Kişiləri şantaj edən qadın həbs edildi
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Bakıda tanış olduğu kişiləri şantaj edən qadın həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Billurə Quliyeva (ad-soyad şərtidir) təsadüfən tanış olduqları kişilərdən əvvəlcə görüş üçün pul istəyib. Pulu ala bilmədikdə isə müxtəlif üsullarla şantaj etməyə başlayıb.
Polisin saxlayıb istintaqını apardığı həmin şəxsin hədə-qorxu ilə tələb etmə ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Zərərçəkmiş kişilərdən biri deyib ki, qadınla maşınyuma məntəqəsində tanış olub. Bir müddət danışdıqdan sonra qadın onu şantaj edib, 200 manat verməyəcəyi təqdirdə evinə gəlib ailəsinin yanında onu biabır edəcəyi ilə hədələyib.
Qadın isə özünü təqsirli bilmir. Yekunda təqsiri sübuta yetirilsə, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Noyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















