Icma.az
close
up
RU
TRIPP layihəsi və nəqliyyat infrastrukturunun inkişafı: Azərbaycanın daxili və regional kommunikasiya imkanları

TRIPP layihəsi və nəqliyyat infrastrukturunun inkişafı: Azərbaycanın daxili və regional kommunikasiya imkanları

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə dövlətimiz möhtəşəm nailiyyətlər qazanır. Dövlətimizin başçısının yaratdığı yeni reallıqlar nəticəsində Cənubi Qafqaz regionu yeni inkişaf mərhələsinə qədəm qoyub. Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və digər razılaşmalar bölgəni sülh və əməkdaşlıq məkanına çevirəcək. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, hazırda dünyada mürəkkəb və ziddiyyətli proseslər davam edir. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət davamlı olaraq ölkəmizə uğurlar qazandırır. Cənab Prezident "Əl-Ərəbiyyə" telekanalına geniş müsahibə verərək sülh prosesi, regional əməkdaşlıq imkanları və digər aktual mövzular haqqında fikirlərini geniş ifadə edib. Dövlətimizin başçısı Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələrindən ətraflı bəhs edərək Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır. Çünki imzalanmış sənədlər müstəsna əhəmiyyət daşıyır. Cənab Prezident ümid etdiyini bildirib ki, bundan sonra prosesə heç bir müdaxilə olmayacaq. “Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb”, - deyə dövlət başçısı vurğulayıb. Yəni razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Bu da Ermənistanın özü üçün ciddi problem yarada bilər.
Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Prezidentimizin dediyi kimi, əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik.
Millət vəkilinin sözlərinə görə, cənab Prezident müsahibədə Zəngəzur dəhlizinin açılmasına da xüsusi diqqət yetirib. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Zəngəzur dəhlizinin açılması gündəmə gəlib. Azərbaycanın prinsipial şərtlərindən biri bu idi ki, bu dəhliz açılmalı, Naxçıvanın blokadasına son qoyulmalıdır. Vətəndaşlarımız isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvana maneəsiz və təhlükəsiz gedib-gəlməlidirlər. Bunun üçün güclü beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Prezident İlham Əliyevin dediyi kimi, yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. “Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”, - deyə dövlət başçısı vurğulayıb.
Samir Vəliyev qeyd edib ki, proseslər pozitiv istiqamətdə davam edir. Bu amil gələcəyə nikbin baxmağa əsas verir. Dövlətimizin başçısının müsahibədə qonşu ölkələrlə münasibətlər, regional proseslərlə bağlı fikirləri isə Azərbaycanın regionda və dünyada söz sahibi olan dövlətlər sırasında olduğunu təsdiqləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri