Azərbaycanın Qarsdakı Baş konsulu yerli bələdiyyə sədri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev Qars Bələdiyyəsinin sədri Ötüken Şengeri ziyarət edib.
"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında tarixi-mədəni əlaqələrin möhkəmləndirilməsi, yerli idarəetmə səviyyəsində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, eləcə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Qars Bələdiyyəsinin sədri Ö.Şenger Azərbaycanın Türkiyə üçün yalnız dost və müttəfiq deyil, həm də qardaş ölkə olduğunu vurğulayıb. Qarsın tarixi-coğrafi mövqeyinə görə Azərbaycanla dərin əlaqələri olduğunu xatırladan Ö.Şenger bu əlaqələrin inkişafı üçün hər cür əməkdaşlığa hazır olduqlarını bildirib.
Baş konsul Zamin Əliyev isə öz növbəsində Azərbaycanın Qarsla mədəni əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı layihələrin həyata keçirilməli olduğunu və bu çərçivədə birgə tədbirlərin, qardaş şəhər layihələrinin, tələbə mübadiləsi proqramlarının gündəmə gətirilə biləcəyini vurğulayıb.
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 12 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















