Putin: “Kiyev münaqişəni bitirmək istəyirsə, kompromisə getməlidir” Video
Icma.az, Bizim media saytına istinadən bildirir.
“Kiyev münaqişəni başa çatdırmaq istəyirsə, ABŞ-ın Ankoric görüşündən əvvəl təklif etdiyi kompromislərlə razılaşmalıdır”.
Bizim.Media xəbər verir ki, Putin bu barədə açıqlamasında bildirib.
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətinin qalan 10 faiz ərazisini bir müddət də nəzarətdə saxlamaq istəyini mənasız adlandırıb:
“Ukrayna nə deyir? Qalan 10 faiz Donetsk ərazisini bir müddət də saxlayacağıq. Amma müəyyən müddət saxlasa da, sonradan yenə bunu bacarmayacaq. Hər vəchlə həmin 10 faizi saxlamağın mənası varmı? Məncə, bu, sadə, lakin tamamilə qanuni sualdır. Bununla belə, biz həmin insanlarla da dialoqa hazırıq”.
Kreml rəhbəri həmçinin Avropa ölkələrinin təhlükəsizlik məsələlərinə dair mövqeyini öyrənmək üçün onları Moskvaya dəvət etdiklərini bildirib.
Putin qeyd edib ki, Ukraynanın təhlükəsizliyi Avropanın ümumi təhlükəsizlik sisteminə daxil edilməlidir. O, Avropanın iştirakı olmadan qitənin təhlükəsizliyini müzakirə etməyi qəribə hesab etdiyini vurğulayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 19 Noyabr 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















