Azərbaycanın Rusiyadakı səfiri Ermənistanla sülh prosesini dəstəklədiyinə görə Putinə təşəkkür edib
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Moskvanın Bakı ilə İrəvan arasındakı sülh prosesinə fəal dəstəyinə görə Prezident Vladimir Putinə təşəkkür edib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə diplomat etimadnaməsinin təqdimetmə mərasimində bildirib.
“Rusiya Prezidenti Vladimir Putinə təşəkkürümü bildirmək istərdim ki, sülh prosesinə belə fəal dəstək verir. Mən onu (Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanı – red.) vəzifəyə rəsmi başlaması münasibətilə artıq təbrik etmişəm. Onunla, belə demək mümkünsə, konstruktiv münasibətləri Moskvada dəstəkləyəcəyik”, - R.Mustafayev deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin tədbir zamanı Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi etdiyini söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 05 Noyabr 2024 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















