Icma.az
close
up
RU
Azərbaycanın qara siyahısı nda idi, VƏZİFƏYƏ GƏTİRİLDİ

Azərbaycanın qara siyahısı nda idi, VƏZİFƏYƏ GƏTİRİLDİ

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Senatının Kəşfiyyat komitəsi Tulsi Qabbardı Milli  Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə təsdiqləyib.

Qabbardın namizədliyini 9 senator dəstəkləyib, 8 nəfər əleyhinə olub. O, 2017-ci ildə Konqres üzvü olduğu zaman Ermənistana, oradan isə qanunsuz olaraq işğal altındakı Qarabağa səfər edib.

Buna görə də T.Qabbard Azərbaycan dövləti tərəfindən “arzuolunmaz şəxslər” siyahısına salınıb. 2019-cu ildə prezidentliyə namizəd olan Qabbard qondarma erməni soyqırımı  qətnaməsinin həmmüəlliflərindən biridir. 2020-ci ildə isə o, Türkiyəni “Qarabağda müharibəni alovlandırmaqda” ittiham edib. Elə həmin il  sabiq dövlət katibi Mayk Pompeoya məktəb yazaraq Azərbaycan əleyhinə fikirlər səsləndirib. O, ABŞ ordusunun veteranıdır, 20 il xidmət keçib. Ancaq digər namizədlərdən fərqli olaraq, kəşfiyyat sahəsində təcrübəsi yoxdur. Qabbard Demokratlar Partiyasının üzvü olub, ancaq 2022-ci ildə istefa verib.  2024-cü ildə prezident seçkisində Donald Trampı dəstəkləyib.

“Qara siyahı”mızda adı olan fiqurun Tramp administrasiyasında önəmli posta gətirilməsi Azərbaycana qarşı fəaliiyyətin gücləndiriləcəyini söyləməyə əsas verirmi? Qabbardın Azərbaycana səfər etməsi zərurəti nə zamansa yaranarsa, Azərbaycan necə davranmalı olacaq?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Milli Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə təyin olunan Qabbardın keçmişi ilə bağlı narahatlıqlarımız təbiidir. Ancaq biz dəfələrlə şahid olmuşuq ki, müəyyən siyasət adamları mühüm dövlət vəzifəsinə gələnə qədər bir mövqe tutublar, vəzifəyə təyin olunandan sonra tamamilə başqa davranışlar sərgiləyiblər. Yaxşı xatırlayırıq ki, Co Bayden prezident seçilənə qədər bütün həyatını erməniliyə xidmətə həsr eləmişdi və erməni lobbisinin ən aktiv üzvlərindən biri idi. Amma onun prezidentliyi dövründə Ermənistan tarixinin ən böyük məğlubiyyətini, faciələrini yaşadı və özünün tutduğu barışmaz mövqedən imtina etmək məcburiyyətində qaldı. Qəbul olunan ağıllı qərarların verilməsində ABŞ-ın təzyiqləri də öz rolunu oynadı: “Məşhur bir deyim var, tac qoyulan baş ağıllanar. Yəni insanın üzərinə hakimiyyət məsuliyyəti qoyulanda o, ağıllı olmaq məcburiyyətindədir, daha məsuliyyətli hərəkət etməyə məcburdur. Bu səbəbdən hesab edirəm ki, ABŞ-ın Milli Kəşfiyyat Xidmətinin yeni direktoru da, keçmişdə özünü erməni lobbisinə xidmətə həsr eləyən digərləri də vəzifəyə təyin olunduqdan sonra keçmişin üzərindən xətt çəkəcəklər və Amerika dövlətinin matraqlarına uyğun davranış sərgiləyəcəklər. Amerikanın maraqlarına uyğun davranış ilk növbədə Azərbaycanla və Türkiyə ilə normal münasibətlərin qurulmasıdır. Bu gün ABŞ qarşısında çox ağır məsələlər dayanır. İsrail-Fələstin probleminin həll olunması istiqamətində müəyyən addımlar atılsa da görüləcək işlər hələ qarşıdadır. Ukrayna-Rusiya müharibəsini 6 aya, yaxud 100 günə bitirməyə söz verən Donald Tramp bunun nə qədər ağır vəzifə olduğunu da anlamamış deyil. Üstəlik, onlar özlərinə əlavə problemlər də yaradıblar. Qrenlandiya, Kanada, Meksika və Panama ilə bağlı verilən bəyanatlar, atılan addımlar Amerikanın üzləşdiyi problemləri bir az da artırıb. Çinlə bağlı problemlər də böyüməkdədir. Bu vəziyyətdə ABŞ-ın Azərbaycana, Türkiyəyə, bölgəmizə münasibətdə daha konstruktiv mövqe tutması qaçılmazdır. Əks halda, Cənubi Qafqazda söz sahibi olmaq imkanları azalacaq. Bundan əvvəlki administrasiyanın son dövrlərdəki fəaliyyəti onu tamamilə proseslərdən kənarda qoydu və mən hesab edirəm ki, bu məsələni yeni administrasiya nəzərdən qaçırmamalıdır”.

Siyasi şərhçi hesab edir ki, Vaşinqton Cənubi Qafqazda möhkəmlənmək istəyirsə, ilk növbədə Azərbaycanla və Türkiyə ilə normal münasibətlər saxlamağa çalışmalıdır, Qabbard kimi vəzifəli şəxslər artıq özlərini əvvəlki kimi erməni maraqlarının xidmətçisi qismində aparmamalıdır: “Mən müəyyən dövlət vəzifələrinə gətirilən keçmiş ermənipərəst konqresmenlərin və senatorların eyni xətti davam etdirəcəklərinə, Azərbaycana qarşı fəaliyyət göstərəcəklərinə inanmıram. Onlar daha müdrik, daha ağıllı olmaq məcburiyyətindədirlər. Bu adamlar nə vaxtsa Azərbaycana səfər etmək istəsələr, təbiidir ki, normal məmurlar kimi, ABŞ-ın yüksək vəzifəli şəxsləri kimi qarşılanmalıdırlar. Nə qədər ki, onlar köhnə davranışlarını, bizim qəbul etməyəcəyimiz hərəkətləri təkrar eləməyəcəklər, Azərbaycanın onlara münasibəti də normal olacaq. Hesab edirəm ki, bu, ən düzgün yoldur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Fevral 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri