Icma.az
close
up
RU
Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı ölkə iqtisadiyyatının güclənməsinə töhfə verir RƏY

Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı ölkə iqtisadiyyatının güclənməsinə töhfə verir RƏY

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı ötən iyirmi il ərzində öz dinamikasını qoruyub saxlayır. Regionda ölkəmizin artan nüfuzu, logistika imkanlarının genişlənməsi, şərqdən qərbə, şimaldan cənuba istiqamətlənən yolların Azərbaycanda kəsişməsi ölkəmizə bir sıra üstünlüklər qazandırır. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət də regional layihələrin həyata keçirilməsində Azərbaycanın önəmini, söz sahibi olmaq imkanlarını artırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov səsləndirib.

“Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə də Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafından və mövcud problemlərdən söz açılıb, müzakirələr aparılaraq qarşıda duran vəzifələrdən danışılıb. Ölkə iqtisadiyyatının inkişafında önəmli yer tutan nəqliyyat sektoru cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. Bu gün ölkə iqtisadiyyatı sürətli inkişafın növbəti mərhələsinə keçib ki, bu da günün tələblərini əks etdirən güclü fəaliyyətə keçməyi özündə ehtiva edir. Müşavirədə qeyd edildiyi kimi, son 15 il ərzində paytaxtımızda və bölgələrdə bir çox böyük layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib”, - deyə deputat bildirib.

Bakıda müşahidə olunan tıxacların səbəblərinin bəlli olduğunu qeyd edən A.Hüseynov bildirib ki, əhali sayının ildən-ilə artması, vaxtilə yaradılmış şəhər yol infrastrukturunun günün tələblərinə cavab verməməsi bu sıradandır. “2008-ci ildən bu günə qədər metronun yeddi yeni stansiyası tikilib və qəbul ediləcək Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir. COP29 tədbirləri ərəfəsində insanların rahatlığı nəzərə alınaraq Bakıya 161 yeni elektrik avtobusu gətirilib. Həmin nəqliyyat vasitələrinin bir üstünlüyü də var. Havanın ən çox çirklənməsində nəqliyyat vasitələrinin olması heç kimə sirr deyil. Müşavirədə vacib layihələrdən olan yeni Dəniz Ticarət Limanının inşasına da toxunulub. Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyatın gələcək inkişaf məsələlərinə xüsusi olaraq toxunaraq bildirib ki, yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Bu, çox böyük maliyyə tutumlu, bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq”, - deyə A.Hüseynov əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri