Icma.az
close
up
RU
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün ŞƏRH

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan XX əsrin sonlarında ikinci dəfə müstəqillik qazansa da, bu müstəqilliyimizi istər daxildə, istərsə də xaricdə istəməyən güclü qüvvələr var idi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızı işğal etməsi, eləcə də daxildəki siyasi qüvvələrin hakimiyyət uğrunda çəkişmələri dövlətimizi tamamilə zəiflətmiş, məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.

O bildirib ki, hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün xarici siyasətində də böyük uğursuzluqlar hökm sürürdü. Qonşu ölkələrlə münasibətlər korlanmış, Azərbaycan dünyadan təcrid olunmuş vəziyyətə düşmüşdü. Dünya dövlətləri ilə iqtisadi-siyasi əlaqələr tamamilə dağılmışdı.

Azərbaycan dövlətinin əsl müstəqilliyinin, suverenliyinin və bir dövlət kimi inkişafının Milli Qurtuluş Günündən başladığını bildirən K.Əliyeva qeyd edib: “Azərbaycan xalqının erməni təcavüzünə son qoyacaq, əhalinin sosial vəziyyətini yaxşılaşdıracaq, ölkəni vətəndaş müharibəsindən xilas edəcək bir liderə ehtiyacı var idi. Xalq inanırdı ki, ölkəni bu ağır günlərdən xilas edəcək və dövlətin suverenliyini bərpa edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Məhz o günlərdə xalqımız güclü dövlət qurmaq üçün dahi şəxsiyyət olan Heydər Əliyevin ətrafında sıx birləşməyin vacibliyi barədə müdrik qərar verdi.

1993-cü il iyunun 9-da Azərbaycan xalqının çağırışına cavab verən Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı. Onun qayıdışı ölkəmizin və xalqımızın taleyində dönüş nöqtəsi oldu, böyük inkişafa və gözəl gələcəyə doğru addım atıldı. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas oldu. Həmin gün Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi.

Beləliklə, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gün oldu. 1997-ci ilin iyun ayında Milli Məclis iyunun 15-ni "Milli Qurtuluş Günü" elan etdi. Heydər Əliyevin adı Azərbaycan tarixinə Vətəninin və xalqının xilaskarı kimi yazıldı. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş həmrəyliyinə, eləcə də dövlətimizdə sabitliyin və əmin-amanlığın bərqərar olmasına nail oldu”.

Professor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin arzusu Azərbaycan dövlətini bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyev məcburi köçkünlərlə görüşlərində işğal altında qalan torpaqlarımıza mütləq dönəcəyimizi qətiyyətlə vurğulayırdı. Ulu Öndərin həyata keçirdiyi siyasi-iqtisadi siyasətin əsas məqsədlərindən biri işğal altında olan torpaqlarımızın azad edilməsi idi. Ulu Öndər Heydər Əliyev hər zaman “Biz bu torpaqlarsız yaşaya bilmərik” deyirdi. Azərbaycan xalqının Heydər Əliyevə olan tükənməz inamı, Heydər Əliyev şəxsiyyətinin qüdrəti və əzəməti, Ulu Öndərin öz xalqına sevgisi və məhəbbəti nəticəsində bugünkü güclü Azərbaycan dövləti formalaşıb.

“Ulu Öndər Azərbaycanı parçalanmaqdan xilas etdi, ölkədə qayda-qanun bərpa olundu, güclü ordu quruculuğunun təməli qoyuldu. Ölkəmizdə qanunsuz silahlı birləşmələrin dövlət çevrilişi cəhdlərinə son qoyuldu. Ölkədə ilk parlament seçkiləri keçirildi, Konstitusiya qəbul edildi. Azərbaycanın dünyaya inteqrasiyasına, eləcə də ölkədə iqtisadi və siyasi islahatlara başlanıldı və çoxpartiyalı sistem yaradıldı. Ulu Öndər Heydər Əliyevin sayəsində Qarabağ müharibəsində atəşkəsə nail olundu. Atəşkəs əldə edildikdən sonra Azərbaycanın iqtisadi inkişafının əsası qoyuldu və gələcəkdə böyük Qələbəmizin qazanılması üçün şərait yaradıldı.

Neft müqavilələrinin imzalanması ilə Azərbaycan dövləti sürətli və dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoydu. Məhz Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, xüsusilə Şuşanın işğaldan azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyatlar bir çox dünya ölkələrinin ordularında öyrənilir”, - deyə K.Əliyeva bildirib.

O əminliklə bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisi və memarıdır. Ümummilli Lider Heydər Əliyev bütün həyatını canından çox sevdiyi Vətəninə və xalqına həsr edib. Bu gün Prezident İlham Əliyev dövlətimizin inkişafı və tərəqqisi naminə Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada öz gücünü və nüfuzunu durmadan artırmaqdadır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün dünyaya Azərbaycanı qalib dövlət, Azərbaycan xalqını isə qəhrəman xalq kimi tanıtdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri