Icma.az
close
up
RU
Azərbaycanın Şimali Kipr mövqeyi: Liderlərin qeyri rəsmi görüşündən sonra nələr olacaq? ŞƏRH

Azərbaycanın Şimali Kipr mövqeyi: Liderlərin qeyri rəsmi görüşündən sonra nələr olacaq? ŞƏRH

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, bu il aprel ayının 3-4-ü tarixlərində Özbəkistanın tarixi şəhərlərindən biri olan Səmərqənddə keçirilən “Avropa İttifaqı – Mərkəzi Asiya” sammiti bir sıra mühüm qərarlarla yadda qaldı. Bu qərarlardan biri də sammitin sonunda qəbul edilən birgə bəyannamədə Mərkəzi Asiya ölkələrinin – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanın – Şimali Kipr Türk Respublikasını tanımayacaqlarını bildirməsi oldu. Bu bəyanat təkcə diplomatik gediş deyil, həm də geosiyasi tərəfdaşlıqların və regiondaxili prioritetlərin formalaşmasında maraqlı istiqamətlərə işarə edir.

Lakin Azərbaycanın Şimali Kiprlə bağlı mövqeyi onun xarici siyasətdəki suverenliyini nümayiş etdirir və bu da Azərbaycanın kənar təsirlərə məruz qalmamasından qaynaqlanır.

Bu arada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısının tarixi məlum olub. Belə ki, TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı 20-22 may tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək.

Qeyd edək ki, TDT dövlət başçılarının 12-ci Zirvə toplantısı isə bu il Azərbaycanda keçiriləcək.

Maraqlıdır görəsən, Kiprlə bağlı məlum olaydan sonra liderlərin qeyri-rəsmi görüşündən, eyni zamanda, mayda Azərbaycanda keçiriləcək görüşdən nələr gözləmək olar? Turkustan.az olaraq sualımızı siyasi şərhçi Əziz Əlibəyliyə ünvanladıq.

Bütövlükdə bu görüşlər imkan verməlidir ki, yeni məsləhətləşmələr həyata keçirilsin. Nə dərəcədə qəribə də olsa, Türk dünyası bu cür proseslərdən yara alıb, parçalanmağa start verməməlidir. Bizim geniş şəkildə planlarımız hansısa güc mərkəzlərinin istinad etdiyi siyasi xəttə tabe olmamalıdır. Biz yaxşı bilirik ki, Fransanın Azərbaycana, Türkiyəyə qarşı mövqeyində hansı niyyətlər gizlənir. Ona görə də bu cür məsələlərdə ehtiyatlı olmaq lazımdır. Qaldı ki, bu dövlətləri birləşdirən vahid iqtisadi bir platforma, məkan, investisiyalar, geosiyasi coğrafiya var. Bu mənada o qədər asan deyil ki, bu bölgələrin üzərindən xətt çəkilsin. Yəni nəticələrin müzakirəsi də mövcüd xoşagəlməz situasiyanın aradan qaldırılması, birgə hərəkət trayektoriyasının müəyyən edilməsi nöqteyi-nəzərindən görüşlər önəmli səciyyə daşıyacaq.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Aprel 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri