Qvardiola “Barselona”ya qayıtmayacaq
Icma.az, Qol.az saytına istinadən bildirir.
İspaniyalı mütəxəssis Xosep Qvardiola gələcəkdə “Barselona”nın baş məşqçisi vəzifəsinə qayıtmağı planlaşdırmadığını açıqlayıb.
QOL.az xəbər verir ki, 54 yaşlı çalışdırıcı “Bavariya”ya mümkün qayıdışı ilə bağlı sualı cavablandırarkən bu barədə danışıb.
“Bavariyaya qayıdacağam? Mən hələ də Uli Heness və Karl-Haynts Rummenigge ilə əlaqə saxlayıram. Amma əvvəllər çalışdırdığım kluba yenidən qayıtmalıyam? Məsələn, mən “Barselona”ya qayıtmayacağam. “Bavariya”nın fantastik baş məşqçisi var – Kompani. Ondan sonra isə yeni, gənc məşqçi gələcək”, – deyə Qvardiolanın sözlərini sport.es yayıb.
Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə “Barselona”nı çalışdırıb. Onun rəhbərliyi altında Kataloniya təmsilçisi iki dəfə Çempionlar Liqasının və İspaniya Kubokunun qalibi olub, üç dəfə isə ölkə çempionluğunu qazanıb. Mütəxəssis 2013-2016-cı illərdə “Bavariya”nın baş məşqçisi vəzifəsində çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 28 Noyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















