Icma.az
close
up
RU
Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmaq bütün tərəfdaşlarımızın borcudur

Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmaq bütün tərəfdaşlarımızın borcudur

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə rəsmi Bakı tərəfindən Vaşinqtona rəsmən bildiriş göndərilməsinin ardınca (öz də bu barədə qərar Donald Trampın bu strukturu ləğv etmək barədə qərarından əvvəl qəbul edilib), “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (“Rus Evi”) hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğuna görə fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilməsi həqiqətən də olduqca mühüm addımdır. Bu addım Azərbaycanın tam müstəqil siyasət yürütdüyünü və öz milli maraqlarımızı qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyini göstərir.
USAID də, "Rus Evi" də Azərbaycanda humanitar fəaliyyətlərdən daha çox "yumşaq güc" vasitəsi kimi çıxış edirdilər. Xüsusən də USAID əksər ölkələrdə olduğu kimi müstəqil siyasət yürüdən Azərbaycanda da “humanitar yardım” proqramlarının çərçivələrindən kənara çıxır, ölkəmizin media, QHT sektorunda, siyasi qüvvələr arasında “beşinci kolon” formalaşdırmağa çalışır, zərərli təbliğat aparırdı. USAID Bayden administrasiyasının əlində Azərbaycana qarşı təzyiq vasitəsinə və ermənipərəst siyasət ruporuna çevrilmişdi. Həmçinin "Rus Evi"nin də fəaliyyətində bir sıra qeyri-şəffaf məqamlar vardı. Bu mərkəz də ölkəmizdə Rusiyanın maraqlarına xidmət edən "5-ci kolon" yaratmağa çalışırdı. Eləcə də ənənəvi mətbuatda və sosial mediada "Rus Evi"nin casus yuvasına çevrilməsi barədə fikirlər də dolaşırdı.
Rəsmi Bakı hər iki xarici qurumun fəaliyyətinə xitam verməklə
bir daha nümayiş etdirdi ki, haradan qaynaqlanmasından asılı olmayaraq ölkəmizin iç işlərinə kənar müdaxilələrə dözmək fikrində deyil. Azərbaycan müstəqil dövlət kimi bütün yaxın-uzaq dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurur və heç bir dövlətin daxili işlərinə müdaxilə etmir. Eyni zamanda, özümüzə qarşı da analoji münasibət, oxşar davranış gözləyirik. Azərbaycan dövləti öz daxili işlərinə müdaxiləni birmənalı şəkildə yolverilməz hesab edir. Bu baxımdan rəsmi Bakı Tramp administrasiyasının USAID-in layihələrini dondurması qərarını da müsbət qiymətləndirir.
Erməni lobbisinin ciddi təsiri altında olan və öz ərazi bütövlüyünü, suverenliyini bərpa edən ölkəmizə qarşı total hücumlar təşkil edən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) fəaliyyət göstərdiyi bütün ölkələrdə neqativ cizgilərlə xatırlanacaq. Çünki bu qurum bütün ölkələrin daxili işlərinə qarışır, mövcud olduğu hər yerdə xaos və qarşıdurma toxumları səpməyə çalışırdı. USAID-in aqibəti "Rus "Evi"nə də dərs olmalıdır. "Rossotrudniçestvo"nun rəhbəri, Azərbaycan xalqının qan yaddaşında mənfi iz buraxmış keçmiş sovet-rus siyasi və dövlət xadimi Yevgeni Primakovun nəvəsi kiçik Yevgeni Primakov bundan sonra ilk növbədə "Rus Evi" adlı mərkəzlərin fəaliyyətinin şəffaf və hüquqi çərçivədə təşkili barədə düşünməlidir. Bu cür qurumların fəaliyyəti hüquq çərçivəsində təşkil olunmalıdır. Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmaq bütün tərəfdaşlarımızın borcudur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Fevral 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri