Icma.az
close
up
RU
Azərbaycanın şahmat üzrə dünya üçüncüsü: Daha yüksək yer tuta bilərdim

Azərbaycanın şahmat üzrə dünya üçüncüsü: Daha yüksək yer tuta bilərdim

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Səhvlər az olsaydı daha yüksək yer tuta bilərdim.

"Report"un məlumatına görə, bunu Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatında gümüş medal qazanan Ayan Allahverdiyeva deyib.

Azərbaycan şahmatçısı mötəbər yarışda gümüş medal qazanmasını belə dəyərləndirib: "Avropa çempionatında səhvlərim çox oldu. Məğlubiyyətdən sonra toparlanmağı bacardım və finişə qədər uğurlu çıxış etməyə çalışdım.

Qazandığım nailiyyətdə əməyi olan hər kəsə - məşqçimə, Azərbaycan Şahmat Federasiyasına və doğmalarıma təşəkkür edirəm. Növbəti yarışlarda da onları sevindirməyə çalışacam”.

O, 8 mart Beynəlxalq Qadınlar günündə qazandığı mükafatı anasına həsr etdiyini bildirib: "Düzünü desəm, bayramı fikirləşməyə vaxt olmadı. Amma bu medalı anama həsr etsəm doğru olar. O hər zaman mənimlədir. Hətta mükafatlandırmadan sonra zəng vuraraq Vətənə qayıtmaqla bağlı yolda ehtiyatlı olmağımı istəyir, uduzanda da mənə dəstək olur”.

2024-cü ildə 20 yaşadək şahmatçıların dünya çempionatında bürünc medal qazanan A.Allahverdiyeva növbəti il bu yarışda iştirak edə bilməyəcəyini qeyd edib: "Artıq 20 yaşım tamam olacaq və mən bu yarışda daha iştirak etməyəcəm. Ötən il qazandığım bürünc medaldan sonra Vətənə ən yüksək əyarlı mükafatla qayıtmağı arzulayırdım. Təsəllim qızıl medal qazanan FIDE təmsilçisi Anna Şukmanı əvvəlki turda məğlub etməyim oldu.

Məşqlərdə daha çox işləməliyəm ki, səhvləri təkrarlamayım. Qarşıdakı Avropa çempionatında iştirak etməyi planlaşdırıram. Arzularımdan biri yaxın gələcəkdə qadınlardan ibarət Azərbaycan millisinin əsas üzvünə çevrilməkdir”.

Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 Mart 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri