Icma.az
close
up
RU
Mina təhlükəsinin miqyası çox genişdir HƏRBİ EKSPERT DANIŞDI

Mina təhlükəsinin miqyası çox genişdir HƏRBİ EKSPERT DANIŞDI

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Hazırda işğaldan azad olunmuş ərazilərdə mina və partlamamış sursatların təmizlənməsi Azərbaycanın qarşısında duran ən vacib və strateji vəzifələrdən biridir. Bu proses təkcə hərbi təhlükənin aradan qaldırılması baxımından deyil, həm də sosial, iqtisadi və humanitar aspektlərdən ölkənin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, minalardan azad olunmadan həmin ərazilərdə infrastrukturun qurulması, kənd təsərrüfatının bərpası və insanların təhlükəsiz şəkildə öz doğma yurdlarına qayıdışı mümkün deyil: "Minaların təmizlənməsi prosesi postmüharibə dövrünün ən çətin, amma ən həyati mərhələsidir. Hazırda bu işlər əsasən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilir və bu prosesə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və digər qurumların mühəndis-istehkamçı bölmələri də cəlb olunub. Eyni zamanda, Türkiyə, Böyük Britaniya, İsrail, Macarıstan, Fransa kimi ölkələr və BMT, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar da bu prosesdə həm texniki, həm də maliyyə baxımından dəstək göstərirlər.

Mina təhlükəsinin miqyası çox genişdir. Ermənistan işğal dövründə təkcə döyüş mövqelərini deyil, həm də yaşayış məntəqələrini, kənd yollarını, əkin sahələrini, meşəlikləri, hətta qəbiristanlıqları və su mənbələrini belə məqsədli şəkildə minalayıb. Bu, beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır və onun nəticələrini bu gün də Azərbaycan xalqı hiss edir.

Təmizlənmə prosesi bir neçə mərhələdə həyata keçirilir: əvvəlcə mina risklərinin xəritələşdirilməsi və risk qiymətləndirilməsi aparılır, daha sonra ərazilər mexaniki və əl üsulu ilə təmizlənir, sonda isə təhlükəsizliyin yoxlanılması və sertifikatlaşdırılması mərhələsi baş tutur. Bu, həm texniki, həm də insan resursları baxımından olduqca vaxt və səbr tələb edən bir prosesdir. Lakin bu istiqamətdə ciddi problemlər mövcuddur. Ən böyük çətinlik Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini tam şəkildə təqdim etməməsidir. Rəsmi Bakıya verilən xəritələrin əksəriyyəti natamam və qeyri-dəqiqdir, nəticədə bu, həm əməliyyatların ləngiməsinə, həm də itkilərin artmasına səbəb olur. Təəssüf ki, bu günədək onlarla hərbçi və mülki şəxs mina partlayışlarının qurbanı olub.

Bundan əlavə, ərazilərin relyefi və təbiət şəraiti də təmizləmə əməliyyatlarını çətinləşdirir. Dağlıq və meşəlik zonalarda ağır texnikanın işləməsi mümkün olmur, belə hallarda mütəxəssislər mina axtarışını əl üsulu ilə aparırlar. Bu isə həm təhlükəlidir, həm də çox vaxt aparır. Həmçinin hava şəraiti, xüsusilə yağışlı və qarlı mövsümlər əməliyyatların tempinə mənfi təsir göstərir. Bu çətinliklərin aradan qaldırılması üçün bir neçə əsas istiqamət üzrə tədbirlər görülməlidir. Birincisi, beynəlxalq əməkdaşlıq genişləndirilməli, yeni texnologiyalar tətbiq edilməlidir. Müasir dron sistemləri, metal detektorlar və süni intellekt əsaslı analiz vasitələri minatəmizləmə işlərini daha təhlükəsiz və sürətli edə bilər. İkincisi, mina təhlükəsinə qarşı maarifləndirmə işləri gücləndirilməlidir. İnsanlar, xüsusilə də bölgələrə qayıdan əhali mina riski və təhlükəli zonalar barədə məlumatlandırılmalıdır. Üçüncüsü, bu proses üçün maliyyə resursları artırılmalıdır. Mina təmizlənməsi çox bahalı və uzunmüddətli bir prosesdir, buna görə həm dövlət büdcəsindən, həm də beynəlxalq donor təşkilatlardan daha çox vəsait ayrılmalıdır.

Azərbaycan artıq bəzi minatəmizləmə texnikalarının yerli istehsalını həyata keçirməyə başlayıb ki, bu da ölkənin texnoloji müstəqilliyini və əməliyyat səmərəliliyini artırır. Uzunmüddətli perspektivdə bu istiqamətin inkişafı Azərbaycanın müdafiə sənayesinin güclənməsinə də xidmət edəcək. Minalardan azad olunan hər bir torpaq parçası Azərbaycanın gələcəyi üçün yeni həyat deməkdir. Çünki mina təmizlənməsi olmadan nə yollar çəkilə, nə evlər tikilə, nə də kənd təsərrüfatı bərpa oluna bilər. Minalardan təmizləmə təkcə mühəndis-texniki əməliyyat deyil - bu, azad edilmiş torpaqlarda həyatın yenidən bərpası, insanların təhlükəsiz qayıdışı və milli iradənin simvoludur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Noyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri