Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Azərbaycanın tələbi icra edilməsə: “Ermənistanı faciə gözləyir”

Azərbaycanın tələbi icra edilməsə: “Ermənistanı faciə gözləyir”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. 

Prezident həmin müsahibədə bir çox məsələlərə münasibət bildirib.

Ölkə başçısı vurğayıb ki, Ermənistana göndərilən silahlar geri qaytarılmalıdır: 

"Sülh şərtləri qəbul edilməlidir və ediləcək. Əsas şərtlərimiz ATƏT-in Minsk Qrupu ilə bağlı məsələ və konstitusiya dəyişikliyi olmalıdır. Biz regionda sülh istəyirik". Bu aspektdə açıqlama verməyinizi xahiş edirəm”. 

Mözvu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, bu, növbəti dəfə İrəvan hakimiyyətinə və Ermənistan adlı qondarma dövlətin arxasında dayanan havadarlarına yönəlmiş mesaj idi: 

“Azərbaycan Prezidenti cənab İlham Əliyev dünən yerli telekanallara müsahibəsində bir çox məsələlərə münasibət bildirdi. Ümumiyyətlə, Prezidentin hər çıxışında ölkə daxilinə, xaricinə, düşmənlərimizə yönəlik konkret mesajlar verilir və bu mesajlar xüsusi önəm daşıyır. Mesajlardan biri də növbəti dəfə Ermənistan və bu qondarma dövlətin arxasında dayanan havadarlarına yönəlmişdi. 

Məsələ burasındadır ki, Azərbaycan 30 ilə yaxın müddətdə torpaqları işğal altına qalan dövlət idi. Biz bu dövrdə də danışıqlara üstünlük verir və danışıqlar yolu ilə problemin həllinə nail olmaq istəyirdik. Amma qarşı tərəf və onun havadarları mütəmadi olaraq Azərbaycan torpaqlarının işğaldan azad olunmasına mane olmaqla bu prosesi uzatmaq və işğal altında olan ərazilərin gələcəkdə Ermənistanın xeyrinə rəsmiləşdirilməsi siyasəti yürüdürdü. Təbii ki, biz bununla barışa bilməzdik”. 

Millət vəkili vurğulayıb ki, İkinci Qarabağ savaşında öz gücümüz və hərbi yolla torpaqlarımızı işğaldan azad etdik:

“Ondan sonrakı dönəmdə tam ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. 

Təbii ki, bu istiqamətdə Azərbaycan öz mövqeyini kifayət qədər ciddi və sərt formada qarşı tərəfə göstərmiş oldu. Müharibədən dərhal sonra Azərbaycan regionda sülh və sabitlik naminə Ermənistana sülh müqaviləsi təklif etdi. Sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsiplərini, 5 baza prinsiplərinə əsaslanan təklifləri özündə ehtiva edir. 

Əslində, bu təkliflərdən geri durmaq mümkün deyil. Yenə də ermənilər və onların havadarları prosesi ləngitməyə, uzatmağa çalışırlar. Ermənistan sürətlə silahlandırılır və regionda növbəti təhdid ocağı yaradılmaqdadır. Azərbaycan Prezidenti neçənci dəfədir həm Ermənistana, həm onun havadarlarına izləyici mövqeyində qalmayacağımız barəsində xəbərdarlıq edir. 

Azərbaycan bölgədə sülhün və sabitliyin qarantı rolunda çıxış edərək bu təhrikedici addımların qarşısını almağa məcbur olacaq”. 

Deputat xatırladıb ki, sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın bir sıra ədalətli və beynəlxalq hüquqa söykənən şərtləri var:

“Şərtlərimizdən biri də Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə yönəlik ərazi iddialarının çıxarılmasıdır. Bunun üçün də Ermənistanda referendum keçirilməlidir”. 

Partiya sədri diqqətə çatdırıb ki, Ermənistan sürətlə silahlandırılır və ona verilən hücum silahları geri qaytarılmalıdır: 

“Bu, Azərbaycanın xüsusi tələbidir. Əslində İkinci Dünya müharibəsindən sonra faşist Almaniyası dayandırıldıqdan sonra onlara şərt qoyulmuşdu ki, uzun müddət ərzində silahlandırıla bilməzlər. Biz də indi bu şərtlərin Ermənistana tətbiq olunmasını tələb edirik. Həmçinin, ATƏT-in Minsk qrupunun ləvği ilə bağlı da Azərbaycanın tələbi var. Çünki bu qrup əslində vasitəçi missiyası yerinə yetirmirdi və vasitəçi missiyası adı altında cinayətkarca fəaliyyət göstərməkdə idi. 

Qeyd etdiyim kimi, vaxtı uzatmaq və gələcəkdə Azərbaycan ərazilərini Ermənistanın xeyrinə rəsmiləşdirilməsinə yönəlik fəaliyyət göstərirdilər ki, bu da qəbuledilməz idi. İndi də qəbuledilməzdir. Onsuz da Minsk qrupu dağılıb. Rusiya ilə Fransa və Amerika arasında münasibətlər fonunda təbii ki, bu qrup yoxdur. 

Amma rəsmi olaraq da onun buraxılmasına ehtiyac var. Buraxılması üçün də Ermənistan tərəfindən də addım atılmalıdır. Cənab Prezident konkret olaraq bu məsələləri gündəmə gətirdi. Bir daha növbəti dəfə mesajlarını verdi. Bundan əvvəlki dönəmdə də demişdi ki, biz izləyici mövqeyində qalmayacağıq. Bu cür davam edəcəksə, Azərbaycan öz sərt mövqeyini göstərəcək. 

Biz qarşı tərəfi bu cür eskalasiyadan, təxribatçı, revanşist addımlardan çəkindirməyə çalışırıq. Prezidentin mesajları da buna yönəlib. Qarşı tərəf bundan bir nəticə çıxarmalıdır. Əvvəlki dönəmdə 30 il ərzində Azərbaycanın çağırışlarından nəticə çıxarmadılar. Bu, axırda Ermənistan üçün faciə ilə bitdi. Bu dəfə də nəticə çıxarmasalar, Ermənistanı və onun havadarlarını növbəti faciə gözləyir. Azərbaycan heç vaxt imkan verməyəcək ki, regionda sülh və sabitlik pozulsun və bu istiqamətdə də siyasətimizi davam etdirəcəyik. Bunu dünənki müsahibəsində Azərbaycan Prezidenti xüsusi olaraq vurğuladı”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri