Icma.az
close
up
RU
Azərbaycanın yaratdığı yeni reallıq: Barışmaz rəqiblər arasında vasitəçi Tural Gəncəliyev

Azərbaycanın yaratdığı yeni reallıq: Barışmaz rəqiblər arasında vasitəçi Tural Gəncəliyev

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Fikrimcə, ADA Universitetində keçirilən beynəlxalq tədbirdə önəmli mesajlar sırasında, fikrimcə, ən vaciblərindən biri Azərbaycanın dünya və region səviyyəsində oynadığı vasitəçilik rolunun əhəmiyyətinə dair mesajı idi. “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq konfransda dövlət başçısı Azərbaycanın geosiyasi baxımdan mühüm oyunçu olduğunu konkret faktlarla əsaslandırdı”. 

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbə qazandıqdan və ərazi bütövlüyünü bərpa etdikdən sonra bölgədə yeni güc mərkəzinə çevrildi:

"Hazırda Azərbaycan Avrasiya məkanının, eləcə də böyük türk dünyasının mərkəzində yerləşən strateji ölkə kimi çıxış edir. Bununla yanaşı, Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən körpü rolunu oynayaraq qlobal əhəmiyyətə malik bir aktora çevrilib. Ən maraqlısı odur ki, hətta geosiyasi rəqib olan ölkələr belə Azərbaycanın bu vasitəçilik imkanlarından istifadə etməyə çalışır. Bu faktın özü Azərbaycanın artıq qlobal siyasətin gündəmini formalaşdıran ölkəyə çevrildiyinin sübutudur". 

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin əldə etdiyi uğurlar, onun şəxsi siyasi çəkisi və ölkəmizin artan nüfuzu da bu prosesin təməl sütunlarındandır: 

"Məşhur geosiyasət nəzəriyyəçiləri Mackinder və Haushoferin dediyi kimi, kim Avrasiya məkanına və onun mərkəzinə nəzarət edirsə, dünyaya nəzarət edir. Bu gün isə biz məhz bu fikrin canlı sübutunu görürük. 

Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq onun dünya nizamında rolunu daha da önəmli edib. Azərbaycan yalnız Avrasiya məkanında deyil, qlobal Şimal və Cənub arasında körpü rolunu oynamaqla da xüsusi yer tutur. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın nüfuzunun artması, ölkəmizin COP29 kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, yeni müstəmləkəçilik siyasətinə qarşı lider ölkə kimi çıxış etməsi və türk dünyasını birləşdirən strateji lokomotivə çevrilməsi, xüsusilə də Şuşa Bəyannaməsi ilə bu prosesin zirvəyə çatması bu reallığın göstəricilərindəndir”. 

Tural Gəncəliyev bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi əslində, yeni dünya nizamının formalaşması prosesinə təkan verdi: 

“Bu hadisə ədalətsiz və statik beynəlxalq düzənə sarsıdıcı təsir göstərdi. İkinci Dünya müharibəsindən sonra mövcud olan beynəlxalq münasibətlər sistemi Azərbaycan xalqının ədalət uğrunda mübarizəsi fonunda bir sınaqdan keçdi. Azərbaycan bu addımı ilə BMT qətnamələrinin icrasının mümkün olduğunu nümayiş etdirdi. Artıq Qarabağ məsələsi Azərbaycanın əlini-qolunu bağlamır. 

Ermənistanın və onun arxasında duran, o cümlədən Fransa, Avropa İttifaqındakı bəzi dairələrin, Soros fondları və ABŞ-dəki bəzi qüvvələrin məğlubiyyətə uğraması ilə yeni bir mərhələyə keçid baş verdi. Azərbaycanın bu qətiyyəti dünya düzənini sarsıdan və sirkələyən faktora çevrildi. Bu gün isə artıq Avropa İttifaqının 10 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu, ölkəmizin gücünün, liderimizin siyasi çəkisinin və nüfuzunun qəbul edildiyini göstərir. Azərbaycanın həm türk dünyasında, həm İslam Əməkdaşlıq Təşkilatında, həm də Avropa İttifaqı ilə münasibətlərində oynadığı rol aydın görünür. Bütün bu faktorları nəzərə alaraq demək olar ki, Azərbaycan qlobal miqyasda barışmaz rəqiblər arasında vasitəçi rolunu oynamağa davam edəcək və dünya siyasətinə töhfəsini daha da artıracaq." 

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: Tural Gəncəliyev Şuşa Bəyəmnaməsi Türk dünyası

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Aprel 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see273

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see254

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see242

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see228

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see220

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see203

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see203

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see198

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see185

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see179

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see174

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see164

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see163

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see150

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see148

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see147

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see144

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri