Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycanın səhiyyə naziri Şanxay Əməkdaşlıq Təşkilatı səhiyyə nazirlərinin VIII iclasında çıxış edib

Azərbaycanın səhiyyə naziri Şanxay Əməkdaşlıq Təşkilatı səhiyyə nazirlərinin VIII iclasında çıxış edib

Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində 23 aprel 2025-ci il tarixində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalandığını diqqətə çatdırıb: “Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə dövlət səfəri ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirəcək və inkişafını sürətləndirəcək”. “Prezident İlham Əliyevin rəhbərliyi altında sosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal dövlət idarəçiliyinə keçid və iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan Respublikasının regionun aparıcı ölkəsi kimi mövqeyini gücləndirib. Dövlət başçısı öz çıxışında qeyd etdiyi kimi, COP29-un Bakıda keçirilməsinə dair yekdil qərar ötən ilin noyabrında beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının göstəricisidir. Ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması və sağlam həyat tərzinin təşviqi Azərbaycan hökumətinin əsas prioritetləridir”, - deyə Teymur Musayev bildirib. Nazirin sözlərinə görə, qlobal səhiyyə son illər pandemiya, iqlim dəyişikliyi kimi amillərin təsiri ilə həm irəliləyişlər, həm də geriləmələr yaşayıb. Eyni zamanda, qlobal böhranlar müsbət dəyişikliklər üçün imkanlar yaradır və onlar tərəqqiyə aparan addımlar kimi qiymətləndirilməlidir: “Böyük ehtimalla səhiyyə sektorunun inkişafı texnoloji tərəqqi, məlumatların təhlili və fərdiləşdirilmiş tibbə keçidin formalaşması ilə müəyyən ediləcək. Dünya səhiyyə işçiləri çatışmazlığı ilə üzləşdiyi bir zamanda bizə yeni köməkçi – süni intellekt qoşulur. Onun ən mühüm töhfələrindən biri xüsusilə ilkin səhiyyə sistemlərini gücləndirməklə, səhiyyə xidmətlərinə çıxışı genişləndirməkdir. Bu texnologiyaların tam inteqrasiyası məqsədilə süni intelektin praktiki imkanlarından səmərəli istifadə etmək üçün qanunvericilik bazasının hazırlanması zəruridir”. “Rəqəmsal alətlərin çox böyük faydaları olsa da, onlar insan amilini əvəz etməməli, tibb işçilərinə birbaşa xəstə baxışına daha çox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələr olmalıdır. Səhiyyə sistemlərinin digər əsas aspekti davamlılıqdır. Ətraf mühitə təsiri minimuma endirmək, enerji istehlakını azaltmaq və davamlılığı təşviq etmək üçün biz “yaşıl xəstəxana”ların sayını artırmalı və səhiyyə müəssisələrində enerji səmərəliliyinə sərmayə qoymalıyıq. Səhiyyə sektoruna yatırımlar ümumi gələcəyə qoyulan investisiyalardır”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb. Təşkilata üzv ölkələrin səhiyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri öz şıxışlarında ŞƏT-ə üzv ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın əsas istiqamətləri barədə məlumat veriblər. Həmçinin, regionun bütün ölkələrinin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə fəal dəstək verdiyi vurğulanıb. Sonda görüş iştirakçıları ŞƏT-ə üzv dövlətlərdə səhiyyə sisteminin inkişafı, bu sahədə beynəlxalq təşkilatların rolu, tibb və əczaçılıq kadrlarının potensialının artırılması, o cümlədən ilkin səhiyyə, rəqəmsal səhiyyə və xalq təbabəti sahəsində ölkələr arasında əməkdaşlıq perspektivləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanın səhiyyə naziri Şanxay Əməkdaşlıq Təşkilatı səhiyyə nazirlərinin VIII iclasında çıxış edib

Çinin Sian şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) səhiyyə nazirlərinin VIII iclası keçirilir.

Beynəlxalq tədbirdə ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malik olan ölkəmizi səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Açılış nitqi ilə çıxış edən Çinin Milli Səhiyyə Komissiyasının naziri Ley Hayçao tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, builki iclasda rəqəmsal səhiyyə, ənənəvi təbabət, ilkin səhiyyə xidmətləri və təcili tibbi yardım kimi vacib səhiyyə sahələrində fəaliyyətlərin birgə effektiv əlaqələndirilməsi müzakirə olunacaq.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında ŞƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin VIII iclasının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Nazir 3 iyul 2024-cü iltarixində Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunduğunu xatırladıb: “Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində vurğulayıb ki, Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır”.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində 23 aprel 2025-ci il tarixində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalandığını diqqətə çatdırıb: “Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə dövlət səfəri ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirəcək və inkişafını sürətləndirəcək”.

“Prezident İlham Əliyevin rəhbərliyi altında sosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal dövlət idarəçiliyinə keçid və iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan Respublikasının regionun aparıcı ölkəsi kimi mövqeyini gücləndirib. Dövlət başçısı öz çıxışında qeyd etdiyi kimi, COP29-un Bakıda keçirilməsinə dair yekdil qərar ötən ilin noyabrında beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının göstəricisidir. Ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması və sağlam həyat tərzinin təşviqi Azərbaycan hökumətinin əsas prioritetləridir”, - deyə Teymur Musayev bildirib.

Nazirin sözlərinə görə, qlobal səhiyyə son illər pandemiya, iqlim dəyişikliyi kimi amillərin təsiri ilə həm irəliləyişlər, həm də geriləmələr yaşayıb. Eyni zamanda, qlobal böhranlar müsbət dəyişikliklər üçün imkanlar yaradır və onlar tərəqqiyə aparan addımlar kimi qiymətləndirilməlidir: “Böyük ehtimalla səhiyyə sektorunun inkişafı texnoloji tərəqqi, məlumatların təhlili və fərdiləşdirilmiş tibbə keçidin formalaşması ilə müəyyən ediləcək. Dünya səhiyyə işçiləri çatışmazlığı ilə üzləşdiyi bir zamanda bizə yeni köməkçi – süni intellekt qoşulur. Onun ən mühüm töhfələrindən biri xüsusilə ilkin səhiyyə sistemlərini gücləndirməklə, səhiyyə xidmətlərinə çıxışı genişləndirməkdir. Bu texnologiyaların tam inteqrasiyası məqsədilə süni intelektin praktiki imkanlarından səmərəli istifadə etmək üçün qanunvericilik bazasının hazırlanması zəruridir”.

“Rəqəmsal alətlərin çox böyük faydaları olsa da, onlar insan amilini əvəz etməməli, tibb işçilərinə birbaşa xəstə baxışına daha çox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələr olmalıdır.

Səhiyyə sistemlərinin digər əsas aspekti davamlılıqdır. Ətraf mühitə təsiri minimuma endirmək, enerji istehlakını azaltmaq və davamlılığı təşviq etmək üçün biz “yaşıl xəstəxana”ların sayını artırmalı və səhiyyə müəssisələrində enerji səmərəliliyinə sərmayə qoymalıyıq. Səhiyyə sektoruna yatırımlar ümumi gələcəyə qoyulan investisiyalardır”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.

Təşkilata üzv ölkələrin səhiyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri öz şıxışlarında ŞƏT-ə üzv ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın əsas istiqamətləri barədə məlumat veriblər. Həmçinin, regionun bütün ölkələrinin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə fəal dəstək verdiyi vurğulanıb.

Sonda görüş iştirakçıları ŞƏT-ə üzv dövlətlərdə səhiyyə sisteminin inkişafı, bu sahədə beynəlxalq təşkilatların rolu, tibb və əczaçılıq kadrlarının potensialının artırılması, o cümlədən ilkin səhiyyə, rəqəmsal səhiyyə və xalq təbabəti sahəsində ölkələr arasında əməkdaşlıq perspektivləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbərlər və yeniliklər Azərbaycanın səhiyyə naziri Şanxay Əməkdaşlıq Təşkilatı səhiyyə nazirlərinin VIII iclasında çıxış edib

Çinin Sian şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) səhiyyə nazirlərinin VIII iclası keçirilir.

Beynəlxalq tədbirdə ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malik olan ölkəmizi səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Açılış nitqi ilə çıxış edən Çinin Milli Səhiyyə Komissiyasının naziri Ley Hayçao tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, builki iclasda rəqəmsal səhiyyə, ənənəvi təbabət, ilkin səhiyyə xidmətləri və təcili tibbi yardım kimi vacib səhiyyə sahələrində fəaliyyətlərin birgə effektiv əlaqələndirilməsi müzakirə olunacaq.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında ŞƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin VIII iclasının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Nazir 3 iyul 2024-cü iltarixində Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunduğunu xatırladıb: “Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində vurğulayıb ki, Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:28
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 29 Aprel 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri