Azərbaycanın Rusiyadakı səfirliyində yeni elektron növbə sistemi tətbiq olunur
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Moskva, 7 noyabr, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyi noyabrın 12-də diplomatik nümayəndəliyin Konsulluq şöbəsində yeni elektron növbə sisteminin istifadəyə veriləcəyini elan edir.
AZƏRTAC xəbər verir ki, ziyarətçilər “appointment.mfa.gov.az” saytında yerləşdirilən “Elektron növbə portalı” vasitəsilə ümumi vətəndaş pasportu və geri qayıtma şəhadətnaməsi almaq da daxil olmaqla bütün konsulluq xidmətləri üçün əvvəlcədən qeydiyyatdan keçə biləcəklər.
Portalda qeydiyyat pulsuzdur və hər bir ziyarətçi üçün fərdi olacaq. Sistem ziyarətçilərə görüş təyin etməyə, onun vaxtını dəyişdirməyə və ya ləğv etməyə imkan verir. Növbənin yerləşdirilməsi seçilmiş xidmətə əsasən müəyyən edilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Noyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















