Icma.az
close
up
RU
Azərbaycanın C5+1 formatına qoşulması regional əməkdaşlığa yeni dinamika gətirə bilər ŞƏRH

Azərbaycanın C5+1 formatına qoşulması regional əməkdaşlığa yeni dinamika gətirə bilər ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 6 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Noyabrın 6-da Vaşinqtonda keçiriləcək C5+1 sammiti Mərkəzi Asiya-ABŞ münasibətlərində yeni mərhələ açmaqla yanaşı, regionun gələcək geosiyasi arxitekturasını müəyyənləşdirəcək mühüm platforma kimi qiymətləndirilir.

Lakin bu formatın genişlənməsi, xüsusilə Azərbaycanın prosesə cəlb edilməsi ABŞ-ın Avrasiya siyasətinə real strateji dərinlik qazandıra bilər. “The Diplomat” analitik jurnalının bu qənaəti heç də təsadüfi deyil.

Qərblə Şərqin körpüsü

Azərbaycan artıq Orta Dəhlizin əsas oyunçusuna və dayağına çevrilib. Enerji və nəqliyyat kommunikasiyalarının mərkəzində yerləşən ölkəmiz Mərkəzi Asiya ilə Qərb arasında körpü rolunu oynayır. Bu sistem olmadan nə Orta Dəhlizin, nə də Transxəzər ticarət xəttinin tam fəaliyyəti mümkündür. Məhz buna görə də ekspertlər Azərbaycanın C5+1 formatına qoşulma perspektivini geosiyasi reallığın tanınması kimi qiymətləndirirlər.

Vaşinqton üçün Azərbaycanın “müşahidəçi” və ya “C6+1” formatında iştirakı təkcə siyasi baxımdan deyil, həm də enerji, logistika və təhlükəsizlik istiqamətlərində rasional addım olardı.

Xüsusilə Zəngəzur dəhlizi (TRIPP) layihəsi regionda sülh və iqtisadi inteqrasiyanın təməl sütunlarından biri kimi dəyərləndirilir.

Daha geniş perspektivdə isə ABŞ üçün C8+1 formatının – yəni, Mərkəzi Asiyanın beş və Cənubi Qafqazın üç ölkəsini əhatə edən modelin yaradılması Avrasiyada balanslı və dayanıqlı tərəfdaşlıq mühiti formalaşdırar. Bu, həm region ölkələrinin maraqlarına cavab verər, həm də Qərbin Şərqə inteqrasiya siyasətinə yeni dinamika gətirər.

Azərbaycanın Mərkəzi Asiya ölkələrini birləşdirən istənilən regional dialoq formatında iştirakı məntiqli və zəruridir

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza hesab edir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələrini birləşdirən istənilən regional dialoq formatında iştirakı tam məntiqlidir və geosiyasi baxımdan təbii zərurətdir.

“Mən həmişə hesab etmişəm ki, Xəzər dənizinin bir tərəfində Cənubi Qafqaz, digər tərəfində isə Mərkəzi Asiyanın yerləşməsini ayrı-ayrı coğrafi məkanlar kimi dəyərləndirmək süni yanaşmadır. Bu regionlar tarixi, iqtisadi və geosiyasi baxımdan bir-biri ilə sıx bağlıdır və bu əlaqələr daha da dərinləşdirilməlidir”, – deyə Metyu Brayza vurğulayıb.

O qeyd edib ki, “böyük Xəzər regionu” anlayışını bu baxımdan geniş mənada dəyərləndirmək lazımdır. “Mənim üçün böyük Xəzər regionu şimal-qərbi Pakistan və Hindistandan başlayaraq, Mərkəzi Asiyanın beş dövləti, Cənubi Qafqaz və Türkiyəni əhatə edən bir məkan kimi görünür. Buna görə də ABŞ Prezidentinin və həmin ölkələrin liderlərinin iştirakı ilə keçirilən müzakirə platforması tam məntiqli təşəbbüsdür”.

Metyu Brayza əlavə edib ki, “Trampın Beynəlxalq Sülh və Rifah naminə Marşrutu” (TRIPP) layihəsinin irəlilədilməsi və Ermənistanla sülh sazişinin imzalanması perspektivi fonunda Azərbaycanın strateji əhəmiyyəti daha da artır: “Azərbaycan Xəzər dənizindən Qara və Aralıq dənizlərinə qədər uzanan nəqliyyat, ticarət və investisiya marşrutlarında həlledici mərkəzə çevrilib. Güclü iqtisadiyyatı və dayanıqlı infrastruktur sistemi ilə rəsmi Bakı regionda sabitliyin və inteqrasiyanın əsas dayağıdır. Buna görə də Azərbaycanın C5+1 formatına cəlb edilməsi tamamilə məntiqli və zəruri addımdır”.

Azərbaycan regionun gələcək iqtisadi və siyasi nizamında əsas açar rolunu oynayır

Metyu Brayza, həmçinin qeyd edib ki, son aylarda Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan və Türkmənistan liderləri arasında siyasi dialoqun intensivliyi artıb və bu, Xəzər dənizinin hər iki sahilində əməkdaşlığın dərinləşməsinə xidmət edir. “Belə təşəbbüslərdə Ermənistan və Gürcüstanın da iştirak etməsi vacibdir, çünki regional sabitlik bütün Cənubi Qafqazı əhatə etməlidir. Türkiyə isə Orta Dəhlizin dayağı və Avropaya açılan qapıdır. Bu baxımdan Azərbaycanın iştirakı regionun gələcək iqtisadi və siyasi nizamında əsas açar rolunu oynayır”, - deyə o vurğulayıb.

Qazaxıstanlı siyasi analitik və iqtisadçı ekspert Maqbat Spanov da hesab edir ki, Mərkəzi Asiya və Şimali Qafqaz regionları geosiyasi baxımdan bir-birindən ayrılmazdır.

“Bəzən Mərkəzi Asiyanı və Şimali Qafqazı fərqli geosiyasi məkanlar kimi təqdim edirlər, lakin bu bölgələr bir-biri ilə sıx şəkildə bağlıdır. Xüsusilə Qazaxıstan və Türkmənistan kimi Xəzər dənizinə çıxışı olan ölkələr üçün bu əlaqələr həyati əhəmiyyət daşıyır. Məhz buna görə Cənubi Qafqazla Mərkəzi Asiya arasında inteqrasiyanın dərinləşdirilməsi vacib məsələdir”, - deyən ekspert bildirib ki, bu prosesdə nəqliyyat-kommunikasiya marşrutlarının, xüsusilə Orta Dəhlizin rolu çox böyükdür. Spanovun fikrincə, Zəngəzur dəhlizinin və ya beynəlxalq müstəvidə “Tramp yolu” (Trump Road) adlandırılan layihənin reallaşması region üçün yeni iqtisadi imkanlar açacaq.

Ekspert yekun olaraq deyib ki, Azərbaycanın C5+1 formatına qoşulması təkcə regional iqtisadi inteqrasiyanı deyil, həm də Avrasiyada sabitliyi və dayanıqlı əməkdaşlığı gücləndirəcək mühüm təşəbbüs ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri