ton) olub.
Xatırladaq ki, ötən il meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.67%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.09%-ə bərabər olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 Yanvar 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















