Icma.az
close
up
RU
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirib

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ümummilli Liderlə uzun illər birlikdə çalışmış dövlət xadimi, diplomat, tarixçi-alim Həsən Həsənov məruzə ilə çıxış edib. Məruzədə Ümummilli Liderin ölkənin taleyüklü və çətin dövrlərində üzərinə götürdüyü tarixi məsuliyyətdən və formalaşdırdığı dövlətçilik modelinin bu gün də uğurla davam etdirilməsindən bəhs olunub, onun rəhbərliyi ilə respublikanın iqtisadi, siyasi və mədəni sahələrdə əldə etdiyi mühüm uğurlar vurğulanıb.

Həsən Həsənov çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycana iki müxtəlif ictimai-siyasi sistem dövründə rəhbərlik etsə də, hər iki mərhələdə ölkə ağır siyasi, iqtisadi, sosial və təhlükəsizlik çağırışları ilə üz-üzə olub. Həm 1969-cu ildə Azərbaycan SSR rəhbərliyinə gəldiyi dövrdə, həm də müstəqilliyin ilk illərində yaranmış mürəkkəb vəziyyət yalnız Heydər Əliyev kimi uzaqgörən, qətiyyətli və strateji düşüncəyə malik dövlət xadimi tərəfindən aradan qaldırıla bilərdi. Ölkədə xaos, siyasi böhran və parçalanma təhlükəsinin hökm sürdüyü bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider dövlətçiliyi xilas edib, sabitlik yaradıb, hüquqi dövlət quruculuğunun əsaslarını formalaşdırıb və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirib. Onun siyasi iradəsi, xalqla sıx bağlılığı və milli maraqlara əsaslanan idarəçilik prinsipləri Azərbaycanın ağır böhranlardan çıxaraq sabit inkişaf yoluna qədəm qoymasında həlledici rol oynayıb.

Tarixçi-alim bildirib ki, Heydər Əliyev yalnız öz dövrünün problemlərini həll edən lider deyil, həm də dövlətin davamlı inkişafını təmin edən strateji mexanizm yaradan böyük tarixi şəxsiyyətdir. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər sayəsində ölkənin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bu uğur Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri və hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir.

Həsən Həsənov çıxışının ardından tədbir iştirakçılarının dövlət idarəçiliyi, diplomatik təcrübəsi və elmi fəaliyyəti, müəllifi olduğu “Topların gurultusu altında diplomatiya: Azərbaycan Respublikasının ilk diplomatik missiyası” adlı kitabı, o cümlədən Heydər Əliyevin siyasi irsi və Ümummilli Liderlə bağlı xatirələri haqqında çoxsaylı suallarını cavablandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri