Icma.az
close
up
RU
“Minifutbolçularımız Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılan qələbəyə imza atdı”

“Minifutbolçularımız Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılan qələbəyə imza atdı”

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha artıran növbəti böyük qələbə minifutbolçularımızdan gəldi. İyunun 1-də Azərbaycan Milli Komandası Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi oldu. Bu, yalnız minifutbol deyil, bütövlükdə Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılan qələbə oldu. Güclü rəqiblərin iştirak etdiyi mundialda əldə olunan bu qələbə gənclərimizin peşəkarlığı sayəsində qazanıldı. İlk növbədə onu qeyd etməliyik ki, Milli Gimnastika Arenasında reallaşan yüksək səviyyəli təşkilatçılıq iştirakçı ölkələr, Dünya Minifutbol Federasiyasının rəsmiləri  və beynəlxalq idman institutları tərəfdindən də nümunə kimi qiymətləndirilir. 32 komandanın mübarizə apardığı dünya çempionatında izdihamlı azarkeş dəstəyi motivasiyanı artırır, unikal atmosfer yaradırdı. 

Qələbə münasibətilə Prezident İlham Əliyevin komanda üzvlərini qəbul etməsi ilk növbədə idmana dövlət qayğısının təzahürüdür. Bütün uğurların təməli məhz bu yüksək səviyyəli dəstəkdir. Bu gün ölkəmizdə idmanın inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur.

Təsadüfi deyil ki, millimiz 3 il əvvəl - 2022-ci ildə Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatında da çempion adını qazanmışdı. O zaman da komanda üzvlərini qəbul edən dövlət başçımız bildirmişdi ki, minifutbol nisbətən yeni idman növü olduğu üçün bu sahədəki nailiyyətləri məhz komanda özü qazanıb. Burada isə təbii ki, komanda ruhu və vətənpərvərlik hissi əsas rol oynayır. Dövlət başçımızın nitqində gənclərə və idmançılara ünvanlanan ən vacib mesajlardan biri də “əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar” tezisi idi. Biz bütün uğurlarımıza həm də Vətən naminə, dövlətçilik və milli maraqlar naminə imza atırıq. Çünki əldə olunan bütün uğurlar nəticə etibarı ilə Azərbaycanın qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir". 3 il sonra millimiz daha böyük qələbə mərhələsinə keçməklə bütün ümidləri doğrultdu.

Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkədir. 

Ümumiyyətlə, komanda idman növündə çempion olmaq böyük önəm kəsb edir. Belə ki, komanda idman növlərində üzvlərin bir-birinə ailə kimi bağlılığı, komandadaki sağlam ab-hava qələbəni şərtləndirən əsas amillərdəndir. Eyni zamanda Azərbaycan minifutbolçuları bu qələbəni ədalətli mübarizə nəticəsində əldə etdilər. 

Cənab Prezident daha bir vacib məsələyə -  milli komandamızın bütün üzvlərinin Azərbaycanda yetişdirilmiş gənclər olmasına diqqət çəkdi. Bu, çox vacib məsələdir. Belə ki, bu, milli kimliyin gücləndirilməsi, ölkədə gənc nəslin ruhlandırılması baxımından olduqca əhəmiyyətlidir. 

İndi minifutbolçularımızın qarşısında duran əsas hədəf bu qələbəni qoruyub saxlamaqdır. İdmançılarımız bundan sonra da Azərbaycanın şöhrətini daim yüksəklərdə saxlamaq imkanlarını dəyərləndirəcək. 

Bu uğur həm də yeni nəsil idmançıların yetişməsi üçün stimul oldu. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu qələbə gənc nəslin minifutbola marağını artıracaq, bu idman növünün inkişafını sürətləndirəcək.

Beləliklə, beynəlxalq idman institutları ilə əməkdaşlığı davam etdirən ölkəmiz regional və qlobal məsələlərin müzakirə edildiyi mərkəz olmaqla yanaşı nüfuzlu idman dövləti kimi də mövqelərini möhkəmləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 İyun 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri