Icma.az
close
up
RU
Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın iqtisadi perspektivləri RƏYLƏR

Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın iqtisadi perspektivləri RƏYLƏR

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın iqtisadi əməkdaşlıq imkanlarını genişləndirməyə yönəlmiş platformalardan biridir. Bu təşkilat çərçivəsində ticarət və investisiya sahələrində müxtəlif təşəbbüslər həyata keçirilə bilər. Enerji sektoru, xüsusilə neft sahəsi, ölkənin diqqət mərkəzindədir.

Eyni zamanda, qeyri-enerji sahələrində — kənd təsərrüfatı, turizm, nəqliyyat və yüksək texnologiyalar kimi sahələrdə də inkişaf perspektivləri mövcuddur.

ŞƏT üzv ölkələri ilə birgə layihələrin həyata keçirilməsi hansı nəticələrə gətirib çıxara bilər? Bu əməkdaşlıq Azərbaycanda iqtisadi sahələrdə yeni imkanlar yaradacaqmı?

Mövzu ilə Gununsesi.info-ya danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın həm iqtisadi, həm də siyasi maraqlarının təmin olunması üçün mühüm mexanizmlərdən biri ola bilər:

“Azərbaycanın geosiyasi mövqeyi və təbii resurs potensialı ölkəni regional əməkdaşlıq platformalarının fəal üzvünə çevirir. Təşkilat çərçivəsində iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi ölkənin mövcud üstünlüklərini daha səmərəli reallaşdırmasına şərait yaradır.

İlk növbədə, ŞƏT çərçivəsində Azərbaycanın əsas maraqlarından biri ticarət dövriyyəsinin genişləndirilməsi və yeni bazarlara çıxışın təmin edilməsidir. Azərbaycanın qeyri-neft ixracı üçün böyük potensiala malik olan Çin və Mərkəzi Asiya ölkələri perspektivli bazarlar kimi nəzərə çarpır. Burada xüsusən kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının, eyni zamanda sənaye istehsalının ixracı üçün geniş imkanlar mövcuddur. Gömrük prosedurlarının sadələşdirilməsi və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi bu prosesi sürətləndirə bilər”.

Deputat vurğulayıb ki, Azərbaycan üçün digər mühüm istiqamət nəqliyyat-logistika imkanlarının genişləndirilməsidir:

“Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, ümumilikdə Orta Dəhliz və perspektivdə Zəngəzur dəhlizi (TRİPP) Azərbaycanın ŞƏT ölkələri ilə iqtisadi əlaqələrini daha da möhkəmləndirə bilər. Bu dəhliz vasitəsilə Çin–Mərkəzi Asiya–Qafqaz–Avropa xətti üzrə yükdaşımaların artması Azərbaycanın tranzit gəlirlərini artırmaqla yanaşı, ölkəni regional logistika mərkəzinə çevirəcək.

Enerji sahəsi baxımından da ŞƏT Azərbaycanın maraqları üçün əhəmiyyətli platformadır. Azərbaycanın “yaşıl enerji” gündəliyinə uyğun olaraq Çin kimi ölkələrin bərpa olunan enerji texnologiyaları üzrə təcrübəsi və sərmayələri əhəmiyyətli töhfə verə bilər. Xüsusilə Qarabağ və Naxçıvanın “yaşıl enerji zonaları” üçün bu əməkdaşlıq strateji dəyərə malik ola bilər.

Qeyri-enerji sahələrinin inkişafı da ŞƏT kontekstində Azərbaycanın diqqət mərkəzindədir. Kənd təsərrüfatı, İT və rəqəmsal iqtisadiyyat, turizm kimi sektorların inkişafı təşkilat üzvü ölkələrlə əməkdaşlıq fonunda daha geniş vüsət ala bilər. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı ŞƏT üzvü olan ölkələrə yönələ, rəqəmsal iqtisadiyyat sahəsində isə “ağıllı şəhər” layihələri və elektron ticarət üzrə təcrübə mübadiləsi həyata keçirilə bilər. Turizm sahəsində isə Azərbaycanın tarixi və mədəniyyət potensialı ŞƏT ölkələrinin turizm axınlarını cəlb etmək üçün əlverişli imkanlar yaradır.

Ümumilikdə, Azərbaycanın ŞƏT çərçivəsində iqtisadi maraqları üç əsas istiqamətdə cəmlənir: enerji resurslarının ixracının şaxələndirilməsinin genişləndirilməsi, Orta Dəhliz vasitəsilə tranzit-logistika rolunun gücləndirilməsi və qeyri-neft sektorunun inkişafı. Bu istiqamətlər üzrə həyata keçiriləcək əməkdaşlıq həm Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirə, həm də ölkənin regional və qlobal iqtisadi sistemdə strateji mövqeyini möhkəmləndirə bilər”.

Gununsesi.info-ya danışan iqtisadçı Eldəniz Əmirov mövzunu belə şərh edib:

“Düşünürəm ki, bu sammitdə cənab Prezidentin səfəri çərçivəsində Çin şirkətləri ilə görüşü, Şanxay Əməkdaşlıq Təşkilatı kontekstindən daha önəmli idi.

Çünki bu Çin şirkətləri dünyanın aparıcı şirkətləridir və 150-dən çox ölkədə fəaliyyət göstərirlər. Bəziləri 125, bəziləri 140 və ya 143 ölkədə fəaliyyət göstərir. Bu şirkətlərin 200 milyondan artıq işçisi var. Elə şirkətlər var ki, aktivlərinin həcmi 4-də 1 trilyon dollara çatır, bəzilərinin isə aktivləri 256 trilyon dollar təşkil edir. Yəni, bu, kiçik bir məsələ deyil”.

Eldəniz Əmirov vurğulayıb ki, nəhz bu şirkətlər Azərbaycanın enerji sektoruna, kommunikasiyalara, dəhliz və dəhliz infrastrukturunun yaxşılaşdırılmasına, təşkilləşdirilməsinə, alternativ enerji sektoruna və eyni zamanda Azərbaycanın ən böyük şirkəti olan SOCAR-la birgə xarici investisiya fəaliyyəti həyata keçirməyə maraqlıdırlar.

Azərbaycan tərəfi də bu məsələyə böyük önəm verir. Hesab edirəm ki, həm xarici investisiya fəaliyyətinin birgə təşkili, həm də ölkəmizə investisiya cəlb edilməsində Çin şirkətlərinin rolu və önəmi yüksək olacaqdır. Şanxay Əməkdaşlıq Təşkilatında Pakistan və Hindistan kimi bir-birinə düşmən və rəqib olan ölkələr var.

Həmçinin Çin və Hindistan da həmişə rəqib münasibətdədir, baxmayaraq ki, bəzən sanki bir-birini dəstəkləyirmiş kimi göstərirlər. Oxşar şəkildə, Rusiya və İran arasında da rəqabət mövcuddur. Bu baxımdan Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatında qeyri-adi bir yüksəliş axtarmaqdansa, təşkilata üzv ölkələrin iki tərəfli münasibətlərinə fokuslanmaq daha məqsədəuyğundur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Sentyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri