Icma.az
close
up
RU
Azərbaycanın qəhrəmanı, “Qalatasaray”ın azarkeşi, şəhid Fərid Dursunov

Azərbaycanın qəhrəmanı, “Qalatasaray”ın azarkeşi, şəhid Fərid Dursunov

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qax, 6 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan və 44 gün davam edən Vətən savaşında rəşadətli Azərbaycan Ordusu, qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, mənfur düşməni əzəli torpaqlarımızdan qovublar. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bu gün Azərbaycanın hər yerində dərin ehtiramla anılır. Belə qəhrəman oğullardan biri də Vətən yolunda canından keçərək şəhidlik zirvəsinə ucalan Qax rayonundan olan kapitan Fərid Dursunovdur.

Dursunov Fərid Fazil oğlu 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan кəndində anadan olub. O, 2003-cü ildə Qorağan kənd tam orta məktəbini bitirib. Uşaqlıqdan hərbçi olmaq arzusunda olan Fərid orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2008-ci ildə məktəbi bitirərək hərbçi peşəsinə yiyələnib. Həmin ildən müxtəlif hərbi hissələrdə xidmət edib. 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olan kapitan Fərid Dursunov Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Sentyabrın 29-da Qax rayonunun Qorağan kəndində dəfn olunub. Ailəli idi, iki övladı yadigar qalıb.

AZƏRTAC-ın bölgə müxbiri Fərid Dursunovun ailəsində olub, ailə üzvləri ilə görüşüb.

Övladları barədə qürurla danışan şəhidin atası Fazil Dursunov deyib: “Oğullarımın üçü də hərbçidir. Fərid uşaqların böyüyü idi. Ali Hərbi Məktəbi bitirdi, zabit oldu. Qardaşları Vasif və Röyal da onun arxasınca getdilər, hərbçi oldular. Mən təqaüdə çıxandan sonra ailəyə baxmağı Fəridə tapşırmışdım. Demişdim ki, başım təsərrüfat işlərinə qarışıb, ailəndən, qardaşlarından sən muğayat olmalısan, böyüklük etməlisən. Çox yaxşı övlad idi. Fərid və kiçik qardaşı Röyal 44 günlük Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak ediblər. İkinci oğlum Vasif isə müharibə vaxtı Tovuz tərəfdə xidmət edirdi. Fərid elə bil müharibənin başlanacağını bilirdi, ancaq bizə hiss etdirmirdi. Vətən müharibəsi başlanan zaman o, Daşkəsəndə xidmət edirdi. Müharibənin ilk günündən Murovdağ istiqamətində idi. “Ömər aşırımı”nın “Koroğlu” adlanan ərazisində gedən döyüşlər zamanı düşmən tərəfindən minamyot atəşinə tutulub. Elə oradaca şəhid olub”.

Şəhid atası sözünə davam edərək bildirib ki, özü vaxtilə iki il Əfqanıstanda xidmət edib. “Orada yaralanmışam, müharibə veteranıyam. Övladlarım uşaq vaxtlarında mənim medallarımı taxıb gəzir, hamıya deyərdilər ki, atam müharibədə iştirak edib, qəhrəmandır. Bununla qürrələnirdilər. Fərid şəhid olandan sonra aidiyyəti qurumlara məktub yazdım, oğlumun da yerinə döyüşlərdə iştirak etməyə hazır olduğumu bildirdim. Yaşım çox olduğu üçün razılıq vermədilər”, - deyə o əlavə edib.

Fazil kişi uzun illərdir tütünçülüklə məşğul olur. Kənddəki evləri qəbiristanlıq tərəfdədir. Hər gün qəbiristanlığın yanından keçib tütün sahəsinə işləməyə gedir. “Hələ 44 günlük müharibə başlamamışdı. Hər dəfə qəbiristanlıq tərəfə baxanda fikirləşirdim ki, oğullarımın üçü də hərbçidir. Sanki ürəyimə dammışdı ki, birdən müharibə başlasa, mənim də övladlarım şəhid ola bilər. Elə də oldu. Şəhid oğlumu kəndin qəbiristanında dəfn etdik. Vətən sağ olsun!”, - deyə Fazil kişi qəhərini boğmağa çalışır.

Şəhidin anası Mirvari xanım oğlu barədə danışmağın onun üçün çox çətin olduğunu bildirib: “Fərid mənim birinci övladım idi. Uşaqlıqdan hərbçi olmaq istəyirdi. Qardaşları da onun yolu ilə getdilər. Çox ailəcanlı idi, uşaqlarını çox sevirdi. Oğlum Vətən yolunda şəhid olub. Fəxr edirəm ki, şəhid anasıyam”.

Fəridin həyat yoldaşı Məryəm Dursunova ilə də söhbət edirik. O, həyat yoldaşı haqqında xatirələrini bölüşərək deyib: “Fəridlə 2009-cu ildə evlənmişdik. Çox yaxşı ata, həm də həyat yoldaşı idi. Hamı onu çox alicənab, qayğıkeş insan kimi tanıyırdı. Hərbçi yoldaşları, əsgərləri də onun xətrini çox istəyirdilər. Müharibə başlayanda Daşkəsəndə xidmət edirdi. Biz orada yaşayış binasının beşinci mərtəbəsində qalırdıq. Sanki müharibə başlayacağını hiss edirdik. Fərid sentyabrın 26-sı evə gəldi, uşaqlarla bir az oynadı. Dedi ki, mən getməliyəm. Görüşdü, sağollaşdı, getdi. Axşam ona mesaj yazdım ki, deyirlər müharibə başlayır. Dedi ki, “elə şey yoxdur. Sən narahat olma, evdə uşaqlara bax, rahat oturun. Başlasa deyəcəyəm”. Gecə topların səsinə oyandım. Tez eyvana çıxdım, gördüm hamı həyətdə toplaşıb. Başa düşdüm ki, artıq müharibə başlayıb”.

Həyat yoldaşının Türkiyənin “Qalatasaray” klubuna olan sevgisindən də danışan Məryəm xanım qeyd edib: “Hamımız “Qalatasaray” azarkeşi olmuşduq, komandanın bütün oyunlarını izləyirdik. Uşaqlarımız komandanın bütün oyunçularının adlarını əzbər bilirdilər. Evimizin hər tərəfində Azərbaycan bayrağı ilə yanaşı, “Qalatasaray” bayrağı və komandaya aid loqo və emblemlər var idi. Sonradan öyrəndik ki, dostlarına vəsiyyət edibmiş ki, şəhid olsa məzarı üzərində Azərbaycan bayrağı ilə yanaşı, “Qalatasaray”ın da bayrağı dalğalansın”.

Fərid şəhid olandan sonra dostları onun arzusunu yerinə yetiriblər, məzarı üzərinə “Qalatasaray”ın da bayrağını asıblar və bunu sosial şəbəkələrdə paylaşıblar. “Qalatasaray” futbol klubunun rəsmi feysbuk səhifəsində də şəhid Fərid Dursunovla bağlı paylaşım edilib. Klubun o vaxtki prezidenti zəng edərək ailəsinə başsağlığı verib. Şəhidin övladları İsa və Ömər Bakıda “Qarabağ” və “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununa dəvət olunublar, klubun idarəedici şəxsləri ilə görüşüb, oyunçularla birlikdə meydançaya çıxıblar.

Kapitan Fərid Dursunov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri