Icma.az
close
up
RU
Azərbaycanın suverenliyinin tam təmin edilməsi ilə Cümhuriyyət fədailərinin istəkləri reallaşıb ŞƏRH

Azərbaycanın suverenliyinin tam təmin edilməsi ilə Cümhuriyyət fədailərinin istəkləri reallaşıb ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 28 may, AZƏRTAC

Azadlıq və müstəqillik həm hər bir ölkə vətəndaşı, həm də xalqlar, millətlər üçün ən müqəddəs və şirin nemət hesab olunur. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı da keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

Deputat bildirib ki, Şərqdə ilk demokratik respublika olan Cümhuriyyət Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk dövrdə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması vəzifələri Cümhuriyyət hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

“Yarandığı gündən Azərbaycanın milli dövlətçiliyini formalaşdıran, xalqın sosial və mənəvi tərəqqi yolu ilə irəliləməsinə, milli özünüdərk şüurunun yetişməsinə, yüksəlməsinə, dünya sivlizasiyasına qovuşmasına şərait yaradan hökumət üzvləri müəyyən mənada istəklərinə nail oldular. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Cümhuriyyət bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan yaratmışdı. Sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdi", - deyə A.Məmmədov qeyd edib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşamasına baxmayaraq, nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qalacağını vurğulayırdı. O deyirdi ki, biz nadir bir irsin varisləyirik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Cümhuriyyətin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə atdığı addımlar yarımçıq qalmamış, müstəqilliyini XX əsrin sonlarında yenidən bərpa edən dövlətimiz varislik ənənələrini yaşatmış, inkişaf etdirmişdir.

1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi.

İndi müstəqilliyimizin yetərincə möhkəm olduğunu vurğulayan Anar Məmmədov deyib: "Məhz bunun nəticəsində Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazandı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu, xalqımızın çoxəsrlik tarixində, eləcə də müstəqillik dövründə qazandığı ən böyük Zəfərdir. İkinci Qarabağ müharibəsindəki Zəfərimiz Cümhuriyyət qurucularının müstəqil Azərbaycan naminə çəkdikləri zəhmətin, ideyalarının reallaşması idi. 44 gün davam edən Vətən müharibəsindəki Qələbəmizlə, 23 saatlıq antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyinin tam təmin edilməsi ilə 23 ay yaşayan Cümhuriyyət fədailərinin istəklərini doğruldan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev varislik ənənələrini qətiyyəti, siyasi iradəsi, dünyada artan nüfuzu ilə təsdiqlədi".

Deputatın sözlərinə görə, Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət edən Prezident, Ali Baş Komandan İlham Əliyevin “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” sözləri, eyni zamanda, Cümhuriyyət qurucularının müstəqillik ideyalarına sadiqlik rəmzini özündə əks etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri