Azərbaycanın stolüstü tennis millisinin məşqçisi: Rusiya ilə oyunların nəticəsi bizim üçün də maraqlı olacaq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qəbələ, 26 sentyabr, AZƏRTAC
Görüşlər olduqca gərgin mübarizə şəraitində keçdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə keçirilən III MDB Oyunlarında mübarizə aparan stolüstü tennis üzrə Azərbaycan millisininməşqçisi Ramin Cəfərov deyib.
O, finala vəsiqə qazanan kişi və qadınlardan ibarət yığmaların nəticələrinin gözlənilən olduğunu söyləyib: “Çünki yüksək səviyyədə hazırlıq keçmişdik. İdmançılarımız doğma divarlar arasında, öz həmvətənlərinin yanında daha inamlı çıxış edirlər. Rəqiblərimiz güclü idi. Amma sabah bizi finalda Rusiya kimi iddialı komanda gözləyir. Bu kollektiv ilə uzun zamandır üz-üzə gəlmirik. Nəticə bizim üçün də maraqlı olacaq”.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Sentyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















