Icma.az
close
up
RU
Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Zəfər Günümüz növbəti zəfərlərin başlanğıcı oldu

Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Zəfər Günümüz növbəti zəfərlərin başlanğıcı oldu

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan qürur günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Artıq beş ildir bayramlarımız sırasına 8 Noyabr şanlı Zəfər Günü kimi daxil olub. Hər bir bayram daim onun mahiyyətinin təqdimatı üçün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Bu gün qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz 1993-cü ildə - Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından başlanan yolun uğurlarının zirvəsində dayanır.

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycanı daha da gücləndirdi, hər bir sahədə qələbəyə hazırladı. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca Bayrağımızın dalğalanması keçmiş işğal dövrü ərzində dövlət siyasətinin strateji hədəfi oldu. Azərbaycanın iqtisadi inkişafı müstəqilliimizin və suverenliyimizin qarantı olan ordumuzun daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılmasını şərtləndirdi. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının illərdir yerinə yetirilməyən 4 qətnaməsini Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Onların fədakarlığı, qəhrəmanlığı, torpaq, Vətən sevgisi bir dastana çevrildi. Xalqımızın öz Lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi Qələbənin təmin edilməsində mühüm rol oynadı. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək ərazi bütövlüyümüzü bərpa etdi. Silahlı Qüvvələrimizin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, işğalçı Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycana təhvil verdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 8 Noyabr tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində bu məqamı xüsusi qeyd edirdi ki, Şuşasız bizim işimiz yarımçıq olar.

Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli, qalib Sərkərdə kimi əbədi yazdırdı. Şuşanın azad olunması müharibənin taleyini həll etdi.

Millət vəkili bildirib ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bu ordunun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində də üstünlüyünü qorudu. Dövlət başçısı İlham Əliyevin 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Azərbaycanın diplomatik uğurudur. Müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələrini real mübarizə üsuluna çevirən Prezident İlham Əliyev informasiya müharibəsində də qalib oldu. Onun bu müsahibələr vasitəsilə dünyaya səsləndirdiyi çağırışlar keçmiş münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, “Dəmir yumruq” əməliyyatı milli birliyin və gücün rəmzidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Vətən müharibəsi ərəfəsində, müharibə zamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını da nümayiş etdirdi. Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə ölkə siyasilərinin birgə bəyanatında AXCP, Müsavat Partiyası və qondarma “Milli Şura”nın iştirak etməməsi bir daha onların antimilli xislətini ifşa etdi. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatlarında Ermənistanın işğalçı siyasətini şiddətlə qınadılar, həmçinin mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktının insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsini tələb etdi.

Milli Məclisin deputatı bu məqamı da xüsusi qeyd edib ki, 44 günlük Vətən müharibəsi həqiqət anı kimi də dəyərləndirilir. Kimin haqqın, kimin isə təcavüzkarın yanında olduğu bir daha təsdiqləndi. Azərbaycan 30 illik işğal dövründə dünya güclərinin ikili standartlara əsaslanan siyasətini daim öz üzərində yaşamışdı. Ədalət və beynəlxalq hüquq məfhumları bəzi dünya güclərinin maraqlarının arxasında dayanaraq problemlərin daha da dərinləşməsinə, Ermənistanın yeni ərazilər üzrə müharibə planlarına gətirib çıxardı. Bu yanaşmalar Vətən müharibəsində bir daha özünü nümayiş etdirdi. Müharibənin ilk günündən Azərbaycanın yanında olan Türkiyə və Pakistanın mənəvi, siyasi dəstəyi daim dövlətimiz, xalqımız tərəfindən yüksək dəyərləndirilir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı Azərbaycana əlavə güc verdi. Tarixi Zəfərimizdən sonra, 2021-ci ilin 15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq.

Vüqar Rəhimzadə tarixi Zəfərimizin reallıqları əsasında hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən geniş bəhs edib. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımların tərkib hissəsi olaraq bu torpaqlarda İşğal və Zəfər muzeyləri inşa edilir. İnfrastruktur layihələrinin icrasına xüsusi diqqət göstərilir. Yeni yollar - avtomobil, dəmir yolları tikilir. Beynəlxalq Hava limanları inşa edilərək artıq istifadəyə verilib. Qarabağ və Şərqi Zəngəzur Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları vasitəsilə hava qapılarını dünyaya açdı. İnsanların bu torpaqlarda rahat yaşayışını təmin etmək üşün bütün zəruri addımlar reallığa çevrilir. Prezident İlham Əliyev 16 noyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. Tarixi Zəfərimizdən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb.

Statistik rəqəmlərə diqqət yetirək. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılıb. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsi hazırlanır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda bura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Vüqar Rəhimzadə tarixi Zəfərimizin davamı olaraq 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından, regionda dayanıqlı sülhün təmin edilməsi üçün Azərbaycanın atdığı konstruktiv addımlardan da bəhs edib. Bildirib ki, bütün bunlar tarixi Zəfərimizin reallıqlarıdır. Azərbaycan xalqı əmindir ki, bu zəfərlər davamlı olacaq. Azərbaycan tarixi ədalətə söykənərək hər bir hədəfə yüksək səviyyədə nail olacaq. Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birgə səyləri nəticəsində Azərbaycan yeni-yeni uğur zirvələrini fəth edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see227

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see191

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see180

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see144

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see143

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see138

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see135

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see134

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see132

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see132

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see130

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

04 Noyabr 2025 17:21see130

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see130

Uzak Şehir in vurulma səhnəsi BƏYƏNİLMƏDİ

04 Noyabr 2025 17:50see129

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see128

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see128

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see127

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see124

Real dan penalti zərbələri ilə bağlı qərar

05 Noyabr 2025 00:37see124

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri