Icma.az
close
up
RU
Azərbaycanın qitələrarası strateji əməkdaşlığı

Azərbaycanın qitələrarası strateji əməkdaşlığı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı və Avropanın ən nüfuzlu “güc”ünün münasibətləri yeni mərhələyə yüksəlir

Böyük Britaniyanın Azərbaycanla münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsinə qaldırmaq təşəbbüsü dəyişən beynəlxalq düzəndə həm Qafqaz, həm də daha geniş Avrasiya məkanında güc balansına təsir edəcək fundamental geosiyasi addımdır.

Brexit Böyük Britaniyanı Avropa İttifaqından kənarda beynəlxalq kimliyini yenidən formalaşdırmaq zərurətini ortaya çıxardı. İttifaqın siyasi və iqtisadi sistemindən uzaqlaşan London özünü qlobal səhnədə müstəqil oyunçu kimi təqdim etmək üçün yeni dayaqlara, yeni ittifaqlara ehtiyac duydu. Məhz bu səbəbdən son illər Britaniya diplomatiyası klassik Avropa orbitindən kənara çıxaraq daha geniş coğrafiyada – Yaxın Şərqdən Hind–Sakit okean məkanına qədər fəallığını artırmağa çalışır.

Məhz bu kontekstdə Azərbaycanın önəmi xüsusi vurğulanmalıdır. Bakı Avrasiyanı birləşdirən mühüm nəqliyyat xətləri və təhlükəsizlik arxitekturasında oynadığı mərkəz rolu ilə London üçün strateji qapıya çevrilir. Böyük Britaniya Cənubi Qafqazda möhkəm siyasi dayaqlar axtararkən, Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqla həm özünün yeni geosiyasi xəritəsini möhkəmləndirir, həm də qlobal maraqlarını bölgənin sabitliyi üzərindən təmin edir. Yaxınlaşma, əslində, Britaniyanın “post-Brexit diplomatiyası”nın real konturlarını göstərir: Avropa hüdudlarından kənarda dayanıqlı tərəfdaşlıqlar quraraq yeni güc balansında müstəqil mövqeyini qorumaq.

***

Azərbaycanın xarici siyasət kursunun mühüm xüsusiyyəti ondan ibarətdir ki, ölkə beynəlxalq münasibətlərdə birtərəfli asılılıqdan qaçaraq özünü çoxqütblü sistemdə tarazlaşdırılmış şəkildə mövqeləndirir. Son illər Bakı paralel istiqamətlərdə genişlənən əməkdaşlıq şəbəkəsi qurmaqla həm siyasi, həm də iqtisadi manevr imkanlarını artırıb. ABŞ-la enerji və təhlükəsizlik sahəsində dialoqu davam etdirən, Çinlə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində logistika və infrastruktur layihələrinə inteqrasiya olunan, Aİ ilə enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri istiqamətində tərəfdaşlıq edən Azərbaycan, eyni zamanda, Rusiya ilə tarixi və coğrafi reallıqlardan qaynaqlanan münasibətləri idarə edir. Türkiyə ilə strateji müttəfiqlik isə regional sabitlik və hərbi əməkdaşlıq kontekstində Bakının ən mühüm dayaq sütununa çevrilib. Ərəb ölkələri ilə inkişaf edən iqtisadi və investisiya yönlü əlaqələr də Azərbaycanın diplomatik çevikliyini artırır.

Belə bir mozaikanın üzərinə Böyük Britaniya ilə strateji tərəfdaşlıq əlavə olunduqda mənzərə daha da mürəkkəbləşir, amma eyni zamanda, güclənir. Çünki Londonun Cənubi Qafqaza dönüşü Azərbaycanın qlobal miqyasda artan çəkisini təsdiqləyir. Əgər əvvəllər Bakı regionun enerji təchizatçısı və tranzit mərkəzi kimi qəbul olunurdusa, indi qlobal güc balansının özəyində dayanan aktora çevrilib. Bütün bu amillər Azərbaycanın xarici siyasət fəlsəfəsinin uğurlu nəticəsidir: tərəfdaşlıqların şaxələndirilməsi sayəsində ölkə həm geosiyasi riskləri minimuma endirir, həm də beynəlxalq sistemdə sabit və etibarlı aktor kimi mövqeyini möhkəmləndirir. Burada sual yarana bilər ki, Azərbaycan çoxqütblülük siyasəti ilə özünü böyük güclərin rəqabət meydanına çevirmirmi? Cavab bundan ibarətdir ki, Bakı çoxqütblülüyü rəqabət meydanı deyil, balanslaşdırma aləti kimi istifadə edir. Belə bir yanaşma Azərbaycanın xarici siyasətində “hamı ilə işləmək, amma heç kimə tam tabe olmamaq” prinsipinə əsaslanır.

***

Enerji və nəqliyyat məsələləri Azərbaycan–Britaniya münasibətlərinin mərkəzində duran istiqamətlərdir. Böyük Britaniya Xəzər hövzəsinin neft və qaz ehtiyatlarının Qərb bazarlarına inteqrasiyasında onilliklərdir mühüm rol oynayır. Bu, Bakının enerji siyasətində Londona xüsusi mövqe qazandırıb. Lakin indi regional gündəm təkcə enerji resurslarının ixracı ilə məhdudlaşmır. Yeni geosiyasi reallıqlar, xüsusən də Avropa ilə Asiyanı birləşdirən ticarət yollarının aktuallaşması enerji məsələsini daha geniş geoiqtisadi kontekstə daşıyır. Bu mənada Zəngəzur dəhlizi (TRIPP) xüsusi əhəmiyyət kəsb edir. Dəhliz əslində Avropa–Asiya inteqrasiyasının gələcəyini müəyyənləşdirəcək strateji marşrut rolunu oynayır. Azərbaycan üçün bu yol Bakını beynəlxalq logistika şəbəkələrinin ayrılmaz mərkəzinə çevirir. Belə bir mərhələdə London üçün bu marşrut Avropa ilə Asiya arasında iqtisadi axınların idarəsində pay sahibi olmaq, yeni ticarət arteriyasının formalaşmasında söz sahibi kimi mövqeyini bərpa etmək imkanıdır. Azərbaycan Britaniyanın bu maraqlarını öz strateji üstünlüyünə çevirə bilir. Çünki Böyük Britaniyanın iştirakı layihənin beynəlxalq legitimliyini gücləndirir, Avropa bazarlarını Cənubi Qafqaz vasitəsilə daha etibarlı şəkildə Asiyaya bağlayır və Bakı üçün yeni investisiya mənbələrinin qarşısını açır. Beləliklə, enerji və nəqliyyat məsələləri qlobal güc balansının əsas parametrlərindən birinə çevrilir və Azərbaycan bu balansın mərkəzində öz mövqeyini möhkəmləndirir.

***

Təhlükəsizlik ölçüsü Azərbaycanın Böyük Britaniya ilə strateji tərəfdaşlığının ən həssas və bir o qədər də vacib aspektini təşkil edir. Londonun NATO üzvü olması, Azərbaycan üçün müasir təhlükəsizlik təcrübələrinə çıxış imkanını genişləndirir. Burada söhbət regional və qlobal təhlükələrə qarşı koordinasiya imkanlarının artırılmasından gedir. Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsi təkcə Bakının deyil, bütün regionun təhlükəsizlik arxitekturasına təsir göstərəcək amildir.

Böyük Britaniya üçün isə Cənubi Qafqaz yalnız tranzit və enerji layihələrinin keçid məkanı deyil, həm də strateji əhəmiyyətli təhlükəsizlik zonasıdır. Region Rusiya, İran və Çin kimi qlobal güclərin maraq dairəsinin kəsişdiyi həssas coğrafiyada yerləşir. Yeni reallıq Londona Bakını tərəfdaş seçməklə həm öz maraqlarını qorumaq, həm də beynəlxalq təhlükəsizlik sistemində yeni strateji xətt yaratmaq imkanı verir. Məhz bu baxımdan Azərbaycanla yaxınlaşma, əslində, Britaniyanın qlobal təhlükəsizlik konsepsiyasının mühüm elementi kimi çıxış edir.

Maraqlıdır: Böyük Britaniyanın Zəngəzur dəhlizində (TRIPP) fəallaşması regional və qlobal güclər tərəfindən necə qarşılanacaq? Bir tərəfdən, Azərbaycan və Türkiyə bu gedişi strateji fürsət kimi qiymətləndirirlər. Bakı üçün Britaniyanın iştirakı ölkəyə qlobal güc balansında aktiv oyunçu olmaq imkanı verir. Türkiyə isə Zəngəzur dəhlizini (TRIPP) “Türk dünyasının birləşdirici xətti” kimi təqdim edərək layihəyə əlavə beynəlxalq legitimlik qazandırır.

Digər tərəfdən, Ermənistan və İran fəallaşmanı ehtiyatla, adaptiv diplomatiya prizmasından qiymətləndirirlər. İrəvan sərt müqavimət göstərə bilməz, çünki bu, həm iqtisadi, həm də siyasi riskləri artırar; buna görə İrəvan daha çox diplomatik manevrlərə və adaptasiyaya yönəlir. Tehran üçün də vəziyyət oxşardır: Türkiyə–Azərbaycan inteqrasiyasının güclənməsi və Britaniyanın iştirakının beynəlxalq legitimlik yaratması İranın mövqeyini sarsıda bilər. Burada sərt qarşıdurmadan çox, diplomatik manevrlər və alternativ marşrutların təşviqi prioritetdir. Eyni zamanda, Rusiya üçün bu fəallaşma həm təhlükə, həm də fürsətdir. Moskva bölgədəki təsirini qorumaq istəyir, amma tam bloklama diplomatik və iqtisadi itkilər deməkdir.

Böyük güclərdən ABŞ və Aİ isə vəziyyəti Britaniyanın fəallaşması vasitəsilə öz maraqlarına uyğun qiymətləndirirlər. Vaşinqton Londonu strateji uzantı kimi istifadə edərək Rusiyanın və İranın təsirini neytrallaşdırır, regionda birbaşa qarşıdurmaya girmədən mövqeyini gücləndirir. Avropa isə enerji təhlükəsizliyi və tranzit imkanları baxımından Britaniyanın iştirakını faydalı hesab edir, Rusiyadan asılılığı azaltmaq üçün dəhlizin etibarlılığını artırır.

Bəs Çin bu vəziyyətə necə reaksiya verəcək? Pekin üçün Zəngəzur dəhlizi (TRIPP) həm rəqib, həm də potensial tərəfdaş məkanı yaradır. Britaniyanın fəallaşması Qərb mərkəzli alternativ marşrut yaradaraq Pekinin dominantlığını sarsıda bilər. Lakin Çin sərt bloklama siyasəti aparmayacaq: o, Orta Asiya və Rusiya üzərindən keçən marşrutları gücləndirəcək, eyni zamanda, Bakı ilə əlaqə kanallarını açıq saxlayacaq.

Nəticədə, Böyük Britaniyanın fəallaşması regional aktorlar tərəfindən adaptiv strategiya, balans və diplomatik manevr vasitəsi ilə qarşılanır, böyük güclər isə maraqlarını qlobal güc balansını qorumaq üçün uyğun şəkildə istiqamətləndirir. Bir tərəfdə Azərbaycan və Türkiyə strateji üstünlük qazanır, digər tərəfdə Ermənistan, İran və Rusiya adaptasiya və balans vasitəsilə mövqelərini qoruyur, ABŞ, Avropa və Çin isə qlobal maraqlarını qoruyaraq regional dinamikanı yönləndirir.

Son olaraq qeyd edək ki, Londonun Bakıya etdiyi təklif geosiyasi təminat rolunu oynayır və bu təminat Cənubi Qafqazın gələcək güc balansını müəyyən edəcək əsas amillərdən birinə çevrilərək Azərbaycanın beynəlxalq sistemdəki çəkisini daha da artıracaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Sentyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see297

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see264

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see261

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see260

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see250

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see250

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see243

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see241

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see240

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see219

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see218

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see207

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see204

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see203

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see200

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see183

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri