8 Noyabr Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan bir gündür
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Aşqarlar Kimyası İnstitutunda Zəfər Gününə həsr olan tədbir keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə institutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, noyabrın 8-i Azərbaycanın müstəqillik tarixinə şərəflə və qızıl hərflərlə yazılan bir gündür: “Çünki 30 illik erməni işğalına son qoyan bu tarix xalqımıza indiyə qədər yaşamadığı sevinci yaşatmış, vətəndaşlarımızı qalib ölkənin qürurlu vətəndaşına çevirmişdir”.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsində ordunun, xalqın və hakimiyyətin möhkəm bir yumruq şəklində birləşməsi böyük qələbəmizin qazanılmasında həlledici rol oynadı. Zəfərin əldə edilməsində Müzəffər Ali Baş Komandan, qüdrətli ordu və xalqın birliyi “dəmir yumruq” oldu və əzəli torpaqlarımızı düşmənlərdən təmizlədi.
Sonra bayram ərəfəsində institut əməkdaşlarının Şuşa, Xankəndi və Laçın şəhərlərinə ekskursiyasına və Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi. Əməkdaşlar öz təəssüratlarını bölüşüb, Vətən müharibəsində ordunun və xalqın göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan, dövlət və xalqın müharibə şəhidləri və qazilərinə göstərdikləri qayğı və köməkdən bəhs ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 07 Noyabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















