Icma.az
close
up
RU
“Azərbaycanın qeyri neft sektoru büdcədə prioritetdir” Bəhruz Məhərrəmov

“Azərbaycanın qeyri neft sektoru büdcədə prioritetdir” Bəhruz Məhərrəmov

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

Deputat Bəhruz Məhərrəmov Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi üzrə çıxış edərək büdcənin sosial-iqtisadi və strateji əhəmiyyətini şərh edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Ddeputat bildirib ki, 2026-cı ilin büdcəsinin əsas məqsədi sosial-iqtisadi prioritetlərə uyğun xərclərin həyata keçirilməsi, qeyri-neft sektorunun davamlı artımının təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının azaldılması və fiskal dayanıqlılığın gücləndirilməsidir. 2026-cı ildə ÜDM-nin 134,1 milyard manat səviyyəsində formalaşması və cari illə müqayisədə 2,9% artması makroiqtisadi sabitliyin qorunduğunu göstərir. Qeyri-neft sektorunun ÜDM-də payı 69,2%-dir.

Deputat xüsusilə səhiyyə sahəsinə diqqət çəkib: “Azərbaycan tarixində ilk dəfə səhiyyə xərcləri üçün bu qədər vəsait ayrılır, icbari tibbi sığorta zərfi genişləndirilir və tibbi xidmətlərin keyfiyyəti artırılır. 2026-cı il büdcəsində səhiyyə xərcləri 2025-ci illə müqayisədə 30,7 milyon manat, 2024-cü illə müqayisədə isə 195,5 milyon manat artıb”.

Bəhruz Məhərrəmov həmçinin sosial yönümlü xərclərin artmasını vurğulayıb: “Gələn ilin büdcəsində xərclərin 41%-i sosial yönümlü xərclərə yönəldilib. Dövlət Sosial Müdafiə Fondu və işsizlikdən sığorta fondunun fəaliyyətinin gücləndirilməsi sosial büdcə yanaşmasının göstəricisidir”.

Deputat Xəzər rayonuna aid məsələlərə də toxunub: “İçməli su təchizatının yaxşılaşdırılması, qrun və tullantı sularının idarə olunması, rayonun turizm potensialı və yeni yaşayış massivləri nəzərə alınaraq maliyyə vəsaitlərinin ayrılmasını vacib hesab edirik. Eyni zamanda rayon mədəniyyət mərkəzi və stadionun təmirinə dəstək göstərilməlidir”, – deyə Bəhruz Məhərrəmov bildirib.

O qeyd edib ki, büdcə həmçinin Azərbaycanın əldə etdiyi hərbi-siyasi və diplomatik uğurları, o cümlədən sülh təşəbbüslərini əks etdirir: “2026-cı ilin büdcəsinə sülh büdcəsi kimi yanaşmaq olar. Ölkədə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb və rasional siyasət sosial-iqtisadi inkişafın davamlı dinamikasına imkan verir”.

Deputat çıxışını yekunlaşdıraraq təqdim olunan 2026-cı il dövlət büdcəsi qanun layihəsini dəstəklədiyini bildirib.

Afət Ziyadqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 20 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri