Icma.az
close
up
RU
Azərbaycanın nəqliyyat logistika imkanları genişlənir

Azərbaycanın nəqliyyat logistika imkanları genişlənir

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan nəqliyyat sektorunun inkişafı ilə bağlı ardıcıl siyasət həyata keçirir. Dövrün tələblərinə uyğun olaraq bu sahədə yeniləşmə, təkmilləşmə belə bir reallıqda öz əksini tapır ki, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə görülən işləri əsaslı şəkildə diqqətə çatdıraraq onların fonunda hədəfləri açıqladı. Əsas diqqət Bakı şəhərinin və onun ətrafının nəqliyyat infrastrukturunun inkişafına yönəldildi. Buna səbəb son illər ərzində bu istiqamətdə bir çox işlər görülməsinə, böyük infrastruktur layihələrinin icra edilməsinə baxmayaraq yenə də Bakı şəhərində tıxacın müşahidə olunması, tıxacların sayının ildən-ilə artması oldu. Cənab İlham Əliyev bunun təbii səbəblərini qeyd etdi. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 ildə Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb. Ona görə də vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.

Son illərdə Bakı şəhərində və onun ətraf ərazilərində böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa olundu, yeni yollar salındı. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları icra edildi. Bu proqramlardan irəli gələn vəzifələrin uğurlu icrası reallıqlarda özünün aydın ifadəsini tapır. Həmin proqramlarda nəqliyyat infrastrukturu prioritet məsələ kimi qeyd edilmişdi. Ümumilikdə, nəqliyyat məsələləri daim diqqət mərkəzində olur. Dövlətimizin başçısı İlham Əliyev növbəti böyük bir proqramın qəbul olunacağını bildirdi”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir: “Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar həcmində sərmayələr artıq qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı əsas hədəflər sırasındadır. Bu isə öz növbəsində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsini, təkmilləşdirilməsini şərtləndirir. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər 20 il əvvələ nəzər salsaq o vaxt yollarımızın nə vəziyyətdə olduğunu görərik. Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Hazırda bütün şəhərləri müasir yollar birləşdirir. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb. Hər il bu məqsədlər üçün vəsait ayrılır”.
Malik Həsənov bu məqamı da xüsusi vurğulayıb ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpü roluna əsas verir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri bu rolunu daha da möhkəmləndirir: “Bu baxımdan dövlətimizin başçısı İlham Əliyev sözügedən müşavirədə belə bir reallığı diqqətə çatdırdı ki, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Azərbaycan coğrafi vəziyyətindən səmərəli istifadə edib. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq göstərir və praktiki işlər görür.
Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün mühüm addımlar atılır. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılır, müştərək müəssisələr qurulur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir”.
Millət vəkili bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyas alan bərpa-quruculuq işlərində də əsas diqqət infrastruktur layihələrinin uğurlu icrasına yönəldilir: “Dövlət başçısı İlham Əliyev bu sahədə görülən işləri rəqəmlər əsasında diqqətə çatdırdı. 44 avtomobil yolu layihəsi icra edilib, ya da icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. “Həyat yerində durmur” söyləyən cənab İlham Əliyev bildirdi ki, yeni dövlət proqramı qəbul ediləcək. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb”.
Malik Həsənov son 20 ildə Azərbaycanda səkkiz beynəlxalq hava limanının inşa edildiyini önə çəkərək diqqəti azad edilmiş ərazilərimizdə qısa zamanda tikilib istifadəyə verilən Füzuli və Zəngilan Benəlxalq Hava limanlarına yönəldib: “Qarabağımız və Şərqi Zəngəzurumuz hava qapılarını dünyaya açdı. Doqquzuncu Beynəlxalq Hava Limanı bu il Laçında istifadəyə veriləcək. Atılan bu addımlar ölkəmizin iqtisadi imkanları ilə yanaşı, azad edilmiş ərazilərimizin strateji əhəmiyyətini nümayiş etdirir. Bu torpaqlarımız böyük truzim imkanlarına malikdir. Qarabağımız və Şərqi Zəngəzurumuz tezlıklə böyük investisiyalar, turizm məkanına çevriləcək”.
Millət vəkili yeni layihələr sırasında Zəngəzur dəhlizini də xüsusi qeyd edib: “Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə salındı. Prezident İlham Əliyev müşavirədə diqqəti bu layihəyə yönəldərək bildirdi ki, bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir. Bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir. Faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortaya atıb. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq: “Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin”.
Malik Həsənov ümumiləşdirilmiş şəkildə bildirib ki, Şərqlə Qərb arasında körpü olan Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları genişlənir. Bu imkanlar yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri