Azərbaycanın Rusiyadakı səfiri Ermənistanla sülh prosesini dəstəklədiyinə görə Putinə təşəkkür edib
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Moskvanın Bakı ilə İrəvan arasındakı sülh prosesinə fəal dəstəyinə görə Prezident Vladimir Putinə təşəkkür edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Report” xəbər verir ki, bu barədə diplomat etimadnaməsinin təqdimetmə mərasimində bildirib.
“Rusiya Prezidenti Vladimir Putinə təşəkkürümü bildirmək istərdim ki, sülh prosesinə belə fəal dəstək verir. Mən onu (Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanı – red.) vəzifəyə rəsmi başlaması münasibətilə artıq təbrik etmişəm. Onunla, belə demək mümkünsə, konstruktiv münasibətləri Moskvada dəstəkləyəcəyik”, - R.Mustafayev deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin tədbir zamanı Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi etdiyini söyləyib.

Azərbaycanın Rusiyadakı səfiri Ermənistanla sülh prosesini dəstəklədiyinə görə Putinə təşəkkür edib
05 Noyabr 2024 20:29
Azərbaycanın Rusiyadakı səfiri Ermənistanla sülh prosesini dəstəklədiyinə görə Putinə təşəkkür edib Xəbər saytı Son xəbərlər və Hadisələr
05 Noyabr 2024 21:03
Rəhman Mustafayev Ermənistanla sülh prosesini dəstəklədiyinə görə Putinə TƏŞƏKKÜR ETDİ
05 Noyabr 2024 20:53
Səfir Ermənistanla sülhü dəstəklədiyinə görə Putinə
05 Noyabr 2024 20:23
Rəhman Mustafayev sülh prosesini dəstəklədiyinə görə Putinə təşəkkür edib
05 Noyabr 2024 19:55

