Icma.az
close
up
RU
Azərbaycanın suverenliyinə uzanan əl qırılacaq !!!

Azərbaycanın suverenliyinə uzanan əl qırılacaq !!!

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Qafqaz regionunda son dövrlərdə səsləndirilən bəzi təhdid xarakterli bəyanatlar sabitliyə ciddi təhlükə yaradır. Xüsusilə İran tərəfindən bu gün Naxçıvandakı bir sıra starateji və mülki infrasturuktur nöqtələrinə dron hücumları, Azərbaycana qarşı səsləndirilən sərt ritorika regionda gərginliyi artıran və qəbuledilməz yanaşmadır. Bu cür açıqlamalar yalnız siyasi məsuliyyətsizlik deyil, eyni zamanda regional sabitliyə qarşı açıq təhdiddir.

Azərbaycan müstəqil, güclü və qətiyyətli dövlətdir. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü heç bir halda müzakirə mövzusu ola bilməz. Azərbaycanın təhlükəsizliyinə qarşı yönələn hər hansı addım cavabsız qalmayacaq və adekvat şəkildə qarşılanacaq.

Bu kontekstdə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası xüsusi strateji əhəmiyyətə malikdir. Naxçıvan təkcə coğrafi baxımdan deyil, həm də tarixi və siyasi baxımdan Azərbaycan dövlətçiliyinin mühüm dayaqlarından biridir. Naxçıvana qarşı yönələcək istənilən hərbi təhdid və ya hücum Azərbaycanın bütövlüyünə qarşı açıq təcavüz kimi qiymətləndiriləcək və ən sərt şəkildə cavablandırılacaq.
Azərbaycan artıq regionda güclü hərbi potensiala və modern ordunun imkanlarına sahibdir. Ordunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi və strateji hazırlıq səviyyəsi göstərir ki, ölkə öz təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir. Bu siyasətin əsas istiqamətlərindən biri də dövlət başçısı İlham Əliyev tərəfindən dəfələrlə vurğulanıb: Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyü qırmızı xətdir.
Tarix göstərib ki, Azərbaycan xalqı təhdid və təzyiq qarşısında geri çəkilən xalq deyil. Əksinə, dövlətə və torpağa qarşı yönələn hər hansı təhlükə cəmiyyətin daha da sıx birləşməsinə səbəb olur. Bu gün də Azərbaycan xalqı və dövləti öz suverenliyini qorumaq üçün tam hazırdır.

Regionda sülh və sabitlik istəyən hər kəs bir həqiqəti anlamalıdır: Azərbaycana və onun ayrılmaz hissəsi olan Naxçıvana qarşı atılacaq istənilən hərbi addım yalnız böyük səhv deyil, həm də çox ağır nəticələr doğura biləcək təhlükəli avantüradır.


Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Mart 2026 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri