Icma.az
close
up
RU
Azərbaycanın müasir ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur HƏRBİ EKSPERT DANIŞDI

Azərbaycanın müasir ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur HƏRBİ EKSPERT DANIŞDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun təşkili dövlət quruculuğunun mühüm istiqamətlərindən biri olmuşdur. 1918-ci ildə, Osmanlı İmperatorluğunun sərkərdəsi Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun dəstəyi ilə Bakı şəhəri erməni-bolşevik birləşmələrindən azad edilmişdir. Bu hadisə Azərbaycan xalqının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsinin mühüm mərhələlərindən biri kimi tarixə düşmüşdür". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, 1918-ci ilin 15 sentyabrında Bakı şəhərinə daxil olan Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu, xalqın böyük ruh yüksəkliyi və sevinci ilə qarşılanmışdır: "Lakin Azərbaycan Xalq Cümhuriyyəti uzunömürlü ola bilməmiş, 1920-ci ilin 27 aprelində sovetləşdirilmişdir.

Buna baxmayaraq, 350 nəfərlik Azərbaycan Milli Ordusu Şimal-Təpə istiqamətində sayca qat-qat üstün olan – təqribən 70.000 nəfərlik bolşevik ordusuna qarşı böyük qəhrəmanlıq göstərmiş, müqavimət göstərərək vətənin müdafiəsində şəhid olmuşdur. Bu hadisə dünya hərb tarixində misli nadir görülən vətənpərvərlik və fədakarlıq nümunələrindən biri kimi qiymətləndirilir.

Bu tarixi faktlar Azərbaycan hərb tarixinin və milli müstəqillik uğrunda mübarizəsinin elmi tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir və gələcək nəsillərə çatdırılmalı olan mənəvi irsin əsas tərkib hissələrindəndir".

Ekspert bildirib ki, Azərbaycan Ordusunun formalaşması və inkişafı mürəkkəb tarixi mərhələlərdən keçmişdir: "Müstəqillik dövründə ordu quruculuğunun əsasının qoyulmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olmuşdur. 1971-ci ildə onun təşəbbüsü ilə Naxçıvan şəhərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, gələcəkdə milli zabit kadrlarının hazırlanmasına yönəlmiş strateji addım kimi qiymətləndirilməlidir. Ulu Öndər, gələcəkdə Azərbaycanın müstəqillik qazanacağını və milli orduya ehtiyac yaranacağını dərin uzaqgörənliklə öncədən dərk edərək bu liseyin fəaliyyətini təmin etmişdir.

Cəmşid Naxçıvanski adına Hərbi Lisey, təkcə gənclərin orta təhsil alması üçün deyil, həm də onların hərbi biliklərə yiyələnməsi və ordu sıralarında xidmətə hazırlanması baxımından mühüm rol oynamışdır. Bu təhsil ocağı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşmasında mühüm kadr bazası kimi çıxış etmişdir.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda nizami ordu quruculuğu istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirmişdir. Könüllü silahlı dəstələr tədricən ləğv edilmiş, vahid komandanlığa tabe olan milli ordu yaradılmış, Hərbi Akademiya təsis olunmuş, hərbi qanunvericilik bazası formalaşdırılmış və Silahlı Qüvvələrin maddi-texniki təminatı əhəmiyyətli dərəcədə gücləndirilmişdir.

Bu proseslər Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin olunmasında, eləcə də peşəkar ordu modelinə keçidin reallaşdırılmasında fundamental əhəmiyyətə malikdir. Ordu quruculuğunda əldə olunan nailiyyətlər müasir dövrdə də davam etdirilərək, ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

Azərbaycan Respublikasının müasir ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələ xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ordunun maddi-texniki bazasının gücləndirilməsi, müasir hərbi rabitə və idarəetmə sistemlərinin tətbiqi, eləcə də qabaqcıl beynəlxalq standartlara cavab verən hərbi təhsil müəssisələrinin yaradılması ilə xarakterizə olunur.

Azərbaycan Silahlı Qüvvələri bu gün təkcə qardaş Türkiyə ilə deyil, dünyanın müxtəlif ölkələri ilə hərbi-texniki əməkdaşlıq əlaqələri quraraq, yüksək səviyyəli hərbi texnologiyalarla təchiz olunmuşdur. Ordunun silah-sursat təminatı, texniki avadanlıqları və rabitə sistemləri ən müasir tələblərə cavab verir. Bununla yanaşı, hərbi qulluqçuların peşəkar hazırlığı üçün zəruri infrastruktur yaradılmış, müasir təlim mərkəzləri istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusu nizamlı ordudan peşəkar ordu modelinə keçidi uğurla reallaşdırmışdır. Əgər Ümummilli Lider Heydər Əliyev tərəfindən nizami ordunun əsasları qoyulmuşdursa, Prezident İlham Əliyev bu əsası daha da inkişaf etdirərək peşəkar və döyüş qabiliyyətli ordu modelini formalaşdırmışdır.

Bu ordu, Afrin əməliyyatlarında, 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin lokal antiterror tədbirlərində yüksək peşəkarlıq nümayiş etdirərək, qısa müddətdə düşmənə sarsıdıcı zərbələr endirmiş və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında həlledici rol oynamışdır. Müasir döyüş taktikasının və qabaqcıl hərbi texnologiyaların tətbiqi nəticəsində Azərbaycan Ordusu regionun ən güclü və çevik hərbi qüvvələrindən birinə çevrilmişdir.

Bu uğurlar ölkənin milli təhlükəsizlik strategiyasının effektivliyini və ordu quruculuğunda məqsədyönlü dövlət siyasətinin uğurla həyata keçirildiyini bir daha sübut edir" - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyun 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see226

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see222

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see187

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see177

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see153

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see152

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see150

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see145

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see144

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see135

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see134

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see134

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see130

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see127

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see127

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see127

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see126

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see126

Umar Nurməhəmədov Mario Bautista ilə döyüşdə yıxılmasının səbəbini izah edib

26 Oktyabr 2025 12:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri