Icma.az
close
up
RU
Menu

17 ci körpəsini dünyaya gətirdi

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

U 17 millisi Gəncədə

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Bakı “Red Bull” pilotu üçün həlledici olacaq

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Azərbaycanın unikal təcrübəsi Yaxın Şərqdə

Azərbaycanın unikal təcrübəsi Yaxın Şərqdə

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində ölkəmiz beynəlxalq səviyyədə böyük nüfuz qazanıb. Bu gün iqtisadi və siyasi müstəqilliyini tam təmin edən Azərbaycan bütün dünyada  öz problemlərini özü həll etməyə qadir olan, paralel şəkildə qlobal həmrəylik təşəbbüsləri irəli sürən, beynəlxalq  əməkdaşlığa və təhlükəsizliyə sanballı töhfələr verən ləyaqətli ölkə kimi qəbul edilir və hörmət göstərilir.

Qısa müstəqillik tarixində Azərbaycan xoş məram ortaya qoymaqla xalqlar, qitələr və sivilizasiyalar arasında körpülər yaradan ölkəyə çevrilib. Geniş İslam coğrafiyasında yerləşən dövlətləri birləşdirən müxtəlif təsisatlarda fəal rol alan respublikamız, eyni zamanda, Avropa İttifaqının (Aİ)  on üzv ölkəsi ilə strateji tərəfdaşlıq münasibətləri qurub ki, bu da bütün dünya üzrə nadir nümunələrdən biridir. Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya Ərəb Respublikasında hakimiyyətə gələn keçid dövrü iqtidarı ilə sıx təmasların qurulması isə Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda daha bir perspektivli istiqamətin əsasının qoyulmasından xəbər verir. Bu o anlama gəlir ki, respublikamız artıq Yaxın Şərqdə də güclü dövlət kimi qəbul olunur və onun yaratdığı unikal iqtisadi model burada da cəlbedici görünür.

Azərbaycan Suriyaya dəstəyini ilk ifadə edən dövlətlərdən biridir

Tarixən Azərbaycanla Suriya arasında sıx bağlar olsa da, Bəşər Əsəd iqtidarı dönəmində əlaqələr demək olar ki, tamam kəsilmişdi. Müasir, demokratik inkişaf yolu tutan, dünyaya multikulturalizm ideyaları aşılayan Azərbaycan Suriyada despotizmə əsaslanan siyasət həyata keçirən Bəşər Əsəd rejimini qəbul edə bilməzdi və etmirdi də. Respublikamızın işğala məruz qaldığı illərdə təcavüzkar Ermənistana hərtərəfli dəstək göstərən cinayətkar rejimlərdən biri də məhz Bəşər Əsəd iqtidarı idi. Onun açıq və gizli göstərişləri əsasında Suriyadan Ermənistana silahlar daşınır və terrorçu dəstələr göndərilirdi. Bu tendensiya xüsusilə 44 günlük müharibə dövründə daha da güclənmişdi. Belə bir faktı da vurğulamaq yerinə düşər ki, işğal illərində Suriyadan gətirilən ermənilərdən Qarabağın qeyri-qanuni məskunlaşdırılmasında bir alət kimi istifadə olunub.

İstibdad, zülmə əsaslanan siyasət süquta məhkumdur və biz bunu Suriyada Bəşər Əsəd rejiminin xalq tərəfindən devrilməsinin timsalında bir daha gördük. Öz xalqının nifrətini qazanan Bəşər Əsəd ölkəsindən qaçmaq məcburiyyətində qaldı.

Artıq Suriyada yeni dönəm başlayıb. Ölkənin keçid dövrü hakimiyyəti Bəşər Əsəd rejiminin kədərli miraslarının aradan qaldırılması kimi ağır bir prosesə başlayıb. Çətinliklə də olsa, işlər irəliləyir. Hədəflərdən biri də Suriyaya dost ölkələrlə zamanında bəlli səbəblərdən pozulmuş əlaqələri bərpa etməkdir ki, Azərbaycan da bu sırada ön mövqelərdə dayanır.

Azərbaycan Suriyanın keçid iqtidarını dəstəkləyən ilk ölkələrdən biridir.  Artıq 12 illik fasilədən sonra Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunub. Respublikamızdan dost ölkəyə yardım karvanı yola salınıb. Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər çərçivəsində 29 dekabr tarixində nazir müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib. Görüş zamanı Suriyada yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbrikləri çatdırılıb. Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğu bildirilib.

Cari il  aprelin 11-də isə qardaş Türkiyədə  IV Antaliya Diplomatik Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş baş tutub. Bu görüşü indiki mərhələdə Bakı ilə Dəməşq arasında yeni məzmunlu münasibətlərin qurulması yolunda çox mühüm addım kimi dəyərləndirmək mümkündür. Həmin görüşdə liderlər ikitərəfli münasibətlərin bərpa olunmasının daha sürətlə həyata keçir?lməsinin zəruriliyinə xüsusi vurğu ediblər. Bu da tərəflərin niyyətinə dəlalət edir - həm Azərbaycan iqtidarı, həm də Suriyanın yeni hakimiyyəti əlaqələrin qurulmasında və genişləndirilməsində maraqlıdırlar.

Görüşdə həmçinin Azərbaycan - Suriya - Türkiyə üçtərəfli formatının inkişaf etdirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb və bu format çərçivəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb. Məhz həmin görüşdən sonra Prezident İlham Əliyevin tapşırığı əsasında  Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyətinin Suriyaya səfəri baş tutub. Səfər Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb. Səfər çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan nümayəndə heyətini qəbul edib.

Liderlərin Antaliya Forumundakı görüşündən üç ay sonra isə Suriyanın keçid dövrü Prezidentinin ölkəmizə səfəri baş tutub. İyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub. Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluğun olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb. Öz növbəsində Əhməd Əl Şaraa da əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd edib.  O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyib.

Qardaş Türkiyə ilə birlikdə

Azərbaycan rəsmiləri ilə Suriyanın keçid dövrü iqtidarı nümayəndələri arasında baş tutan görüşlərdə Azərbaycan - Suriya - Türkiyə üçtərəfli formatına istinad edilməsi təsadüfi deyil. Son illərdə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə müxtəlif sahələrdə, xüsusilə də müdafiə təyinatlı hərbi məhsulların istehsalında böyük uğurlar qazanıb. Qürurverici haldır ki, bu gün qardaş ölkə qlobal gücə çevrilib və yeni dünya nizamının formalaşmasında prinsipial mövqedən çıxış edir. Suriyada müşahidə edilən son proseslərdə, o cümlədən dövlət idarəetməsinin qurulmasında, təhlükəsizlik məsələlərində, ordunun formalaşmasında da Türkiyə xüsusi rol oynayır və öz dəstəyini göstərir.

Eyni zamanda Azərbaycan və Türkiyə strateji müttəfiqlik münasibətlərinə malikdirlər. İki qardaş ölkə ikitərəfli münasibətlərini ən yüksək səviyyəyə qaldırdıqları kimi, müxtəlif beynəlxalq təsisatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu ənənə nəzərə alınmaqla yeni formalaşan Azərbaycan-Suriya-Türkiyə üçtərəfli formatının da səmərəli şəkildə fəaliyyət göstərəcəyinə böyük əminlik yaranır. Bu formatda əməkdaşlıq siyasi və iqtisadi məzmunda ən müxtəlif istiqamətləri əhatə edə bilər. Müxtəlif görüşlərdə əminliklə vurğulandığı kimi, yeni Suriya quruculuğunda iki qardaş ölkə koordinasiyalı şəkildə fəaliyyət göstərəcəklər.  Azərbaycan Türkiyə ilə birlikdə Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına, bərpa-quruculuq prosesinə töhfə verməyə hazır olduğunu ifadə edib.

Ölkəmizin Yaxın Şərq üçün artan cəlbediciliyi

Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan nümayəndə heyətlərinin yuxarıda bəhs olunan səfərləri çərçivəsində Suriyanın bərpa və quruculuğuna respublikamızın nə kimi dəstək verə biləcəyi ətraflı şəkildə öyrənilib. Suriya ilə Azərbaycan müəyyən mənada oxşar talelər yaşayıblar.  Otuz illik işğal dövründə respublikamızın çoxlu sayda şəhər və kəndi dağıdılıb, mülki infrastruktur sıradan çıxarılıb. Məlum hadisələr zamanı Suriyada da dəhşətli dağıntılara yol verilib. Qalib Azərbaycan postmüharibə dönəmində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin, mülki infrastrukturun, tarixi abidələrin bərpası, yeni iş yerlərinin yaradılması istiqamətində unikal təcrübə qazanıb. Bu təcrübədən istifadə etməklə Azərbaycan Suriyanın bərpasına öz köməyini göstərə bilər.

Bütövlükdə, müxtəlif istiqamətlərdə geniş əməkdaşlıq imkanları var.  Enerji dialoqu ikitərəfli münasibətərin çox mühüm istiqamətlərindən biri ola bilər. Təsadüfi deyildir ki, liderlər arasında bugünlərdə Bakıda baş tutan görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb. Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini bildirib.

Məlumdur ki, zəngin resurslara malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.  Məhz respublikamızın iştirakı ilə “qoca qitə”nin yeni enerji xəritəsi formalaşıb. Avropada Azərbaycanın ədalətli enerji siyasətinə sadiqliyi yüksək dəyərləndirilir. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir. Şübhə yoxdur ki, Suriya yaxın zamanlarda bu sırada 13-cü ölkə olacaq. Burada da Azərbaycan - Suriya - Türkiyə üçbucağından bəhs etmək lazım gəlir. Belə ki, Suriya üçün nəzərdə tutulan mavi yanacaq Türkiyə üzərindən nəql olunacaq. Söhbət Suriyaya ildə 1 milyard kubmetr həcmində qaz ixracından gedir.

Beləliklə, Azərbaycan qazının ixrac coğrafiyası Yaxın Şərqə doğru genişlənir. Şübhə yoxdur ki, Suriya sonuncu dayanacaq olmayacaq. Suriya ilə qonşu ölkələr arasında əvvəllər mövcud olmuş infrastrukturu bərpa etməklə Azərbaycan qazını digər Yaxın Şərq ölkələrinə də çatdırmaq perspektivi tam realdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, respublikamız “yaşıl enerji” potensialı ilə kifayət qədər zəngin bir ölkədir. Bu da Azərbaycanın Yaxın Şərq coğrafiyasında cəlbediciliyini artıran digər bir mühüm istiqamətdir.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 İyul 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see279

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see262

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see250

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see237

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see233

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see227

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see225

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see219

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see217

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see209

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see201

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see192

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see189

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see188

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see187

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see186

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see185

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see180

Bakı “Red Bull” pilotu üçün həlledici olacaq

22 Sentyabr 2026 00:42see176

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri