Icma.az
close
up
RU
Azərbaycanın şərti: Erməni manipulyasiyası və Türkiyə amili

Azərbaycanın şərti: Erməni manipulyasiyası və Türkiyə amili

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bütün bəndləri razılaşdırılıb. O da məlumdur ki, Bakı həmin sazişin imzalanması üçün İrəvan qarşısında iki şərt qoyub. Bunlardan birincisi, de-fakto mövcud olmayan ATƏT-in Minsk qrupunun ləğvidir. Daha doğrusu, tərəflərin sözügedən təsisatın rəsmən fəaliyyətini dayandırması üçün birgə müraciət ünvanlamaları. İkinci şərtə gəlincə, bu, Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Dəqiq desək, erməni əsas qanununun ölkənin İstiqlaliyyət bəyannaməsinə istinad yükünün aradan qaldırılması. Söhbət Qarabağla bağlı müddəanın yer aldığı sənədə istinadın rəsmən dayandırılmasından gedir.

Azərbaycanın hər iki şərti Ermənistanın ərazi iddiası ritorikasına son qoyulması məqsədini daşıyır. Nəzərə alaq ki, illər ərzində mənasız danışıqlar platformasına çevrilmiş ATƏT-in Minsk qrupu Qarabağın münaqişəli zona statusunu vurğulayır, eyni zamanda, fəaliyyətsizliyi ilə erməni təcavüzünü leqallaşdırır, vaxt uzadaraq işğalın düşüncə və şüurlarda möhkəmlənməsinə səy göstərir, nəsillərin dəyişməsi üzərinə siyasi sərmayə yatıraraq xalqımızın üzləşdiyi ədalətsizliyin unudulmasına çalışırdı.

Sadaladıqlarımız Azərbaycanın iki şərtinə legitimlik qazandırır. Yəni dövlətimizin yanaşması başqa dövlətin işinə qarışmaq deyil. Ermənistan rəhbərliyi isə ATƏT-in Minsk qrupunun yalnız Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra ləğvinin mümkünlüyü üzərində dayanır. Ölkə konstitusiyası ilə bağlı məsələyə gəldikdə, rəsmi İrəvan bəyan edir ki, əsas qanuna dəyişiklik Ermənistanın daxili işidir. Hazırda baş nazir Nikol Paşinyan administrasiyası və ona yaxın çevrələr bu tezisin təbliğatını aparırlar. Təbliğat Azərbaycanın tələbinin yolverilməzliyinə və qeyri-konstruktivliyinə dair rəy formalaşdırmağa hesablanıb. Hay başbilənlər Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın “CivilNet”ə müsahibəsində söylədiklərini də məhz bu “məqsədlə” tirajlayırlar. Bəri başdan deyək ki, tutduqları yol manipulyativ xarakterlidir və heç bir fayda verməyəcək.

***

Baş nazir N.Paşinyan Ermənistan konstitusiyasında “Azərbaycana qarşı ərazi iddiasının olmadığını” təkrarlayır, əksinə Azərbaycanın əsas qanununda ölkəsinə qarşı ərazi iddiasının mövcudluğunu iddia edir. Ancaq Nikol bu günlərdə Ermənistan konstitusiya məhkəməsinin ötən il çıxardığı qərardan danışmışdı. O qərardan ki, orada ölkənin İstiqlaliyyət bəyannaməsinin konstitusiyada yer almayan müddəalarının etibarsızlığı təsdiqlənir. Yəni Paşinyan açıq deməsə də, məsələni gündəmə gətirməklə, Ermənistanın Azərbaycanın şərtini yerinə yetirdiyini vurğulamışdı. Deməli, dolayısı ilə bəyannamənin ərazi iddiası mahiyyəti daşıdığını etiraf etmişdi. Ölkəmizin rəhbərliyinin bildirdiyi isə budur: Məhkəmə qərarı konstitusiyanın istinad nöqtəsini dəyişmək üçün yetərli deyil. Yəni, məsələyə köklü baxılmalıdır. Koklü baxış konstitusiyaya dəyişikliyi üçün ümumxalq səsverməsinin – referendumun keçirilməsidir. Prinsipial məqam budur ki, Ermənistanın ərazi iddiasından daşınması erməni cəmiyyətinin müştərək mövqeyi şəklində ifadəsini tapmalıdır. Azərbaycan bunu işğalçılıq niyyətlərinin təkrarlanmaması ilə bağlı maksimal təminat, müstəsna etimad quruculuğu tədbiri olaraq görür. Başqa sözlə desək, Ermənistan referenduma getməklə, Azərbaycan qarşısında inam və etibar qazanmaq istəyini sübuta yetirməlidir. İnam və etibar yoxdursa, dayanıqlı barış mühiti də sual atındadır.

Əlqərəz, erməni mediası S.Kılıçın konstitusiya dəyişikliyinin Ermənistanın daxili işi olmasına dair fikrini Ankaranın İrəvanın mövqeyi ilə razılaşması kimi təqdim edib. Halbuki, diqqətlə yanaşanda məsələnin heç də belə mahiyyət daşımadığı aşkardır. Diqqət yetirək, cənab Kılıç mövzu barədə söz açarkən, Ermənistan rəhbərliyinin konstitusiyaya dəyişikliklərin vacibliyinə dair bildirdikləri üzərində dayanır. Yada salaq ki, bu zərurəti ən çox dilə gətirən N.Paşinyanın özüdür. Nikol ötən il hətta bilavasitə İstiqlaliyyət bəyannaməsindən söz açmış və sənəddəki “Dağlıq Qarabağ” ifadəsinin sülh yolunda maneə olduğunu dilə gətirmişdi. Deməli, S.Kılıç məhz buna görə rəsmi İrəvanın mövqeyini qabardır.

***

Yenidən Ermənistan konstitusiyasının üzərinə qayıdaq. Qeyd edək ki, bu mətləb “CivilNet”in S.Kılıça ünvanladığı sonuncu sualın mövzusudur. Deməli, media orqanı Ankara–İrəvan normallaşmasının Bakı–İrəvan anlaşmasından asılılığını qəbul edir, bu, öz yerində. Bir məsələ var ki, cənab Kılıç müsahibəsindən əvvəl də Azərbaycanın Ermənistana irəli sürdüyü şərtdən söz açmışdı. O, ikincinin özünün əsas qanununda dəyişiklik edəcəyini bildirmiş, hətta N.Paşinyanın söz verdiyini dilə gətirmişdi. Görünür, türkiyəli diplomat bildirdiklərinin ölkəsinin Ermənistana şərti şəklində təqdim olunduğunu hiss edib. Mövzunun tamam fərqli yönə çəkilmə ehtimalını da həmçinin. Sonuncu məqamın üzərində nisbətən geniş dayanmağa ehtiyac var.

Durum budur ki, erməni iqtidarı və ona yaxın dairələr Azərbaycanla sülh müstəvisində manipulyasiyalara yol verdikləri, özlərini “sülh göyərçini” qiyafəsində göstərdikləri kimi, Türkiyə ilə normallaşma istiqamətində də dəridən-qabıqdan çıxdıqlarını imitasiya edirlər. Sanki münasibətlərin qaydaya düşməsi, sərhədlərin açılması naminə hər şeyə hazırdırlar. Mesaj dünya birliyinədir. Çünki beynəlxalq aləm də Ankara-İrəvan normallaşmasında maraqlıdır. Paşinyan iqtidarı tipik erməni avantürizmini pərdələməklə, ənənəvi ərazi iddiası xəstəliyini gizli saxlamaqla, həmin maraqları yerinə yetirməyə çalışırmış kimi davranır. Hər kəs, o cümlədən qardaş Türkiyə rəsmiləri Ermənistanın hiyləgərliyinin fərqindədirlər...

Belə bir vəziyyətdə S.Kılıç Türkiyə-Ermənistan münasibətlərinin qaydaya salınması, konkret olaraq, iki ölkə arasında sərhədlərin açılması məsələsi ilə əlaqədar Paşinyanın konstitusiya dəyişikliyinə getməyə dair fikirlərini yalnız əlavə element formasında vurğulayır. Hərçənd, diqqətə çatdırdığı bilavasitə həll yolunun özüdür. Axı zamanında Türkiyə–Ermənistan sərhədlərinin bağlanmasını doğuran Azərbaycan amili olmuşdu. Dəqiq desək, Ermənistanın ölkəmizə qarşı tutduğu işğalçı mövqe. Müvafiq olaraq, Ankara hazırda Bakının sülh müqaviləsi baxımından irəli sürdüyü iki şərtin işğal cəhdlərinin təkrarlanmamasına təminat kazusunu nəzərə almalıdır və alır.

Ancaq, Anadolu türklərinin təbirincə desək, S.Kılıç “lafı dolandırmalıdır”. Çünki İrəvana etimad yoxdur. Axı Paşinyan hakimiyyəti və havadarları, eləcə də daxili erməni müxalifəti mənfi yönümdə qələmə verdikləri Azərbaycan–Türkiyə tandeminin, guya, ölkələrinə qarşı birlik içərisində hərəkəti ritorikasını diri saxlayır, özlərini məzlum obrazında göstərib xaricdən mədət ummağa üstünlük verirlər. Əslində, Nikol və tərəfdarlarının İrəvanın Ankara ilə yola getməyə hazırlığı imitasiyası və canfəşanlığı ona hesablanıb ki, beynəlxalq birlik yekunda birincinin pozitiv cəhdlərinin ikincinin təqsiri üzündən nəticəsiz qaldığını düşünsün, Ermənistana “Azərbaycanla yanaşı, Türkiyənin də destruktiv mövqeyinə” qarşı mübarizədə dəstək göstərsin. Nəticə etibarilə, erməni avantürası yaşamını sürdürsün.

Hər halda, təcrübəli diplomat Sərdar bəy hay “formulundan” xəbərdar olmaya bilməz. Ona görə də o, Azərbaycanın irəli sürdüyü şərtin vacibliyini bildirsə də, Paşinyanın dediklərini xatırlatsa da, hər iki məqamın üzərindən keçir və çox ustalıqla vurğunu konstitusiya dəyişikliyinə getməyin Ermənistanın daxili işi olması üzərinə qoyur: “Bu, vacib məsələdir və məlum olduğu kimi, Azərbaycan Ermənistanın konstitusiyasına dəyişikliklər edilməsini tələb edir. Ermənistan hakimiyyəti artıq bəyan edib ki, onlar da konstitusiyaya dəyişiklik etmək istəyirlər. Amma bu, Ermənistanın daxili işidir. Bu dəyişiklik prosesinin necə və nə vaxt həyata keçiriləcəyinə erməni xalqı və erməni institutları qərar verəcəklər”.

Sonda bildirək ki, qlobal məqsədlərə köklənmiş Türkiyə özünü Ermənistanla mübarizə aparan tərəf kimi təqdimatıni istəmir. Həm də qardaş ölkənin prinsipial mövqeyi ortadadır və bununla bağlı əlavə şərhə ehtiyac yoxdur. Əsas məqam Ermənistan rəhbərliyinin həm də S.Kılıçın diplomatik tərzdə eşitdirdiklərindən nəticə çıxarmasıdır. Yəni nəticə çıxararaq konstruktiv mövqe tutması və Azərbaycanın irəli sürdüyü iki şərti yerinə yetirməsi. Nəzərə alaq ki, türkiyəli diplomat Ankara ilə İrəvan arasında qarşılıqlı etimadın yaradılmasının zəruriliyini heç də elə-belədən vurğulamır. Bakının İrəvana etimadı Türkiyənin Ermənistana eyni tərzdə yanaşması deməkdir. Bunun əksinin nə demək olduğu da məlumdur.

Digər yandan, Türkiyədən Azərbaycan–Ermənistan münasibətlərinə baxışın ayrıca, müəyyən qədər, fərqli bucağının mövcudluğu təbiidir. S.Kılıçın fikirləri də bundan qaynaqlanır. Həmin reallığa görə, Türkiyə tərəfinin konstitusiya dəyişikliyinə getməyin Ermənistanın daxili işi olduğunu bilməsi mümkündür. Amma burada başlıca nüans deyimin hansı məna yükünü daşımasıdır. Obrazlı desək, başını divara vurub yarmaq da hər bir erməninin öz işidir.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2025 04:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri