Azərbaycanın seqmentinə qarşı kiberhücumlar var DTX rəis müavini
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son dövrlərdə Azərbaycanın bəzi informasiya resurslarına, xüsusilə gov.az seqmentinə qarşı da DDoS və digər xarakterli kiberhücumlar həyata keçirilib.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Həsən Mansurov “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, belə hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real nəticələr doğura biləcəyini göstərir.
Rəis müavini əlavə edib ki, son illərdə ölkələrin enerji infrastrukturları da irimiqyaslı kiberhücumlarla üzləşir: “Bu ilin oktyabrında Avropa ölkələrindən təkcə birində dövlətin rəqəmsal xidmətlərinə qarşı kiberhücum zamanı təxminən 11 milyon sorğu vasitəsilə 750 minə yaxın fərdi identifikasiya nömrəsinə aid məlumatlar icazəsiz ələ keçirilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 19 Noyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















