Icma.az
close
up
RU
Azərbaycanın regional təhlükəsizlik arxitekturasında aparıcı rolunun qarantı kimi çıxış edir Zahid Oruc

Azərbaycanın regional təhlükəsizlik arxitekturasında aparıcı rolunun qarantı kimi çıxış edir Zahid Oruc

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Daxili Qoşunların yaradılması müstəqilliyimizlə yaşıd olsa da 90-cı illərin xaosundan xalqımızı xilas edən Ulu öndər Heydər Əliyevin rəsmiləşdirdiyi 12 mart 1995-ci il tarixi mühüm dönüş anıdır. Bir tərəfdə əraziləri işğal olunan və 1 milyon məcburi köçkünün humanitar faciəsi, digər yanda hərbi və kriminal qrupların, etnik separatçıların tüğyan etdiyi bir ölkədə daxili sabitliyin təminatı bir nömrəli vəzifə idi".

Redaktor.az xəbər verir ki, bu fikirləri  Milli Məclisin komitə sədri Zahid Oruc parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.

"Əvəzində sovet milis serjantlığından polkovnik ali hərbi rütbəsinə çatdırılan şəxsi Daxili Qoşunlara rəhbər təyin edən Cəbhə hakimiyyəti Gəncədə süquta uğrayanda qurumun komandanı meydandan qaçdı. Ermənistanla döyüş cəbhəsində qəhrəmanlıq göstərən Xüsusi Təyinatlı Polis Dəstəsi də sonralar silahı dövlətə qarşı çevirdilər. Anarxiyaya son qoymaq üçün Sistem adamı olan Heydər Əliyev təkcə Milli Təhlükəsizlik orqanlarını deyil, o cümlədən, Naxçıvanda uğurla sınaqdan çıxardığı dövlətə sadiq Daxili İşlər Nazirliyi strukturunda Daxili Qoşunları gücləndirməklə nəinki əminamanlğı təmin etdi, o cümlədən, xaricdən yönəldilən sui-qəsdləri və terror aktlarını da qətiyyətlə durdurdu.

O vaxt Ulu öndərə qarşı silahlı təxribatlar, o cümlədən,  görkəmli dövlət və elm xadimlərinin qətlləri dövlətə qarşı atılan güllələr idi. Daxili Qoşunlar on minlərlə milli polis qüvvələrimizlə çiyin-çiyinə Azərbaycan dövlətçiliyini qorudu, Konstitusion quruluşun və daxili iğtişaşların qarşısının alınmasına mühüm töhvələr verdi.

2003-cü ilin dövlətçilik imtahanı zamanı-Azadlıq meydanına və dövlət orqanlarına hücum edən qaragüruh birliyi-Cəbhə-Müsavat qanlı inqilabının dəf edilməsində də xalqın iradəsi, Daxili İşlər Orqanlarının qətiyyəti ilə dövlətimiz yenidən qalib gəldi.

Milli Məclisin müzakirəsinə çıxarılan “Daxili Qoşunlar haqqında” yeni qanun layihəsi Zəfərimizin birbaşa nəticəsi, yeni dövlət quruculuğu siyasətinin bariz nümunəsi, qlobal təhlükələr və çağırışlar dövründə Silahlı Qüvvələrin və Hüquq-Mühafizə Orqanlarının dəqiq statusu, vəzifələri və səlahiyyətlərini müəyyənləşdirməyə xidmət edir. Cənubi Qafqazda son hadisələr, Gürcüstanda toqquşan dövlətlərin savaşı geniş coğrafiyaya yaymaq niyyətləri, o cümlədən, Ermənistanla sülh müqaviləsinə qarşı planlar bütün dövlət orqanlarının çevik və koordinasiyalı fəaliyyətini tələb edir, Azərbaycanın regional təhlükəsizlik arxitekturasında aparıcı  rolunun qarantı kimi çıxış edir.

Sənəddə daxili qoşunların səlahiyyətləri, struktur və məsuliyyət  dairəsi  konkretləşir, müstəsna hallarda daxili qoşunlara verilən polis funksiyalarının icrası, məlumatların məxfiliyi, güc tətbiqinin çərçivələri beynəlxalq hüquqi sənədlərlə uzlaşır. Avropa İnsan Hüquqları Konvensiyası, BMT-nin Hüquq-Mühafizə Orqanları üçün Etik Davranış Kodeksində olduğu kimi güc tətbiqi yalnız son çarə kimi, zərurət və mütənasiblik prinsiplərinə uyğun aparılır. Zorakılıq deyil, hüquq əsaslı müdaxilə nəzərdə tutulur.

İctimai nəzarət üçün Ombudsman və vətəndaş cəmiyyətinin rolu tanınır.

Azərbaycan Daxili Qoşunları ictimai aksiyaların təhlükəsizliyinin təmini, fövqəladə hallarda dövlət maraqlarının müdafiəsi və hüquqazidd hərəkətlərin qarşısının alınması kimi əsas vəzifələrə malikdir.

Daxili qoşunların fəaliyyətinə ümumi nəzarəti Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir. Ona görə də Daxili qoşunlar hesabatlıdır, üzərində yüksək dövlət nəzarəti mövcuddur.

Təkcə milli kontekstdə deyil, regional və beynəlxalq təcrübə ilə müqayisə aparsaq, qardaş Türkiyə Jandarmeriyası ölkənin kənd və qəsəbələrində təhlükəsizliyi təmin edir, Milli Müdafiə və Daxili İşlər Nazirliyi arasında xüsusi statusa malikdir.

Fransa Milli Jandarmeriyası da həm hüquq mühafizə orqanlarının funksiyalarını, həm də hərbi qüvvə kimi hərbi vəzifələri icra edir. Onlar xüsusi əməliyyatlar keçirir və fövqəladə hallara cavab verirlər.

Göründüyü kimi, hər bir ölkənin daxili qoşun və yarımhərbi strukturları öz milli xüsusiyyətlərinə, coğrafi və təhlükəsizlik tələblərinə uyğun formalaşır.

Digər bir göstəriciyə görə MDB, Türkiyə və Şərqi Avropa ölkələrində daxili qoşunların şəxsi heyətinin sayı qardaş Türkiyədə 50,000 nəfər, əhalinin 100,000 nəfərinə 59 nəfər, Rusiyada 340,000, əhalinin 100,000 nəfərinə 236 nəfər düşdüyünü görürük. Azərbaycanda daxili qoşunların sayı 19,000 nəfərdir, əhalinin 100,000 nəfərinə düşən say isə 188-dir.

Şəxsi heyət, silah və texniki təchizat, təlim səviyyəsi və əməliyyatlara hazırlıq, mərkəzləşmiş idarəetmə və koordinasiya qabiliyyətinə görə ölkəmizin Daxili qoşunları təkcə regionumuzun deyil, Müstəqil Dövlətlər və Şərqi Avropada  ön  cərgələrdə dayanır. Müharibə təcrübəsi olan, əməliyyatlara çevik reaksiya verən, döyüş şəraitində sınaqdan çıxan qüvvələr sabitliyin qarantıdır.

Tam əminliklə deyə bilərik: Azərbaycan-qalib Orduya, güclü Daxili İşlər sisteminə, çevik Dövlət Təhlükəsizliyi və Sərhəd Xidmətinə malikdir!

Təhlükəsizlik bir bütövdür-onu yalnız güclü qurumlar birgə qoruya bilər.

Yekunda bir daha layihəni təkcə hüquqi akt deyil, Qələbəmizin davamlılığını təmin edən institusional islahat və Böyük qayıdışın təhlükəsizliyə söykənən sütunu kimi qiymətləndiririk".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri