Icma.az
close
up
RU
Azərbaycanın Sülh Şurasına qoşulması Avropa təsisatlarına verilən açıq bir mesajdır Tural Gəncəliyev

Azərbaycanın Sülh Şurasına qoşulması Avropa təsisatlarına verilən açıq bir mesajdır Tural Gəncəliyev

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Davosda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə beynəlxalq təşkilat olan Sülh Şurasının təsis sənədi imzalanıb. Şuranın təsisçi və əsas üzv dövlətlərindən biri kimi Azərbaycan da bu prosesdə yer alıb".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın "Sülh Şurasının Nizamnaməsi" sənədini imzalamasından danışarkən bildirdi.

Millət vəkilinin sözlərinə görə, bu hadisənin Azərbaycan üçün bir neçə mühüm mənası var:

"Birincisi, bu, Azərbaycan üçün əlavə və alternativ bir beynəlxalq platformadır. Bu platforma vasitəsilə Azərbaycan beynəlxalq münasibətlər, sülh və təhlükəsizlik, hərbi təhlükəsizlik, eləcə də insan hüquqları kontekstində öz milli maraqlarını irəli sürmək və müdafiə etmək imkanı əldə edir. Çünki indiyə qədər bu sahələrdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar BMT, ATƏT, Avropa İttifaqı və AŞPA  öz üzərlərinə düşən funksiyaları lazımi səviyyədə yerinə yetirə bilməyiblər. Bu baxımdan ABŞ ilə yanaşı Azərbaycanın da iştirak etdiyi Sülh Şurası ölkəmiz üçün əlavə imkan və yeni siyasi meydança yaradır ki, burada milli maraqlara uyğun siyasət aparılsın.

İkincisi, bu hadisə beynəlxalq münasibətlər sisteminin yeni mərhələyə qədəm qoyduğunu göstərir. İkinci Dünya müharibəsindən sonra formalaşdırılmış mövcud beynəlxalq sistem artıq funksional deyil. Nə münaqişələrin həllində, nə də beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin tənzimlənməsində mövcud beynəlxalq qurumlar effektiv rol oynaya biliblər. Bunun ən bariz nümunəsi keçmiş Ermənistan-Azərbaycan münaqişəsidir. Bu münaqişənin həllində heç bir beynəlxalq təşkilat real nəticə ortaya qoya bilmədi və Ermənistanın təcavüzünə Azərbaycan yalnız öz gücü ilə son qoydu. Məhz bu səbəbdən Sülh Şurası Azərbaycan üçün alternativ və əlavə bir beynəlxalq platforma kimi çıxış edir. Eyni zamanda, bu addım digər beynəlxalq təşkilatlara, xüsusilə də Avropa Parlamenti və Avropa təsisatlarına verilən açıq bir mesajdır. Mesaj ondan ibarətdir ki, dünyanın taleyini təkcə onlar müəyyən etmir və dünya siyasəti ilə dünya iqtisadiyyatı yalnız onların iradəsi əsasında formalaşmır".

Müsahibimiz qeyd etdi ki, uzun illər belə bir yanaşma mövcud idi ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ABŞ, Rusiya, Fransa, Çin və Böyük Britaniya istənilən problemi və ya münaqişəni veto mexanizmi vasitəsilə öz maraqlarına uyğun şəkildə yönləndirə və ya qarşısını ala bilirlər.

"Lakin Sülh Şurasının yaradılması onu göstərir ki, İkinci Dünya müharibəsindən sonra qalib dövlətlər tərəfindən formalaşdırılmış həmin mexanizm artıq funksional deyil və bu sistem effektiv işləmir. Bu baxımdan yeni yaradılmış Sülh Şurasında Azərbaycanın həm təsisçi, həm də üzv dövlət kimi yer alması milli maraqların təşviqi və müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, eyni zamanda Azərbaycanın beynəlxalq arenada yeni bir güc mərkəzi kimi qəbul edildiyini və Prezident İlham Əliyevin liderliyinin beynəlxalq səviyyədə tanındığını göstərir.

Bundan əlavə, bu addım Azərbaycana qarşı azərbaycanofob siyasət aparan və ölkəmizə qarşı kampaniyalar həyata keçirən bəzi beynəlxalq təşkilatlara, xüsusilə də Avropa təsisatlarına açıq bir mesajdır. Bu mesaj ondan ibarətdir ki, onların yaratdıqları qurumlar dünyada yeganə və alternativsiz təsisatlar deyil. İstər insan hüquqları, istər demokratiya, istərsə də hərbi və milli təhlükəsizlik baxımından Azərbaycan sübut edir ki, öz milli maraqlarına uyğun olaraq alternativ beynəlxalq platformalara qoşulmaq, həmin platformalarda təsisçi və fəal üzv kimi iştirak etmək iradəsinə malikdir. Azərbaycan milli maraqlarını yalnız İkinci Dünya müharibəsindən sonra formalaşmış strukturlarda deyil, eyni zamanda yeni beynəlxalq təsisatlarda da qorumağa qadirdir və bunu davam etdirəcək", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Yanvar 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri